Bir xəstənin tarixçəsi

 
Bir xəstənin tarixçəsi


Olmuş hadisə əsasında.....

Bir şəhər təsəvvür edin.Səmasını qara buludlar hörüb,o dərəcədə sıx hörüb ki,günəşin bircə qığılcımı belə onları dələ bilmir.Bu buludlar heç vaxt boşalmır.Günlər aylara çatır ,aylar illərə çatır,lakin bu buludlar nə yağmır nə guruldamır.Əgər məndən necəsən deyə soruşsanız ,təsvir etdiyim şəhər kimiyəm deyərdim.Və əgər həmin şəhərin hündür binalarını mənim mənəviyyatım hesab edin desəm ,nəzərinizə çatdırmaq istəyirəm ki,bu şəhərin binaları yerlə bir olub və əslində bura xarabalıqdır...

Mən 21 yaşında subay bir oğlandım. Yəni 3 il bundan öncə. Atam rayon məktəbində müəllim işləyir.Mən isə onun dediyi kimi fərasətsizin biriyəm, heç bir sənətə yiyələnə bilmədim.Dərslərimi çox zəif oxuyurdum. Atam məni asdısa da kəsdisə də ortaya bir nəticə çıxara bilmədim. Mən əsgərlikdən qayıtdıqdan sonra kişi, əkin-biçin üçün torpaq sahəsi aldı və oranın əkin-biçin işlərini mənə tapşırdı. Anam nə qədər etiraz etsə də ,dava –dalaş salsa da atam məni işləməyə məcbur etdi.Əslində özüm etiraz etmirdim.Heç bir işə yaramamışdım,heç olmasa bu yolla kişinin ürəyini dinc edərdim.Həmin gün yay günlərindən biri idi.Mən həmişəki kimi sahəmizdə işləyirdim.Günəş qulac-qulac istilik saçırdı.Sahədə işlədiyimdən bəri dərim qapqara qaralmış, əllərim bel tutmaqdan qabar atmış,bədənim isə heç öyrəşmədiyi ağır fiziki əməkdən haldan düşmüşdü. Hədsiz arıqlamışdım.Anam hər mən evə qayıdanda əlini ağzına tutub”vay balam əldən gedir” deyib başını yelləyirdi.Mənsə gülümsəyib onun alnından öpərdim və sərin duşa tələsərdim.O günlər necə də xoşbəxt imişəm.Amma heyif ki,gözəllikləri,onları itirəndən sonra görürük...Sahəmiz insan gözündən uzaq bir yerdədi.Ətrafda özəl torpaq sahələri var.Amma həmin gün bu tərəflərdə məndən başqa heç kim yox idi.Başım işə necə qarışmışdısa yanımda duran insanın bura hardan ,necə gəldiyini görməmişdim.Birdən mülayim bir səs eşitdim” A bala” Diksinib çevirləndim.Qarşımdakı yaşlı bir kişi idi.Ayaq üstə güclə dururdu.Kənarda isə bir taksi dayanmışdı.Mənə söz deməyə imkan vermədən yaxınlıqda bir kafe olmalıymış, onu soruşdu.Doğrudan da bu torpaq sahələrini keçdikdən sonra,meşə yaxınlığında kafelər vardı.Amma yollar çox dolanbac idi. Qocaya əgər istərsə maşına oturub yolu göstərə biləcəyimi söylədim. Sonra piyada qayıda bilərdim,yol çox uzaq deyildi.Həm də işdən yayınmağa bir bəhanə axtarırdım.Yaşlı adam məmnunluqla razı oldu.Mən taksiyə əyləşib yolu göstərməyə başladım.Amma sürücüyə sağa deyirdimsə sola sürürdü,sola deyirdimsə düz sürüdü.Axırı əsəbləşib "Ay qardaş sən sağ sol bilirsən nədi?” səsimi qaldırdım.Heç qımıldanmadı da.Bir az da keçdikdən sonra meşənin içinə girdik.Məəttəl qalmışdım.Ürəyim sürətlə vurmağa başladı.Maşının qapısını açıb düşmək istəyirdim ki,arxadan çox möhkəm bir alət başıma dəydi.Ani olaraq dəhşətli ağrı hiss etdim.Sonra deyəsən huşumu itirdim...Gözlərimi xəstəxanada açdım.Palatada tək idim.Palatam çox müasir,şəhər xəstəxanalırının palataları kimi idi.Mən də xəstəxana pasientlərinin geyimindəydim.Lakin maraqlı olan o idi ki,bizim rayonda nə belə xəstəxana nə də belə palatalar yoxdu.Bəs mən hardaydım.Cəld qapıya tərəf getdim,qapı kilidlənmişdi.Çığırmağa başladım.Kimsə cavab vermirdi. Otağa boylandım, bu qəribə otağın heç pəncərəsi də yox idi.Yenidən qapını yumruqlamağa başladım.Dəhlizdən ayaq səsləri gəldi.Nəfəsimi qısıb dinlədim. Ayaq səsləri mənim palatımın ağzında kəsildi.Və kimsə qapını açmağa çalışdı.Geri çəkilib yol verdim.Qapını açan həkim idi.Ağ geyimdə, üzündə qoruyucu maskası olan həkim.Heç bir söz demədən içəri keçdi.Özüm suallar yağdırmağa başladım.Bura hansı xəstəxanadı,məni kim gətirib bura? O cavab vermirdi.Mən ancaq onun hündür qamətini və gözlərini görə bilirdim.Qalan hər əzasısı ağ xalatla örtülmüşdü.İlahi! Mən hələ ömrümdə bu qədər ümidsiz gözlər görməmişdim..Sanki bu insanın içində ruh yox idi.Mən -"Getmək istəyirəm” dedim.Yenə reaksiya vermədi.Bayaqdan bəri yanlarına sallanmış əlini qaldırdı.Əlində iynə vardı.”Yox artıq!” dedim.Elə həmin an vaxt itirmədən var qüvvəmlə dirsəyimi üzünə çırpdım.Mənim çarpayımla paralel yerləşmiş çarpayının üstünə yıxıldı.Bilmirdim neyləyim,əlindəki iynəni qapıb onun öz bədəninə saldım.Deyəsən çox qüvvətlə vurmuşdum,İynənin bir hissəsi sınıb ətində qaldı.O yerdə daha artıq durmaq istəmirdim.Dəhlizə çıxdım.Bomboş idi.Dəhliz boyu qaçmağa ,qarşıma çıxan döngələrdən burulmağa başladım.İlahi bura haradı belə!Hər yer ancaq dəhliz və palatalar idi.Nə giriş vardı,nə çıxış.Başım fırlanırdı.Durduğum yerdə hər iki tərəfdə palatalar vardı.Qapıları açmağa çalışdım.Amma hər biri kilidlənmişdi.Palatada vurduğum həkim yadıma düşdü.Dəyəsən onda açarlar vardı.Tez otağıma geri qayıtdım.Həkim ölmüşdümü yatmışdımı bilmədim.Amma tərpənmirdi.Əllərim əsə əsə ciblərini axtardım,açarları tapdıqdan sonra yenidən dəhlizə çıxdım.Burada cəmi 3 açar vardı.Qapılardan birinə yaxınlaşdım,elə ilk yoxladığım açarla da qapı açıldı.Elə bilirdim ürəyim elə indicə yerindən qopacaq.Otaq eynilə mənim palatam kimi idi.Həm də çox soyuq idi.Hətta deyərdim dondurucu kimi.4 çarpayı vardı.Çarpayıların üstündə üzərləri ağ parça ilə ortülmüş 4 insan vardı.Yəni mən onları insan bildim.Və birinə yaxınlaşıb parçanı qaldırdım.İndi də yadıma gətirəndə içim bumbuz olur.Çarpayıda ağappaq ,əhəng kimi ağarmış bir üz gördüm.Mələfəni bir az da aşağı saldıqda qanım damarımda dondu,bu yazıq meyidin heç bir orqanı yox idi.Sadəcə parçalanmış boş bədən.Başım necə hərləndisə yerə oturdum.Və içimdə nə vardısa hamısını qaytardım.Allahdan o an tək istəyim bu murdar yerdən qurtulmaq idi.Otaqdan çıxıb dəhlizlə qaçmağa başladım.Ağlayırdım.Əsirdim.Çıxışın bu otaqlardan birində ola biləcəyini zənn edib qapıları bir bir yoxlayırdım.Amma hər otaq içalatı çıxarılmış meyidlərlə dolu idi.Dəhlizin sonunda balaca bir qapı gördüm.Və o qapını açmağa çalışdım.Amma palataları açdığım açar bu qapını aça bilmədi.İkinci açarı sınadım,alınmadı.üçüncü açar isə qapını açdı.Gözlədiyimin əksinə olaraq bura palata deyildi .Qarşıma aşağıya doğru gedən pilləkən çıxdı.Ürəyim ümidlərlə doldu.Deyəsən yolu tapmışdım.Pilləkənlə aşağıya endim.Yenə də bir dəhlizə çıxdım.Amma burada çoxlu insan vardı.Normal xəstəxanalardakı kimi.Tibb bacıları,həkimlər, sanitarlar.Hərə öz işində idi.Bircə pasientlər yox idi.Birdən yanımdan keçən solğun üzlü tibb bacısı mənə diqqətlə baxdı.Gözləri bərəldi,sanki canlı meyid görürdü.Məni itələyib pilləkənin olduğu otağa saldı.Qapını bağladı.”Sən necə gəldin bura”- deyə vahiməli səslə soruşdu.Mənimsə beynimdə o qədər sual vardı ki,bilmirdim nə deyim ,nə soruşum.-Bura haradı deyə bildim.-Bilmirdim bu tibb bacısına inanım ya yox.Onun isə gözləri dolmuşdu.”Səni öldürmədilər?”- deyə soruşdu? "Sən axı ölməliydin”-Bura haradı? Yenə soruşdum.Cəhənnəmdi cəhənnəm dedi və hönkürdü.Amma səsini qısmağa çalışırdı.Yəni doğrudan cəhənnəmdi qorxa-qorxa soruşdum.”Yox ay axmaq .bura daha dəhşətli bir yerdi.Bilmirəm hardayıq.Məni də sənin kimi oğurlayıb gətiriblər.Burada sağlam insanları,hətta uşaqları bizə öldürtdürüb orqanlarını çıxarırlar,sonra isə bizim də bilmədiyimiz yerlərə aparırlar.Mənim xəstəliyim olduğu üçün burada işçi kimi saxlayıblar.Burada gördüyün hər kəs qurbandı.Sağ qalanların isə sadəcə orqanları yararsız olduğu üçün öldürülməyiblər və işçi kimi çalışırlar.Biz çox dəhşətli işlər görürük.”O danışdıqca ağlayırdı.Mən eşitdiklərimdən şok olmuşdum.Ona həkimi necə vurduğumu və buranı necə tapdığımı danışdım.O başını yelləyirdi və buradan qaçış yoxdu deyirdi.İçimə ümidsizlik çökmüşdü.Tibb bacısı məni orda saxlayıb otaqdan çıxdı.Mənsə bilmirdim nə edim.Çıxışı tapa biləcəkdimmi.Birazdan məni də axtaracaqdılar.O vaxta kimi qaçmalıydım.Amma necə?

Olduğum yerdən pilləkənlərlə yuxarı qalxdım.Öz palatamı tapıb içəri keçdim və qapını kilidlədim.Həkim yenə də olduğu vəziyyətdə idi və tərpənmirdi.Əlimlə yoxladım bədəni istiydi,deməli sağdı-deyə düşündüm və buna sevindim.Onu şillələməyə və ayıltmağa çalışırdım.Amma ölü kimi yatmışdı.Dəyəsən mənə vurmalı olduğu iynənin təsirindən idi.Ciblərini eşdim, heç bir şey yox idi.Tək əlacım həkimin ayılmasını gözləmək idi.Hardasa daha iki saat vaxt keçdi.Həkimi oyatmağa çalışdım.Və o yavaş yavaş gözlərini qırpmağa başladı.Mən daha da ürəklənib bərk sillələdim,o ayılırdı. Dərhal onun ağzını tutub qulağına pıçıldadım ki mənə kömək etməlidi,yoxsa ölər. Özümü filmlərdəki canilər kimi hiss edirdim. Əslində isə çox qorxurdum.

O heç bir şey ifadə etməyən baxışlarla mənə baxır və sanki onu öldürməli olsam belə heç bir reaksiya verməyəcəkmiş kimi görünürdü mənə.Yox,mənim onu öldürmək fikrim yox idi.Olsaydı belə bacarmazdım.Bacarsaydım belə bu günahla yaşaya bilməzdim.Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.

DAVAMI VAR........

Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.Onun ağzını qapayan əllərimin taqətdən düşüb titrədiyini hiss etdiyim üçün əllərimi ağzından çəkdim.Dərindən nəfəs aldı.Mən isə nəfəsimi tutub onun nə edəcəyini izləyirdim.O heç bir şey etmədi.Dikəlib çarpayıda oturdu.Cəsarətlənib yenə suallar yağdırdım:

-Harda yerləşir bu xəstəxana?Yəni heçkimin xəbəri yoxdu buradan?

-Xəstəxana yerin altındadı.Biz belə fikirləşirik...Buradan xəbəri olanlara da bura həyat qədər vacibdi...

Bir müddət ikimiz də susduq

-Buradan qaçan olmayıb? –Bir neçə dəqiqə sonra mən söhbətə başladım

-Ölülər...

-Nə ölülər?

-Buradan ancaq ölülər çıxır

O əlini çarpayının yanındakı masada olan alətlərin üstündə gəzdirdi.Üzümə baxmadan soruşdu:

-Çıxmaq istəyirsən?

Nəfəsim boğazımda ilişdi.Taqətdən düşən bədənim tit-tir əsməyə başladı.O əlini geri çəkdi...Məni qorxutmaqdan zövq alırdımı ya nə?!

-Sən artıq ölməliydin.Birazdan bügünki cəsədləri aparmağa gələcəklər.Hesablanıb hamısı...

O sonuncu cümlələrini tamamladığı ərəfədə ağlıma elə bir fikir gəldi ki,ilk öncə özüm də diksindim.

-Sən cəsədləri hara yığırsan?

-Səni də mi ora salım?- Onun üzündə istehzalı təbəssüm yarandı

-Hə....Hər halda "onlar” meyidləri yuxarı çıxarırlar.

-Onlar cəsədlərin hamısını bir yerə yığıb yandırırlar.Sonra külünü torpağa qarışdırırlar.Sən sağ qala bilməzsən.Ən azı havasızlıqdan ölərsən.

-Mən ölmərəm.Bunu bilirəm.Mənə kömək et.Yuxarıda bir şey fikirləşərəm.Haqsızlar qorxsun.Onların günahları mənim dürüstlüyümə qalib gələ bilməz

-Bu mümkün deyil

-Sən bunu et.Ən azı məni öz əllərinlə öldürmüş olmayacaqsan.Taleyin əlinə baraxacaqsan

O susdu.Başını aşağı salıb yellədi.Mən bunu razılıq kimi qəbul etdim.O, qalxıb palatanın bir küncündə duran, üç rəfli şüşəli dolabda eşələndi.İynəni hansısa dərmanla doldurdu və mənə yaxınlaşdı.Artıq onun mənə zərər verəcəyini düşünmürdüm.Ona görə də susub gözlərimi yumdum.Və taleyimi onun əllərinə buraxdım.



Xəyalım xəstəxanadan uzaqlara qaçır.Uçuşuram yuxunun ənginliklərində.Masmavi səmanın altında,dizlərim yerdə,gözlərim səmaya ilişib , onun hər çalarını içinə alır.Bir daha unutmamaq üçün...Həmin an dizlərimin yapışdığı torpaq qaynarlaşır.Günəş düz başımın üstündə dayanır.Və mənim üçün istilik saçır.Onun qaynar şüaları üzümü hədəfə alır.Alışır simam...Ürəyim sərinlik arzusuyla çırpınır.Və həmin an günəşin qaynar şüalarının arasından damla damla sərin yağış yağır üstümə.Dizlərimin qaynarlığı yaş torpağın sərinliyinə qarışır və xoşhallanıram bundan.Düşünürəm ki,günəş belə isitməsəydi mən yağışı bu qədər sevməzdim...Yağış mənə yetmir.Qaynarlıq canımdan çıxmır.Bu an başımın üstündən axıb tökülən yağış dilimləri üzümdə ilişib qalır.Bəyaz qara çevrilir.Səma mənə qar göndərir.Necə də sevirəm qarı...Əllərimi açıb qarın hər dənəciyini ovucumun içinə yığıram.İstəmirəm ərisinlər.Ərimirlər.Hər biri soyuqdan qızarmış əllərimə yapışır.Getdikcə anlayıram,dünya mənim ürəyimi eşidir.Sınamaq üçün yazı arzulayıram.Həm də anlayıram ki,bu sondur...Təkrar olamayacaq.Yazdan sonra qaranlıq çökəcək.Və bu qaranlıq məni udacaq.Amma mən yazı arzulayıram.Bu arzudan özümü saxlaya bilmirəm.O məndən güclüdür.Və son...Günəşin ilıq şüaları mənə əlvida deyir.Və günəş sonsuzluğa qovuşur.Qaranlıq bir anda məni içinə alır.Onun ağırlığına çiyinlərim tab gətirmir.Bir anda dizlərimin altındakı torpaq ovulub tökülür.Yerin altına girəcəyim qorxusu canımı bürüyür.Görmürəm amma bədənimin didilib parçalandığını hiss edirəm.Çox uzaqlardan öz hıçqırtımı,naləmi eşidirəm.Səsimdə elə bir ağrı var ki...Bədənimin parça-parça olmasının verdiyi ağrıdan daha dərin ağrı...

- Onlar....Onlar... necə də amansızdırlar...necə də amansızdırlar...

Gözlərim zülmət qaranlığa açılır.Yelləndiyimi hiss edirəm.Aclıq və susuzluq ürəyimi bulandırır.İlk hiss etdiyim qan qoxusudur.Amma yatmaq hissi hər bir şeyə qalib gəlir həmin an.Yenidən yuxuya dalmaq istəyir ruhum.Şüurum isə nə baş verdiyini anlamağa çalışır...Ah bu yuxu.Mən o an dəlicəsinə yatmaq istəyirdim.

Ayılmaq üçün özümü şillələmək istəyirdim.Amma əllərimi qaldıra bilmirdim.Onlar nəyə isə ilişmişdi.Tərpənə də bilmirdim.Gözlərimi bir neçə dəfə açıb yumdum.Qaranlığı dəlməyə çalışdım.Amma əlimdə deyildi.Bir anda ruhumu vahimə bürüdü.Əlbəttə ki,yuxumun yox olmasına və ağlımın özünə gəlməsinə görə ona minnətdəram.

Həkimlə son söhbətimi xatırladım.Artıq qaranlıqlar yox olurdu beynimdə.Mən cəsədlərin arasındaydım və mən maşınla aparılırdım.Hava...Hava çatmırdı.Bu qurğunun içində nəfəs almaq çətin idi.Həkimin "havasızlıqdan ölərsən” sözləri yadıma düşdü.Amma mənim ölmək fikrim yox idi.Bu "insan” cildində olan vəhşilər məni diri diri yandıra bilməzdilər.Durmadan necə qaçacağımı düşünürdüm.Hər şey bəxtimdən asılı idi.Nədənsə düşünürdüm ki, Tanrı buranı görmür.Görsə idi bu qədər günahsız insanın bu vəziyyətə gətirilməsinə icazə verməzdi.Ümid ancaq özümə və bəxtimə idi.

Bir xeyli getdikdən sonra, maşın dayandı.Olduğum dəmir qutunun ağzı açıldı.Mən olduğum tərəfdən deyil,o biri başından.Ağzı açılan tərəfdən cəsədlər,zibil maşını boşaldılan kimi aşağı boşaldıldı.3-4 metr aşağı aşıdılmağıma baxmayaraq mən əzilmədim.Məndən əvvəl boşaldılan cəsədlərin üzərinə düşdüm.Yuxarıdan işıq düşürdü.Gözlərimi açıb ətrafı acgözlüklə nəzərdən keçirdim.Bura mənə alman düşərgələrindəki insanları yandırmaq üçün istifadə olunan qurğunu xatırladırdı.Üst hissə bağlandı.Və mən cəsədlərin içindən qurtulub qurğunun divarlarında əlimi gəzdirdim.Əlim dəmir qulpa ilişdi.Var gücümlə itələdim.Çölə tərəf açıldı.Batmaqda olan günəşin son şəfəqləri aciz-aciz üzümü yaladı.İçəriyə də işıq düşürdü.Amma mən geri baxmadım.Taqətim qalmamışdı.O müdhiş mənzərəyə tab gətirə bilməyəcəkdim.Fiziki olaraq da bitmişdim.Daxili sarsıntı bədənimin gücünü əmirdi.Artıq sözümə baxmaq istəməyən ayaqlarımı zorlayıb qaçmağa məcbur etdim.Sağa sola burulmadan qaçırdım.Bir neçə dəfə yıxıldım.Torpaq yaş idi.Yıxılarkən bulaşdığım palçıq çılpaq bədənimə paltar olurdu.Ayaqlarım meşənin kol-kosundan yara-yara olmuşdu.Amma ağrını fikirləşəcək qədər xoşbəxt deyildim.Qaranlıq da çökmüşdü.Bilmirəm nə qədər qaçdım,hara qədər qaçdım.Bir məqamda artıq bədənim üsyan etdi.Sinəmi yarıb qaçmağa çalışan orqanlarımdan fərqli olaraq heydən düşdü.Dizlərim büküldü və yaş torpağa sərildim.....

Gözlərimi yenə xəstəxanada açdım.Dərhal da qapadım.Başımın üstündə ağ geyimli bir həkim durmuşdu.Nə baş verirdi?!Bu yuxular məni haradan hara götürürdü?!Yoxsa mən heç qaça bilməmişəm? Gördüklərim yuxu mu idi?! Ya onlar məni tapıb və yenidən bura gətiriblər? İki damla yaş gözlərimdən yuvarlanıb üzümə düşdü.Gücsüzlüyümdən ağlayırdım.Amma sonra sanki cənnətin ortasından bir səs məni qaranlıqdan,ümidsizlikdən çəkib çıxardı.Anamın səsi...

-Balam,Nihad,necəsən?yaxşısan?Danışma danışma.Həkim deyir dincəlməlisən.

Anam hıçqıra-hıçqıra ağlayırdı..Əllərimdən yapışıb durmadan öpürdü.Mən isə xoşbəxtlik qanadlarını keçirmişdim kürəyimə.Sevincdən ürəyim sürətlə vururdu.Amma yatmağa qorxurdum.Yuxunun məni başqa yerlərə götürə biləcəyindən qorxurdum.

Bir neçə gündən sonra evdəydim.Ağzım söz tutandan onlara olanları danışırdım.Gedib hər şeyi polisə danışacağımı söyləyirdim.Heç kim dediklərimə reaksiya vermirdi.Nə valideynlərim ,nə qonşular,nə dostlarım.Hər kəs mənim vahimə içində danışdıqlarımı dinləyir,əlimi sıxır "yaxşı olar,hər şey keçəcək” deyib çıxıb gedirdilər.Anam durmadan ağlayırdı.Atamla dalaşırdılar.Hər gün...Hər gün...

-Sən onu bu günə qoydun.Yayın cırhacırında kim öz balasını məcbur edir gedib işləsin.Kim? –anam bağıra-bağıra atamın sinəsini yumruqlayırdı

Atam durmadan siqaret çəkir,heç kimlə danışmır,göz önündə əriyib gedirdi.Getdikcə başa düşdüm ki,onlar məni dəli hesab edirlər.Mən onlara qollarımda iynə izlərinin olmalı olduğunu söyləyirdim.Amma məni müalicə edən həkim bunu təkzib edirdi.

Atam ilk öncə dediklərimdən şübhələnib polisə gedibmiş.Onlar isə onun söylədiklərinə gülüb,bu yerlərin altına da üstünə də bələd olduqlarını,belə bir yerin olmasının mümkün olmadığını söyləyiblər.İşlədiyim sahənin ətrafında həmin vaxt orada olan bir neçə şahid də peyda olubmuş.Onlar mənim meşəyə tərəf qaçdığımı görüblərmiş.Bütün bunlar mənim ağlımın itdiyini sübut edirdi.Gücsüz idim.Sözlərimə heç kim inanmırdı.Mən isə inadkarcasına onlara dediklərimin doğru olduğunu sübut etməyə çalışırdım.Meşəni axtarmalı olduqlarını söyləyirdim.Amma heç bir faydası olmadı.Nəticədə psixiatrik xəstəxanaya yatızdırıldım.Və hal-hazırda da "müalicə” alıram.Bütün həkimlər mənim xəstə olduğumu,evdə yaşamaq üçün təhlükəli olduğumu deyirlər.Mən düşünürəm ki,bu insanları kimlərsə idarə edir.Mənim dəliliyimin işinə yaradığı insanlar.3 il...Düz 3 ildir dəlixanadayam.Hələ də heç kim mənə inanmır...

....Bəs siz....Siz mənə inanırsız?



Geri dön

Pıtırcık

  • 24 aprel 2015 22:15
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
SAAAAAAAAĞ OLUN

--------------------
http://legend.az/user/imza/

Nazlim_97_

  • 24 aprel 2015 20:49
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Tewekkurler.,

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}