Sarı gəlin

 
Sarı gəlin


SARI GƏLİN
Gözəlliyin göz önündə,
Gözün başqa qiyamətdi.
Danışırsan şirin-şirin,
Nəzakətdi,nəzakətdi.
Xam xəyalım hər bir gecə,
Sənə sarı güzar etdi.
Bu bilmirəm adi hisdi,
Bilmirəm ki,məhəbbətdi.
Ağ bənizin ağ bədənli
Olmağına dəlalətdi.
Ay dağların qarı gəlin-
Sarı gəlin.

Pəncərədən küçəyə bax
Görüm səni pəncərədən.
Gözlərimin düşmənidir
Pəncərədə olan pərdən.
Ürəyimə girən gündən
Ağlım,huşum gedib sərdən.
Məni dərdə salan gözəl,
Qurtar məni dərdi-sərdən.
Gül üzünü görmək üçün,
İcazə ver hərdən-hərdən
Gəlim sizə sarı gəlin-
Sarı gəlin.

"Əllərimin arzusudur,
Gecələmək qar qoynunda"
Şirin həyat elə sənsən
Bal dodaqda,nar qoynunda.
Öz xoşumla gələrəm mən,
Qursan mənə dar qoynunda.
Göz qırpmaram,ah çəkmərəm
Bilsəm ölüm var qoynunda.
Mən yetimin ölməyinə,
Sənin kimi yar qoynunda
İcazə ver barı gəlin-
Sarı gəlin.

Sehriyar Allahyaroglu
03.11.2014


Geri dön

Rapunzel Aşkı

  • 24 aprel 2015 16:48
  • Məqalə: 77
  • Şərh: 340
  • Bal:

.

SARI GƏLİN
Gözəlliyin göz önündə,
Gözün başqa qiyamətdi.
Danışırsan şirin-şirin,
Nəzakətdi,nəzakətdi.
Xam xəyalım hər bir gecə,
Sənə sarı güzar etdi.
Bu bilmirəm adi hisdi,
Bilmirəm ki,məhəbbətdi.
Ağ bənizin ağ bədənli
Olmağına dəlalətdi.
Ay dağların qarı gəlin-
Sarı gəlin.

cox saqolun

--------------------

Krasavcikaya_v_onlin

  • 24 aprel 2015 15:58
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
gozel seyirdir sari olan qizlara uyugundu gelin olanda sari gelin olacaqlar

--------------------

NIGAR

  • 24 aprel 2015 14:05
  • Məqalə: 870
  • Şərh: 11175
  • Bal:
{awards}
.şerə görə sağ olun what

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 79
Cəmi: 124

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}