Məşhur dietoloqdan iki möcüzəvi - RESEPT

 

Məşhur dietoloqdan iki möcüzəvi - RESEPT

Televiziya proqramlarından birində qonaq olan qidalanma üzrə mütəxəssis Ender Saraç arıqladan daha iki möcüzəvi resepti açıqlayıb.
Legend.az istinadən bildirir ki, Ender Saraçın məsləhət gördüyü həmin iki resepti təqdim edir. Bunlardan biri köpü aradan qaldırır, digəri də yağları əridir.

Bədəndəki köp üçün paxla və ənginar şorbası için. İki litr suyun içində ənginar yarpağı və saplarını, üç ovuc hindiba, barmaq ucu qədər sarıkökü, paxlanı qaynadın. Blendrla şorba halına gətirin. Damaq dadına görə, bir az soğan və sarımsaq qatın. Bunu yedikdən sonra gün ərzində başqa yemək yeməyin. Həzm probleminiz varsa, cəfəri də qata bilərsiz.

Yağları əridən çay

İki ədəd iri, ya da üç ədəd ortaboy sarımsaq, zəncəfil, su və limonla hazırlanan çayı için. Böyük bir stəkan su ilə birlikdə barmaq ucu qədər zəncəfili yeddi dəqiqə qaynadın. Ocağı altını keçirdiyiniz an sarımsaqları suyun içinə atın. İki dəqiqə sonra iki çay qaşığı qədər limon suyu əlavə edin. Gündə iki dəfə için. Bu qarışım qanı sulandırır, xolesterolu aşağı salır, yağları əridir.

Ender Saraç eyni zamanda süfrələrdən əskik etməyəcəyiniz ədviyyatların adını açıqlayıb.

Ağ çörək, ağ un və düyüdən uzaq durun. Karbohidrat yeməyin. Tam buğda unundan hazırlanmış çörək yeyin. Kəpəkli çörək sağlamlığa faydalı deyil. Protein qəbuluna üstünlük verin. Zeytun yağı istifadə edin. Kərə yağını yandırmadan yeyin, üzərindəki ağ köpükləri götürün. Zəncəfil, sarıkök, keşniş, bibəriyəni süfrənizdən əksik etməyin. Zəncəfil bədəndən toksini atmağa kömək edir. Sarıkök qaraciyər və öd kisəsini təmizləyir, xərçəng və erkən huşsuzluğa qarşı qoruyur. Keşniş bədəndəki ağır metalları atır. Bibəriyə xərçəngə qarşı qoruyur.

Mütəxəssis bildirib ki, bel qalınlığının böyük olması böyük təhlükə saçır. Şəkər və ürək problemlərinə səbəb olur. Ac qarına bir stəkan ballı suyun içinə 10-15 damcı limon damcıladıb için, ya da iki ədəd quru ərik və 2 ədəd qoz yeyərək qan şəkərinizi yüksəldin.


Geri dön

sessiz deniz

  • 25 aprel 2015 20:13
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
cox sagolun wehlere goreee love

Pıtırcık

  • 25 aprel 2015 11:11
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
Məsləhətə görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}