İlan sancması zamanı nə etmək lazımdır?

 
İlan sancması zamanı nə etmək lazımdır?

Azərbaycanda havanın temperaturu getdikcə yüksəlməyə başlayır. Qarşıdan günəşli-isti havalar gəlir. İlan sancması da əsasən isti aylarda baş verir. Yeri gəlmişkən, havalar qızar-qızmaz artıq ilan sancmalarının işartıları özünü göstərməyə başlayıb. Məsələn, bu günlərdə Şəmkir rayon Sarıtəpə kənd sakini 5 yaşlı Bahar İbrahimlini ilan sancıb. Onu yaşadıqları evin yaxınlığında ilan sancıb. Uşaq dərhal yaxınları tərəfindən Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub.

Azərbaycanda zəhərli ilanlardan ən geniş yayılanı gürzədir

Düzdü, ilan sancması Azərbaycanda elə də geniş yayılmış hadisə deyil, Amma ölkəmizin zəngin fauna aləminə zəhərli ilanların da daxil olduğunu nəzərə alsaq, deyə bilərik ki, ilan sancmasından heç kim sığortalanmayıb. Azərbaycanda zəhərli ilanlardan ən geniş yayılanı gürzə hesab olunur. Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman zərərçəkənin yaşı, iqlim və s. faktorlar da əhəmiyyət kəsb edir.

Bəs ilan sancması zamanı ilkin tibbi yardım kimi nə etmək lazımdır?

Yaxud, əksinə, nəyi etmək olmaz?


Bəri başdan vurğulayaq ki, zərərçəkənin taleyi çox vaxt düzgün və vaxtında göstərilən yardımdan asılıdır.

Mütəxəssislərin fikrincə, əvvəla, sancma zamanı ilanın görünüşünü yadda saxlamaq lazımdır (sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün).ilan2

İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır.

Dərhal təcili tibbi yardım çağırın!

-İlan sancması zamanı dərhal təcili tibbi yardım çağırmaq lazımdır.


-Təcili tibbi yardım gələnə qədər isə, zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və tam sakitlik yaradın.

-Zərərçəkən heç bir halda hərəkət etməməlidir.

– Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər.

– İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın.

– Sonra yaranı təmiz su ilə yuyub, yod və ya “zelyonka” ilə dezinfeksiya edin və üzərinə steril sarğı qoyun. Ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazımdır. sarqi
– Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır.

– Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır.

– Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar verin.

Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə aparılması xeyli təhlükəli ola bilər! Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya təcili tibbi yardım briqadası çatdırsın!

sarqi2Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyacanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayət olunan şok başlaya bilər.

Nəyi etmək olmaz?!

– Turnadan istifadə etmək;

– Hərəkət etmək;

– Qida, alkoqol içkilər, kofe, rəngli sərinləşdirici içkilər qəbul etmək;

– Yaranı yandırmaq, kəsmək və deşmək;

– İsidicilərdən istifadə etmək;

– Dərman qəbul etmək;

– Qoyulmuş sarğıları çıxartmaq.

Zəhəri sovuraraq çıxarmaq yaxşı fikir deyil

Zəhəri sovuraraq çıxarmaq yaxşı fikir deyil, çunki ağızdan zəhər qana keçə bilər. Amma başqa heç bir çıxış yolu yoxdursa, ilan sancmasından dərhal sonra 10-15 dəqiqə müddətində bunu belə etmək olar. Belə ki, əgər özünüzlə kiçik banka götürmüsünüzsə, onun içində kibriti yandırıb sonra yaranın üzərinə kip basa bilərsiniz. Bu zaman yaranmış vakum zəhərin bir hissəsini sovurub çıxarır. Bankanı 15-20 dəqiqə saxlayın.
Bu tədbirlərdən sonra sancılmış yerə soyuq şey qoyulur, daxilə, əgər varsa, dimedrol (0.05 qr) verilir.
Sonra xəstə təcili xəstəxanaya çatdırılmalıdır.

Əgər zərərçəkəndə ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər yoxdursa, zərərçəkən yenə də hospitalizasiya edilməlidir.


Geri dön

Krasavcikaya_v_onlin

  • 3 may 2015 18:05
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
meselhete gore cox sagolun

--------------------

AyKe

  • 26 aprel 2015 22:13
  • Məqalə: 1
  • Şərh: 994
  • Bal:
{awards}
Cox sagolun meslehete gore.
Gorunusu bele cox qorxuncdu bunun

--------------------
Ölünce sevemezsem seni._____________*

Mələyimin mələyi

  • 26 aprel 2015 20:20
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Əgər zərərçəkəndə ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər yoxdursa, zərərçəkən yenə də hospitalizasiya edilməlidir

--------------------

NIGAR

  • 26 aprel 2015 17:55
  • Məqalə: 627
  • Şərh: 10018
  • Bal:
{awards}
what ŞÜKÜR MƏNDƏDƏ OLMAYIB.XƏBƏRƏ GÖRƏ SAĞ OLUN wassat

--------------------
legend.az/user/imza/

Nazlim_97_

  • 26 aprel 2015 17:49
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Sancmiyib :-) :-). Heleki saqol melumatcun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 28
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}