May ayında niyə toy etmək olmaz?

 
May ayında niyə toy etmək olmaz?


Müxtəlif millətlərin müxtəlif ənənələri var. Bu ənənələrin bəzilərinin əsası var, bəzilərinin isə heç bir tarixi, məntiqi əsası yoxdur. Məsələn, elə may ayında toy etməmək kimi. Doğrusu, bu haqda kimdən soruşsan ki, “nə üçün may ayında toy etmirsən?”, nə cavab verəcəyini özü də bilməyəcək. Ən yaxşı halda dahiyanə sifət alıb, guya nəsə kəşf edirmiş kimi belə cavab verəcək: "May ayı ağır aydır”. Niyə ağırdır, bilinmir və bilməyəcək... Məsələn, guya bu ayda ailə quran insanlar xoşbəxt olmur, övladlarında problemlər olur və sairə və ilaxır. Hətta dünyanın yarısını görmüş insanlar da may ayında niyə toy olmadığını əsaslandıra bilmədilər. Gəlin, biz də xırda bir araşdırmaya baş vuraq...

Guya, ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşdüyündən və onlar mayda da yas saxladıqlarından, may ayında toy eləmirik. Etiraf edək ki, mənasız səbəbdir. Hamı bilir ki, ermənilərin bu şivəni yalandan başqa bir şey deyil. Bir başqa mənbələrdə deyilir ki, xristian ayinlərinə görə, may ayı ağır ay kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, əgər lap belədirsə, Sovet İmperiyası dağıldıqdan sonra niyə biz hələ də bu ənənəni yaşadırıq?! Bunu zehnlərdən silməyin vaxtı gəlib çatmayıbmı?

Mövzuyla bağlı psixoloq Elnur Rüstəmova müraciət etdik. Elnur Rüstəmov bildiridi ki, may ayında, ümumiyyətlə, toyun olub-olmamağı ilə bağlı zaman-zaman xeyli müzakirələr olub: “Adət-ənənə baxımından buna bizdə yox, xristianların adət-ənənəsində rast gəlinir. Yay ayı elə bir aydır ki, əvvəllər may ayında biçim vaxtı olurdu. Bu aylarda insanlar daha çox iş görməklə məşğul olmalı idilər. Ona görə də fikirləşirdilər ki, hər hansı bir şənlik və ya toylar onları işlərdən uzaqlaşdıra və ehtiyat tədarükünü azalda bilər. Və bu psixoloji təsir də zaman-zaman bizim xalqımıza yansımağa başladı. İndinin özündə də görürük ki, may ayında toyların intensivliyi azalmağa başlayır. Əslində, bu düzgün bir yanaşma deyil. Bu dünşüncədən qurtulmaq lazımdır. Əgər xeyir iş varsa, onu təxirə salmaq olmaz. Bunu etmək heç bir mənfi fəsad verməz”.

Bəzi ekspertlər isə qeyd edirlər ki, may ayında toy etməməyin səbəbi yasəmənin açması ilə əlaqədardır. Guya, ona görə bu dövrdə toy eləmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Yenə, guya, yasəmən çiçəyinin mənası "ya sən, ya mən” deməkdir. Yəni, həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən.

Bəzən də deyilir ki, may ayında yağışlar çox olur. Bu dövr təbiətin ağlayan dövrüdür, təbiət ağlayarkən şadlıq eləmək olmazmış. Bəziləri də bu adətin köklərinin Qədim Romaya gedib çıxdığını deyir. Bəzi fikirlərə görə, “may” sözü "Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında "Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.

Dediyimiz kimi, mayda toyların keçirilməməsinin səbəbini bu ayda ən şiddətli, gərgin əkin-biçin mövsümünün olması ilə də izah edənlər var. Əgər öz tariximizə fikir versək, görərik ki, adətən toylar payızda keçirilir. Bu da onunla izah olunur ki, insanlar yaz və yay fəsillərində bütün işlərini görüb qurtarır və dincəlməyə başlayırlar. Beləliklə, toylar payızda olur. Əgər bu ənənə qeyd etdiyimiz faktorla əlaqəlidirsə, niyə əkin-biçinə aidiyyatı olmayan şəhər əhalisi bu "ənənəyə" son qoymur?!

Göründüyü kimi, "may ayında toy etmək olmaz" kimi bir arqumentin heç bir tutarlı əsası yoxdur. Digər tərəfdən, nəzərə alaq ki, may ayında nəzərdə tutulan toy mərasimlərini təxirə saldıqlarına görə hər il yüzlərlə, minlərlə insan öz iş qrafiklərini dəyişməli olur, səfərlərini təxirə salır, vaxt itkisi yaşayırlar. Belə isə bütün bu deyilənlərin fonunda bu mənasız ənənədən əl çəkməyin zamanı çatıb kimi görsənir.
Beləliklə, narahatçılığa heç bir əsas yoxdur.

May ayında da toy edin, Allah xoşbəxt eləsin!


Geri dön

Krasavcikaya_v_onlin

  • 2 may 2015 13:03
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
bos seylerdi bele seylere inanmaq gunahdir

--------------------

Elya Alieva

  • 1 may 2015 11:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Bow Seydir Bir nov Fikirler cixarilarki May Ayinda Toy olmaz Uqursuzluqdur beledir eledir May ayi Vay ayidir bunlar bow bow sozledir evveler Azerbayjanda 1 xiristiyan olub esidiyme gore o may ayinda olub ve Azerbayjanililar may ayinda o Xiristiyanin yasni tutublar vede davam edir bezilerne gore bu yas

--------------------
UREYIM...I MEN

Krasavcikaya_v_onlin

  • 29 aprel 2015 19:15
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
tewekurler

--------------------

sessiz deniz

  • 29 aprel 2015 17:54
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler xeber egoreee

Rüzgar_Gülüm

  • 29 aprel 2015 17:31
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
{awards}
Bu cür şeylərə inanmaq lazım deyil. winked

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

jasmin022

  • 29 aprel 2015 17:02
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
bos seylerdi,, kecmis arvadlarin fikirleridi

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Pıtırcık

  • 29 aprel 2015 12:21
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
yalan sözdür niyə ki may ayında toy edənlər var bizim qonşumuz may aında toyy elədi.kim o sözü çıxardırsa özüdə bilmir nə danışırı. xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}