İmam Rizaya (ə) xilafətin təklifi

 
İmam Rizaya (ə) xilafətin təklifi



İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv şəhərinə çatır. Şəhərdən neçə fərsəx19 kənarda Məmun Fəzl ibn Səhl və Bəni-Abbasdan olan digər nümayəndələr İmam əleyhissəlamın pişavazına çıxaraq böyük ehtiramla karvanı şəhərə daxil edirlər. Məmunun əmrinə əsasən, rifah və asayiş üçün lazım olan hər cür şərait İmam əleyhissəlamın ixtiyarına qoyulur. Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Riza (əleyhissəlam) ilə Məmun arasında müzakirələr başlayır və Məmun hakimiyyəti qəbul etməyi İmam Riza əleyhissəlama təklif edir. İmam Riza (əleyhissəlam) bu təklifdən ciddi şəkildə imtina edir. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Riza əleyhissəlama təklif edir o isə hakimiyyətiqəbul etmirdi.” İmam Riza əleyhissəlamın imtina edəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir onda vəliəhdliyi qəbul et!” İmam Riza (əleyhissəlam) buyurdu: "Məni bunda da üzürlü hesab et.” Məmun bu dəfə İmam əleyhissəlamı üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Şuranın üzvlərindən biri də, Əmirəl-möminin Əli (əleyhissəlam) idi. Ömər həm də vəsiyyət etmişdi ki kim müxalifətçilik edərsə boynu vurulsun... İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm.”21 Məmun əslində bu sözlərlə İmam əleyhissəlamı hədələyirdi. Sonra daha açıq şəkildə İmam əleyhissəlamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki əgər vəliəhdlikdən imtina etsən səni güclə onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən səni öldürəcəyəm.” İmam Riza (əleyhissəlam) məcbur olub Məmunun təklifini qəbul edərək buyurur: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki ölkə işlərində bir dənə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq hökm və fətva vermək kimi işlərə qarışmayım.”

Həyata keçirilməyən vəliəhdlik məqamı

Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə, İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Məmun öz dəstxətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam Riza (əleyhissəlam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədlə əlaqədar Yəhya ibn Əksəm Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu məsələdə şahid duraraq onu təsdiqlədilər. Ramazan ayının onuncu günü cümə axşamı təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Riza əleyhissəlama beyət etdi. Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam əleyhissəlama tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş onun ardınca isə baş vəzir Fəzl ibn Səhl saray müftisi Yəhya ibn Əksəm ordu başçısı Abdullah ibn Tahir daha sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas əyan-əşrafı o Həzrətə beyət etmişdilər.
İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi təbii ki o Həzrətin dostları üçün baş ucalığı idi. Lakin İmam Riza əleyhissəlamın özü bu hadisədən çox narahat və qəmgin idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu: "Bu işə bel bağlayıb sevinmə çünki baş tutmayacaq


Geri dön

Krasavcikaya_v_onlin

  • 3 may 2015 18:30
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
ALLAH razi olsun

--------------------

sessiz deniz

  • 26 aprel 2015 20:57
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnn

Mələyimin mələyi

  • 26 aprel 2015 20:45
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNN

--------------------

Kapriznaya Dəcəlka

  • 26 aprel 2015 17:23
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNN

--------------------

Pıtırcık

  • 26 aprel 2015 13:45
  • Məqalə: 443
  • Şərh: 9615
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

♔๑.Şaнzadəм.๑♔

  • 26 aprel 2015 13:35
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah sizden razı olsun!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}