Göz quruluğu ilə mübarizə üsulları

 
Göz quruluğu ilə mübarizə üsulları

Goz xəstəliyindən daha çox əziyyət çəkirlər. Buna səbəb qadınların ənlik-kirşandan istifadə etdikləri zaman göz qapağına süngər, kist və sadəcə barmaqla toxunmalarıdır. Göz ətrafındakı zərif dəri bu əlavə bakteriyalarla mübarizə aparmaq qabiliyyətində deyil. Makiyaj sürtmək üçün nəzərdə tutulan vasitələri həftədə 1-2 dəfə dezinfeksiya etmək lazımdır. Başqalarının kosmetikasından istifadə etmək məsləhət deyil.

Klaviatura və siçanla işləmək

15-20 il bundan qabaq insanın gözləri üçün ən pis edə biləcəyi şey nəqliyyatda yaxud yataqda kitab oxumaq idi. Günümüzdə risk faktorları bizi hər tərəfdən əhatə edir. İlk növbədə bu, klaviatura və siçanla işləyən, hər gün 8 saat gərginliklə monitora baxan menecerlər, mühasiblər və mühəndislərə aiddir.

Bu niyə zərərlidir?

Gözlər bir yerə çox baxdıqda yorulurlar. İnsanın göz strukturu elə qurulub ki, gərək vaxtaşırı baxışı uzaq obyektlərə çevirsin və baxış bucağını dəyişsin. Biz arası kəsilməyən mətn, şəkil, rəsmxətlərin xətlərini oxumağa vərdiş etmişik. Lakin monitorda görüntü çoxlu titrəyən nöqtələrdən əmələ gəlir. Bu da gözləri yükləyir.

Gözlərin selikli qişalarına daimi nəmlənmək zəruridir. Mötədil miqdarda göz yaşları faydalıdır, çünki bu, gözləri yuyur.

Bu, sadə mexanizm kimi görsənə bilər: gözlər qırpınır və nəticədə nəmlik əmələ gəlir. Monitora baxdıqda isə insanlar çox nadir hallarda gözlərini qırpırlar və nəticədə selikli qişalar quruyur. Zud, yandırma, gözdə "qum” əmələ gəlir. Gözlərin qapaqları və bəbəkləri qızarır və iltihablanır. Gözlərin quruluğunun ikinci səbəbi ofisdə cansız kondisionerləşdirilmiş hava və şəhər küçələrinin kəskin tozudur. Beləliklə, biz “quru göz” sindromunu, göz qapaqlarının iltihabını və sairə xəstəlikləri əldə edirik.

Gözlərin zəifləməsinin əsas səbələrindən biri də vitamin çatışmazlığıdır.


Nə etmək olmaz?

Göz qapağı qızarıb? Bəziləri qızartını gizlətmək üçün gözlərə kosmetika sürtür. Göz və göz qapağı xəstəliklərində kosmetikadan istifadə etmək qadağandır. İkincisi kompyuter arxasında yalnız qadınlar əyləşmir.

Göz quruluğunun nəticələri təhlükəlidir, bu, görmə itiliyinin zəifləməsi, qlaukoma, mirvari suyu və korluğa qədər ətirib çıxara bilir. "Quru göz" sindromundan onun ilkin mərhələsində xilas olmaq lazımdır:

1-ci məsləhət. Gözlər üçün idman. 50 dəqiqə işləyirik, 10 dəqiqə istirahət edirik. Lakin siqaretlə yox. Gəzişin, gözünüzün qabağındakı rəsmi dəyişin. Yaxşıca gözlərinizi qırpın. Ofisdə maksimal uzağa görüntüsü olan pəncərə tapın. Pəncərənin bu yerinə 5-6 millimetr diametrində dairə yapıştırın və 5 dəqiqə gözlərinizi dairədən maksimal uzalıqdakı binanın damına yönəldin. Bu halda gözlər ora bura qaçmamalıdır, dəyişən yalnız məsafə və diqqətdir.

2-ci məsləhət. Yalnız maye-kristal monitordan istifadə edin. Maye-kristal monitorda piksellər fasiləsiz və tərpənmədən yanır. Hərflər və istənilən xətlər dəqiq ötürülür. Lakin əgər biri həmişə video və foto görüntülərlə işləyirsə, maye-kristal monitorlar onun üçün deyil, çünki həddindən artıq parıltılı, təmiz rənglər real olana uyğun gəlmir.

3-cü məsləhət. Profilatika vasitələri. Göz üçün damar daraldıcı damcılar qızartını götürür və görməni dəqiq edir. Bir saata qədər təsir edir, ayda bir dəfədən çox istifadə etmək olmaz. Süni damcı preparatları göz yorğunluğunu və yandırma hissini aradan qaldırır. Konsistensiyaya (maddənin sıxlıq və məhlulların qəlizlik dərəcəsi) görə onlar əsl damcıları xatırladır və çox effektivdir, lakin bir müddət. Bunlar xəstəlik səbəblərini aradan qaldırmır, lakin onların istifadəsini dayandırdıqda "quru göz" sindromu qayıdır. Yatmazdan qabaq çobanyastığı və çaydan ilığ kompreslər gözlərin yorğunluq və gərginliyini aradan qaldırır. Göz qapaqlarının blefaroqellərlə təmizlənməsi və masajı qan dövranını yaxşılaşdırır, göz damcısının pərdəsini stabil vəziyyətdə saxlayır, həmçinin göz qapağını nəmləndirir və cavanlaşdırır.

4-cü məsləhət. Vitaminlər. Gözlərə xüsusən A, B2, E, C vitaminləri, kalsium və digər faydalı madəllər zəruridir. Kəsmik, şor, yağlı olmayan ət, yer kökü, qaragilə yeyin. Vitaminli-minerallı komplekslər için.


Geri dön

Krasavcikaya_v_onlin

  • 3 may 2015 18:08
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
meselehet gore sagolun

--------------------

Mələyimin mələyi

  • 26 aprel 2015 20:32
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Klaviatura və siçanla işləmək

15-20 il bundan qabaq insanın gözləri üçün ən pis edə biləcəyi şey nəqliyyatda yaxud yataqda kitab oxumaq idi. Günümüzdə risk faktorları bizi hər tərəfdən əhatə edir. İlk növbədə bu, klaviatura və siçanla işləyən, hər gün 8 saat gərginliklə monitora baxan menecerlər, mühasiblər və mühəndislərə aiddir.

--------------------

Pıtırcık

  • 26 aprel 2015 18:04
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Nazlim_97_

  • 26 aprel 2015 18:00
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Eh uje kecib mende..meslehcun saqol..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}