Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 25° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 18-23° isti, bəzi yerlərdə 27°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qisamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 14-17° isti olacağı gözlənilir.


Geri dön

Krasavcikaya_v_onlin

  • 2 may 2015 17:04
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
melumata gore sagolun

--------------------

sessiz deniz

  • 28 aprel 2015 20:36
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler xebere goreee

NIGAR

  • 28 aprel 2015 12:49
  • Məqalə: 796
  • Şərh: 10833
  • Bal:
{awards}
deyirlər hava buludlu olacaq gün çıxır çoxsu səhv məlumat verirlər.məlumata görə sağ olun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 49
Cəmi: 100

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}