Allah Təala insanları daim imana səsləyir

 
Allah Təala insanları daim imana səsləyir



Allah Təala insanları daim imana səsləyir

Allah Təala insanları daim imana səsləyir



Allah Təala insanları daim imana səsləyir. Bu mətləb üstündə olduqca möhkəm təkid edir. Demək olar ki Qurani Kərimin ayələri başdan başa iman haqdadır. Hətta bir yerdə “Ey iman gətirənlər! İman gətirin” deyə buyurur. Bunun səbəbi nədir? Nə üçün Allah iman haqda bu qədər təkid edir? Çünki hər bir insanın daxilində həmişə iki dəstə insani və heyvani, yaxud da Rəhmani və şeytani dəstə bir biri ilə savaşdadır. Biri onu nura, izzətə və təkamülə digəri isə onu zülmətə, zillətə və tənəzzülə doğru aparmaqdadır. İnsanın da dəyəri məhz bu savaşın nəticəsindən asılıdır. Ona görə də insanın hər zaman idarə və islah olunmağa ehtiyacı vardır. İnsanı idarə və islah edən yeganə amil isə imandır. Amma sual oluna bilər ki Allah insana onun hidayət və islahı üçün axı ağıl da vermişdir? Düzdür ki ağıl özü özlüyündə insanı islah etmək xasiyyətinə malikdir. Lakin bu təkcə kifayət etmir. Ağıldan əlavə iman da olmalıdır. Niyə?
Bu suala cavab verməzdən qabaq əvvəlcə ağılın dəyəri haqda: Ağıl Allahın insana verdiyi ən qiymətli bir nemətdir. Allah ilk dəfə ağlı yaratdığı zaman ona “qabağa gəl” əmrini verdikdə o qabağa gəlir, “geri get” dedikdə isə o geri qayıdır. Beləliklə ağıl Allahın əmrlərinə itaət edir və bu zaman Allah ona buyurur: “And olsun izzət və cəlalıma. Səndən daha şərəfli heç nə xəlq etməmişəm.” Hədislərdə ağıl “batini höccət” adlandırılmışdır.
Ağılın imkanları olduqca genişdir. Hədisdə buyrulur: “Ağıl odur ki onunla Rəhman ibadət olunur və cənnətlər qazanılır.” Hətta kafirlərin cəhənnəm əhli olmalarına səbəb onların ağıl nemətindən istifadə etməmələridir. Mülk surəsi ayə 10-da deyilir. “(Cəhənnəm əhli) dedilər. Əgər biz eşitsəydik və yaxud ağlımızı işə salıb düşünsəydik cəhənnəm əhlinin içərisində olmazdıq.”
Ağılın nəticəsində insana ən qiymətli olan din və həyaya sahib olar. Cəbrəil Allah tərəfindən Adəm peyğəmbərə üç şeyi gətirir və onu seçim qarşısında qoyub deyir. Bu üçündən birini seç. Ağıl, din və həya. Adəm peyğəmbər ağılı seçir. Cəbrəil dinlə həyaya deyir ki siz qayıdın. Onlar isə deyirlər. Bizə Allah əmr edib ki ağıl harada oldusa biz də orada olaq.”
Ağıl o qədər əhəmiyyətli bir məsələdir ki hətta Allahın bəndəsinə verdiyi savab məhz onunla ölçülür. Allah bəndənin əməlinin çoxluğuna yox, onun ağlının səviyyəsinin yüksək olmasına baxıb savab təyin edir. Mümkündür ki bir nəfərin ibadət və əməli çox olsun, amma ağıl və düşüncəsinin zəif olduğundan ona az savab verilsin. İmam Sadiq(ə) buyurur: “Savab ağıl qədərdir.” İmam Rza(ə) buyurur: “İbadət namaz və orucun çoxluğu demək deyil. İbadət odur ki insan Allah haqda çox düşünsün.” İmam Sadiq(ə) buyurur: “İnsanların namaz və orucunun çoxluğuna baxmayın. Onların doğru danışmasına və əmanatdar olmalarına baxın.” İslam Peyğəmbəri də məhz seçimini ağıl əsasında edərdi. Hətta o həzrətin yanında bir nəfərin gözəl ibadəti haqda danışılanda buyurdu: “Onun ağlı necədir?” Ona görə də düşüncə səviyyəsi yüksək olan insanların savabı da çox olur. Hədis buyurur: “Ağıllı insandan az əməl artıq qəbul edilər. Amma düşüncəsi olmayan cahildən isə çox əməl rədd olunar”
Ağıl Allahın insana bəxş etdiyi ən böyük xeyir və hikmətdir. Allah Loğman surəsində buyurur: “Biz Loğmana hikməti verdik” Bu ayədə “hikmət” ağıl və düşüncə mənasında təfsir edilir.
Əfsuslar olsun ki biz dünyanı halal haram tanımadan toplayan adama ağıllı və bacarıqlı adam deyirik. Amma özünü haramdan qoruyub halala qane olan adamı isə ağılsız və bacarıqsız sayırıq. Hətta onu geridə qalmış hesab edib tutduğu vəzifəsindən belə kənarlaşdırırıq. Qəribə haldır ki haramda irəli gedən insana mütərəqqi inkişaf etmiş biri kimi baxırıq. Halbuki içərisində olduğu rahat naz-nemətlər onun üçün əslində bir yandırıcı cəhənnəmdir. Qurani Kərim yetim malını yeyənlər haqda buyurur: “Onlar qarınlarında od yeyirlər”
Əslində həyatda ağıllı insanların kim olduğunu Allahdan öyrənməliyik. Qurani Kərim Rəd surəsinin 19-cu ayəsindən başlayaraq ağıllı insanların sifətlərini sayır. “Rəbbin tərəfindən nazil olanı haqq bilən kor insan kimi deyil. Ağıl sahibləri öyüd alanlardır. Hansı ki onlar Allahla bağladıqları əhdə vəfalı olar və öz əhdlərinə dönük çıxmazlar. Allahın onlara əmr etdiklərini yerinə yetirərlər. Allahdan və pis hesabdan qorxarlar. Allahın razılığını qazanmaq üçün səbr edərlər. Namaz qılar və biz ruzi verdiyimizdən aşkar və gizlində ehsan edərlər. Günahları yaxşı əməl etməklə aradan apararlar. Onlar üçündür axirət evi.”
Ayə və hədislərdən məlum olur ki ağılın qiymət və dəyəri olduqca yüksəkdir. Amma onun səhv və xətaya yol verib sonradan peşiman ola bilməsini nəzərə almaqla yanaşı o insanı yalnız adi halda idarə və islah edə bilir. Nəfs coşub tüğyan etdiyi vaxt isə onu cilovlayıb qarşısını almağa kifayət etmir. Ağıl nə qədər güclü və dəyərli olsa da nəfslə mübarizədə yetərincə gücə malik deyildir. Burada insana ağıldan əlavə iman da lazımdır. Peyğəmbərlərin gəlişinin bir səbəbi də məhz elə budur. Onlar həm də gəliblər ki insana iman verərək onu mömin etsinlər və o da məhz bunun vasitəsi ilə nəfsin tüğyanın qarşısında dayana bilsin. Əgər insanda nəfs olmasaydı elə ona ağıl da kifayət edər və peyğəmbərlərin gəlişinə zərurət də yaranmazdı. Peyğəmbərlər yalnız insanlara gəlmişdir. Nə mələklərə və nə də heyvanlara peyğəmbər gəlməyibdir. Çünki onlarda ağılla nəfs bir yerdə deyil ki islah olmağa da ehtiyacları olsun. Amma Allah insana ağılla nəfsi bir yerdə verdiyinə görə onun imana sahib olaraq islah olması üçün ona batini höccət sayılan ağıldan əlavə zahiri höccət, yəni peyğəmbər də göndərir. Nəfsin tuğyanı zamanı onu cilaovlayıb ram edən və bu məqamda ağılı nəfsə qalib gətirən imandır. Əgər ağıl nəfsə hakim olursa bu imanın təsirindəndir. Yoxsa ağıl imansız təkbaşına bunun öhdəsindən gələ bilməz. Yusif surəsi ayə 24-də deyilir. “Züleyxa Yusifə meyl etdi. Əgər Yusif Rəbbinin bürhanını görməsəydi o da Züleyxaya meyl edərdi. Beləcə biz ondan çirkinliyi kənarlaşdırdıq. O bizin müxləs bəndələrimizdəndir.” “Rəbbinin bürhanı” dedikdə yüksək dərcədə iman nəzərdə tutulur.
İnsanı sel və tufanların qarşısında dağ kimi möhkəmlədən imandır. Hədisdə var ki mömin möhkəm dağ kimidir. Hətta ondan da möhkəmdir. Çünki dağı hər hansı bir vəsilə ilə məhv etmək olur. Amma bu mömin üçün heç bir vəchlə mümkün olmur. Lakin tarixdə çoxlu insanlar olmuşdur ki onlar nəfslərinin qarşısında imanları olmadıqları üçün dayana bilməmişlər. Əməvi xəlifələrindən olan Əbdül Məlik İbn Mərvan məsciddə o qədər ibadət edirdi ki “həmamətul məscid” yəni “məscid göyərçini” adı ilə məşhurlaşmışdır. Ona Qurani Kərimi oxuyarkən xəlifə olmaq xəbərini gətirdikdə o Quranı bağlayıb dedi: “Səninlə mənim ayrılıq vaxtım gəlib çatdı.” O xəlifə olduqdan sonra nə qədər zülmlər etdi. Məşhur qaniçən Həccac ibm Yusif onun Kufə və Bəsrə şəhərlərindəki nümayəndəsi idi. Elə insanlar da olmuşdur ki onlar bu həqiqəti başa düşüb yalnız Allahın onlara verdiyi ağıl neməti ilə kifayətlənməmişlər. Bundan əlavə onlar özlərini islah etmək üçün Allahın dəfələrlə təkidlə xatırlatdığı imana müsbət cavab verərək ona çatmağa çalışmış və nəfsin ən təhlükəli anlarında iman vasitəsi ilə bu burulğandan xilas olmuşlar. Allah bizi həqiqi iman sahiblərindən qərar versin!

Allah Təala insanları daim imana səsləyir


Geri dön

Mələyimin mələyi

  • 25 aprel 2015 23:21
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
Allah Təala insanları daim imana səsləyir

--------------------

sessiz deniz

  • 25 aprel 2015 20:00
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah Təala insanları daim imana səsləyir



Allah Təala insanları daim imana səsləyir. Bu mətləb üstündə olduqca möhkəm təkid edir. Demək olar ki Qurani Kərimin ayələri başdan başa iman haqdadır. Hətta bir yerdə “Ey iman gətirənlər! İman gətirin” deyə buyurur. Bunun səbəbi nədir? Nə üçün Allah iman haqda bu qədər təkid edir? Çünki hər bir insanın daxilində həmişə iki dəstə insani və heyvani, yaxud da Rəhmani və şeytani dəstə bir biri ilə savaşdadır. Biri onu nura, izzətə və təkamülə digəri isə onu zülmətə, zillətə və tənəzzülə doğru aparmaqdadır. İnsanın da dəyəri məhz bu savaşın nəticəsindən asılıdır. Ona görə də insanın hər zaman idarə və islah olunmağa ehtiyacı vardır. İnsanı idarə və islah edən yeganə amil isə imandır. Amma sual oluna bilər ki Allah insana onun hidayət və islahı üçün axı ağıl da vermişdir? Düzdür ki ağıl özü özlüyündə insanı islah etmək xasiyyətinə malikdir. Lakin bu təkcə kifayət etmir. Ağıldan əlavə iman da olmalıdır. Niyə?

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 18:20
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah Təala insanları daim imana səsləyir

Pıtırcık

  • 25 aprel 2015 18:06
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Zehra Awiqi

  • 25 aprel 2015 17:59
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
Allah Təala insanları daim imana səsləyir

--------------------
http:// [?] Загрузить с интернета:

jasmin022

  • 25 aprel 2015 17:44
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}