Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Yaxın iki gün ərzində Abşeron yarımadasında komfort hava şəraiti gözlənilir
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacağı gözlənilir. Yaxın iki gün ərzində Abşeron yarımadasında əlverişli hava şəraiti gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 21-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 19-24° isti, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 8-12° isti, gündüz 16-21° isti olacağı gözlənilir.


Geri dön

Krasavcikaya_v_onlin

  • 2 may 2015 13:00
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
cox sagolun

--------------------

Elya Alieva

  • 1 may 2015 11:00
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Xeber ucun Tesekkurler.

--------------------
UREYIM...I MEN

Krasavcikaya_v_onlin

  • 29 aprel 2015 19:15
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
melumata gore sagol

--------------------

sessiz deniz

  • 29 aprel 2015 17:53
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler wehrler egoreee

NIGAR

  • 29 aprel 2015 12:18
  • Məqalə: 880
  • Şərh: 11231
  • Bal:
{awards}
smile məlumata görə sağ ol can

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 75
Cəmi: 93

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 880
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}