Həm yeyin, həm də gözəl görünün

 
Həm yeyin, həm də gözəl görünün



Bütün qadınlar dərilərinin gözəl və problemsiz olmağının arzusundadırlar. Bunun üçün bir çox təcrübələrə əl atır, saatlarca vaxt da sərf edirlər. Gözəl, parlaq və sağlam bir dəri üçün xüsusi qulluq vacibdir, lakin yetərli deyildir. Qida qəbulu doğru seçilməyibsə, heç bir sağlam dəridən danışmaq doğru sayılmaz. Necə ki, yeyərkən dərimizdə problem yaradan qidalar olduğu kimi, bəzi qidaların qəbul edilməməsi də dərinin qüsuruna yol açır. Gəlin birlikdə dərimizin sağlamlığı üçün vacib olan bir neçə qidayla tanış olaq.

1. Dolmalıq qırmızı bibər: Çiy halda da, bişmiş halda da çox dadlı olan qırmızı bibər dərinin ən yaxın dostudur. Bir ədəd qırmızı bibər gündəlik C vitaminini təmin edəcək qüvvədədir. Dərinizin həmişə cavan qalmasını istəyirsinizsə, gündəlik qəbul ediləcək tərəvəzlər sırasına qırmızı bibəri də əlavə edin. 30 kaloridən yuxarı olmayan qırmızı bibəri pəhriz zamanı da istifadə etmək məsləhət görülür.
2. Şokolad: Antioksidantla zəngin olan şokolad qadınlar üçün həm xoşbəxtlik qaynağı, həm də hər gün qəbulu imtina edilməyən bir qidadır. Şokolad üzə parlaqlıq verir, dərini günəşin mənfi şüalarından qoruyur. Xüsusən də tərkibində südü az, kakaosu 80% olan şokoladlar daha məsləhətlidir.
3. Somon: Somon balığı bəlkə də ən çox Omega-3 qaynağı olan qidadır. Stres, gərginlik və depresiya zamanı çox müsbət təsiri olan somon balığı, gündəlik D vitamini ehtiyacını qarşılamaqda əvəzsizdir. Eyni zamanda dərini nəmləndirir, saç dibi və saçlar üçün də xeyirlidir.
4. Yaşıl çay: Yaşıl çay da dəriyə müsbət təsir göstərən qidalardandır. Faydasını daha yaxşı görmək üçün gündə 2-3 fincan içməlisiniz.
5. İspanaq: bütün dəri problemlərində ən yaxşı seçim olan ispanağı hər gün qəbul etməniz daha uyğundur. Tərkibində olan A, C və E vitaminləri dərinin yaxın dostu sayılar.
6. Çəyirdək və ya toxum: Günəbaxan tumundan tutmuş, balqabaq toxumunadək bütün çəyirdəklərdə E vitamini vardır. Dərini nəmləndirən bu vitamin dəri üçün çox faydalıdır. Pəhriz saxlayanlar da normanı keçməmək şərti ilə hər gün qəbul etsələr, heç bir zərərini görməzlər.
7. Kərəviz: Bir başqa məsləhətli sayılan qida da kərəvizdir. Quruluq, qırış kimi bir çox dəri problemini aradan qaldıran kərəviz, ən məsləhətli qidalardan biridir. Kərəvizi də hər gün qəbul etməkdə heç bir ziyan yoxdur.


Geri dön

Krasavcikaya_v_onlin

  • 1 may 2015 17:32
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
tewekurlerr

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 1 may 2015 15:57
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Meslehetinize göre derin teşekkür..

--------------------

Elya Alieva

  • 1 may 2015 00:22
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
xeber cun saqolun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 30 aprel 2015 23:55
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
no bilmirdim sağ ol can

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 26

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}