“Ağıllı” qidalar

 
“Ağıllı” qidalar


Ağıllı olmaq üçün təkcə kitab oxumaq, təhsil almaq, müdiklərin söhbətlərinə qulaq asmaq kifayət deyil. Bunun üçün həm də düzgün qidalanmalı, qida rasionuna beyin fəaliyyətini yaxşılaşdıran “ağıllı” qidaları daxil etmək lazımdır. Bəs insan beyninin fəaliyyətinə hansı qidalar müsbət təsir göstərir? sağlamlıqla bağlı növbəti yazısı “ağıllı” qidalardan bəhs edir.

Qaragilə beyin fəaliyyətinin zəifləməsinin qarşısını alır. Xüsusilə insanın yaşlandığı dövrdə zehni məhsuldarlığın aşağı düşməsini ləngidir. Müntəzəm olaraq qaragilədən istifadə etmək əldə olan biliklərin, oxunulan elmi və bədii ədəbiyyatların mənimsənilməsinə kömək edir. Qaragilə həmçinin görməni yaxşılaşdırır, gözün yorğunluğunu götürür, torlu qişada işığa həssas hüceyrələrin yeniləşməsini sürətləndirir. Qaragilənin faydalı xüsusiyyətlərindən biri də yaddaşı möhkəmləndirməsidir.

Ərik qurusu C vitamini və dəmirlə zəngindir. Dəmir beynin analtik təfəkkürünə, təhlil etmək funksiyasına cavabdeh olan sol yarımkürəsinin fəaliyyətini stimullaşdırır. C vitamini isə dəmirin orqanizm tərəfindən yaxşı mənimsənilməsinə kömək edir. Gün ərzində 3-4 ərik qurusu yeməklə ətrafda baş verən hadisələri daha düzgün təhlil etmək olar.

Cəmisi bir ədəd kivi yeməklə gün ərzində beyni mənfi təsirlərdən qorumaq olar. Kivi güclü antioksidant olaraq yaddaşı zəiflədən, beynin normal fəaliyyətinə mane olan sərbəst radikallara qarşı effektli və təsirli mübarizə aparır. Bununla yanaşı kivi stressə qarşı da xeyirlidir. O, zehni gərginliyi aradan qaldırır və sinir sisteminə müsbət təsir göstərir.

Bir çox faydalı xüsusiyyətləri olan üzüm beynin normal fəaliyyəti üçün faydalıdır. O, beyinə qan axınını gücləndirir, yaddaşı yaxşılaşdırır. Qara üzüm beyin və sinir hüceyrələri membranında lazımi miqdarda piylərin olmasına köməklik edir ki, bu da beynin zədələnməsinin qarşısını alır.

Əncir beyni təmizləyir, onun oksigenlə təchizatını yaxşılaşdırır, yorğunluğu götürür, beynin məhsuldarlığını və həssaslığını artırır. Zehni əməklə məşğul olanlar üçün faydalarına görə əncir ən yaxşı qida məhsullarından biri sayıla bilər.

Beynin fəaliyyətinə müsbət təsir göstərən qida məhsullarından biri də tünd şokoladdır. Söhbət yalnız tünd və qara şokoladdan gedir. Şokolad beynin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir. Onu da nəzərə almaq lazımdır ki, tünd şokoladdan qədərində istifadə edilməlidir. Əks təqdirdə olan qalan ağılı da itirib sağlamlıq üçün kifayət qədər problemlər qazanmaq olar.

Beynin normal fəaliyyəti üçün balqabaq tumu da faydalıdır. Öz zəngin tərkibi ilə balqabaq tumu bötövlükdə beynin işinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olan insanların iş məhsuldarlığını artırır.

Ağıllı olmağınıza şübhə ilə yanaşmayın. Amma daha ağıllı olmaq üçün beyninizin sevdiyi “ağıllı” qidaları rasionunuza daxil edin.


Geri dön

sessiz deniz

  • 28 aprel 2015 20:32
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
twkler xebere goreee

Pıtırcık

  • 28 aprel 2015 14:18
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
no xəbər üçün sağ olun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}