Həyat yoldaşı İlahi əmanətdir

 
Həyat yoldaşı İlahi əmanətdir

Həyat yoldaşı İlahi əmanətdir


Qadınlarla yaxşı rəftar etməyi İslam dini çox təkid edir. Belə ki, hətta onları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Buna əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qızı Fatiməni Əli ibni Əbutalib (əleyhiməssalam)-ın evinə köçürəndə ona buyurdu: "Ya Əli, qızım sənin əlində əmanətdir.” Bu məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət Zəhranı dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur. Belə ki, o həzrət Rəsuli Əkrəmə salam verdikdən, Həzrət Zəhraya qarşı edilən zülmlərdən, haqqını qəsb edənlərdən şikayət etdikdən sonra dedi: "Ey Peyğəmbər, Allahın və Onun Rəsulunun əmanəti təhvil verildi və o, sənə doğru gəldi. Mən isə bundan sonra həmişə qəmli olacağam, gözlərimə yuxu getməyəcəkdir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Həqiqətən qadınlar kişilərin yanında heç bir xeyrə və ya zərərə malik deyillər. Onlar sizin yanınızda olan ilahi əmanətlərdir. Onlara əsla zərər yetirməyin, hüquqlarını unutmayın.” Osman ibni Məzunun arvadı Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən ər-arvadın hüquqları barəsində soruşdu və Həzrət onların hüquqlarını şərh edərək buyurdu: "Qardaşım (Cəbrəil) həmişə qadınları tövsiyə edirdi. O qədər tövsiyə etdi ki, belə sandım ki, kişinin öz arvadına "uf” deməsi belə caiz deyildir. O mənə xəbər verib dedi ki, ey Mühəmməd, qadınlar barəsində Allahdan qorx və onlarla müdara et! Çünki onlar sizin əlinizdə olan əmanətlərdir. Siz onları ilahi əhd-peyman əsasında əmanət almısınız və onların namuslarına, canlarına hakim kəsilmisiniz. Onların barəsində yaxşılıqdan başqa bir iş görməyin.” Bu hədisdən aydın olur ki, qadınlar ərlərinin əlində əmanətdir. Onların barəsində hər növ qəflət, qüsur, ifrat və ya təfrit ilahi dərgahda məsuliyyətə səbəb olur. Ona görə də bacardıqca bu nemətlərin qədrini bilməliyik. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə buyurur ki, "Bacardıqca öz arvadınla müdara et və onunla yaxşı rəftar et ki, səfa-səmimiyyətlə, məhəbbətlə dolu olan bir həyata, məişətə malik olasan.” Bu vəsiyyətin oxşarını o Həzrətin öz oğlu Həsən (əleyhissalam)-a etdiyi vəsiyyətində də görmək olar.


Geri dön

sessiz deniz

  • 6 may 2015 17:57
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
Qadınlarla yaxşı rəftar etməyi İslam dini çox təkid edir. Belə ki, hətta onları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Buna əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qızı Fatiməni Əli ibni Əbutalib (əleyhiməssalam)-ın evinə köçürəndə ona buyurdu: "Ya Əli, qızım sənin əlində əmanətdir.” Bu məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət Zəhranı dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur. Belə ki, o həzrət Rəsuli Əkrəmə salam verdikdən,

Krasavcikaya_v_onlin

  • 1 may 2015 23:51
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
tewekurlerr

--------------------

Elya Alieva

  • 1 may 2015 02:32
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax Razi olsun

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 29 aprel 2015 23:51
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Qadınlarla yaxşı rəftar etməyi İslam dini çox təkid edir. Belə ki, hətta onları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Buna əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qızı Fatiməni Əli ibni Əbutalib (əleyhiməssalam)-ın evinə köçürəndə ona buyurdu: "Ya Əli, qızım sənin əlində əmanətdir.” Bu məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət Zəhranı dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur

Pıtırcık

  • 29 aprel 2015 22:32
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Rəbbim Allah

  • 29 aprel 2015 22:25
  • Məqalə: 52
  • Şərh: 392
  • Bal:
{awards}
Allah razı olsun dəyərli xəbər üçün smile

Allah əvəzin versin..!

--------------------


KeNDiMi
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}