Termometrin sınması TƏHLÜKƏLİDİR. Nə etmək lazımdır?

 
Civə çox təhlükəli maddədir. Təhlükə dərəcəsinə görə civə 1-ci dərəcəyə aid edilir (çox təhlükəli kimyəvi maddə).
Civə orqanizmə 2 yolla düşə bilər - həzm sistemindən və nəfəsalma sistemindən. Əgər uşaq civəni udubsa (təbii ki, böyük bunu edə bilməz), uşağı dərhal qusdurmaq və təcili yardım çağırmaq lazımdır.

Digər - fövqalədə hadisə - sınmış termometr.

Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə çox tez buxarlanır və bu səbəbdən əgər evdə termometr sınıbsa, civə nəfəs yollarından orqanizmə daxil ola bilər. Nəticədə insan zəhərlənir. Civə zəhərlənməsi uzun müddət ərzində simptomsuz keçə bilər. İnsan əsəbilik, ürəkbulanması hiss edir, arıqlayır. Əksər hallarda insan buna fikir vermir və ya digər səbəblərlə əlaqələndirir. Lakin zəhərlənmə gizlincə insanın sinir sisteminə və böyrəklərinə yaxınlaşaraq orada ağır pozulmaların inkişafına səbəb olur. Nəzərinizə çatdıraq digər ağır metallar kimi, civə insan orqanizmində yığılır və orqanizmə düşdükdə buradan çox çətin xaric olunur.

Beləliklə, termometr sınıbsa zəhərlənmənin qarşısını alamaq üçün nə etmək lazımdır?

1. İsti otaqda civə daha tez buxarlanır. Bu səbəbdən otağın temperatutunu mümkün qədər azaltmağa çalışın – pəncərələri açın (lakin yelşəkən olmamalıdır), kondisioneri “soyuq” rejiminə qoşun, otaqda istilik sistemi varsa, onu da imkan daxilində söndürməyə çalışın. Bütün bunlar civənin buxarlanmasının intensivliyini azaldır.

2. Civəni tez yığmaq lazımdır. Bunun üçün rezin əlcəkdən istifadə edin ki, civə əllərlə təmasda olmasın. Tozsorandan, süpürgədən istifadə etmək olmaz!

3. Civənin xırda damcılarını skotç, plastrın köməyi ilə yığın.

4. Civə tökülən yerə heç kimi buraxmayın - civə ayaqqabılara yapışaraq bütün evə yayıla bilər.

5. Civəni və sınmış termometrin hissələrini diqqətlə soyuq su tökülmüş bankaya yığın və bankanı kip bağlayıb soyuq yerə qoyun (məsələn, balkona). Bu halda civə buxarlanmayacaq. Civəni kanalizasiyaya tökmək, zibil qutusuna tullamaq olmaz.

6. Civəni tam yığdıqdan sonra civə tökülən yeri yaxşı sılmək lazımdır (suya xloramın və ya tərkibində xloramin olan digər məişət vasitəni əlavə edin). Əsgini sonra tullayın.

7. Civə ilə təmasda olan əlcəyi, paltarları və ayaqqabıları tullamaq lazımdır.

8. Havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün sanitar-epidemioloji xidmətdən mütəxəssis çağırmaq lazımdır. Yığılmış civəni sanitar-epidemioloji xidmətin nümayəndələrinə təhvil vermək lazımdır.


Geri dön

Krasavcikaya_v_onlin

  • 3 may 2015 00:54
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
melumat ucun sagolun

--------------------

Elya Alieva

  • 2 may 2015 13:02
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

jasmin022

  • 27 aprel 2015 20:08
  • Məqalə: 1
  • Şərh: 3155
  • Bal:
{awards}
he bu melumatdan xeberim var cive hem tehlukeli hemde bahali maddedi.. tesekkurler ellerinize salik

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 27 aprel 2015 19:31
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
tesekkurler xebere gore

NIGAR

  • 27 aprel 2015 17:55
  • Məqalə: 721
  • Şərh: 10478
  • Bal:
{awards}
xebercun sag olun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}