Hər dərdin dərmanı olan sözlər

 
Hər dərdin dərmanı olan sözlər


.Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...

Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa… Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa… Hər yerdən və hər kəsdən ümidin üzülübsə… O zaman Onun yardımına sığın, "ya Müğis” deyə, Onu çağır!

Əgər evdə əlacsız xəstən varsa… Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə… Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə… Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa… O zaman Onun şəfa qapısına üz tut, "ya Şafi” deyib dua et!

Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa… Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa… Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa… Insanların üzünə baxmaqdan utanırsansa… O halda "ya Ğəfur” deyə pıçılda!

Əgər bütün qapılar üzünə qapanmışsa, qulpundan yapışdığın hər iş yarımçıq qalırsa… Əgər bağlı qapıları açmağa gücün, yarımçıq işləri bitirməyə iradən çatmırsa… "Ya Fəttah” deyə haray sal!

Əgər hər kəs səndən uzaq qaçırsa, təsəlli üçün üz tutduğun hər adam öz ürəyinin pəncərəsini sənin üzünə qapayırsa… Özünü dünyada hamıdan tənha, hər kəsdən uzaq hiss edirsənsə… Əzizlərinin laqeydliyi, yaxınlarının uzaqlığı səni üzürsə… "Ya Qərib” söylə, Onun sənə boynundakı şah damarından da yaxın oduğunu duymağa çalış!

Əgər yolların ayrıcında durub işıq axtarırsansa… Gözlərin yolun sonunu bəlirtən işarəni arayırsa… Hər yan vahiməli zülmətə bürünübsə… Bələdçin, yolgöstərənin yoxdursa… Hara getməli olduğunu bilmirsənsə və bir kəsdən öyrənməyə ümidin də qalmayıbsa… Onun çırağını axtar, Onu səslə, "ya Hadi” söylə!

Şübhələrin pəncəsində əzilirsənsə… Doğrunu yalandan, yaxşını pisdən, düzü əyridən ayırmağın meyarını gəzirsənsə… Eyni şeyə biri haqq, o biri batil deyirsə… Güclə qazandığın yəqinliyi bircə şübhə ilə darmadağın edirlərsə… İllər uzunu, bəlkə bir ömür boyu inandığın dəyərlərin puç olduğunu sübut etməyə çalışırlarsa… Bu qarışıqlıqda kimin doğru, kimin səhv dediyini kəsdirmirsənsə… Üzülmə, "Ya Mübin” deyə, Onu səslə!

Səhərdən axşama kimi bir qarın çörək üçün əlləşib-vuruşursansa, amma yenə qazancın bəs etmirsə… Ayın sonunda aldığın məvacib vacib ehityaclarının yarısına da çatmırsa… Təmirə ehtiyacı olan evinin divarlarına, övladının cırılıb-dağılmış ayaqqabılarına, həyat yoldaşının əynindəki rəngi getmiş gödəkcəyə baxıb xəyallara dalırsansa… Harada ucuz taparam deyə, eyni mal üçün dükanları gəzirsənsə… "Ya Rəzzaq” deyə əllərini Onun dərgahına aç!

Əziz adamını uzaq səfərə, yeganə oğlunu hərbi xidmətə yola salmısansa… Onun nigarançılığı ilə ürəyin çırpınırsa… Hər dəfə qapı döyüləndə, telefon zəng çalanda bəd xəbər olmasın deyə, o biri dünyanı görüb-gəlirsənsə… Televizor ekranından təbii fəlakətlər, qətllər, xəstəliklər, bədbəxt hadisələr, yol qəzaları haqqında görüntüləri seyr edəndə üzülürsənsə… Qorxma, Onu səslə, "ya Hafiz” de!

Əgər qorxduğun birisi varsa… Təzyiqlərdən, təhdidlərdən, təqiblərdən cana doymusansa… Zəifsənsə, səni əzirlərsə… Haqlı olduğun halda səni təkləyib haqsız çıxarırlarsa… Hüququnu tələb edəndə ağzından vururlarsa… Gen dünyanı başına dar edirlərsə… Şər, böhtan, zülm, həqarət halqasında əsir olmusansa… Sənə zülm verənləri yerlə-yeksan etməyə gücü çatan qüvvəni çağır – "ya Qahir” deyə.

Sevgiyə tamarzısansa… Səmimiyyət gözləyəndə xəyanətlə üzləşirsənsə… Sevgi ilə qucaq açıb gəldiyin zaman nifrət divarı qarşını kəsirsə… Nəvaziş, təsəlli, doğmalıq, təbəssüm axtarışında gəzirsənsə… Sənin göz pəncərəndən boylanıb ürəyinə ilıqlıq gətirəcək baxışlara, saçını tumarlayacaq əllərə, qulağını oxşayacaq xoş sözlərə hava kimi, su kimi ehtiyacın varsa… Hüdudsuz məhəbbətin ünvanını ara, "ya Rəuf” deyə Ondan sevgi um.

Öz evində özünü özgə, vətəndə qərib, doğmaların əhatəsində yad kimi hiss edirsənsə… Dünyaya zindan, ölümə qurtuluş kimi baxırsansa… Əsl məskənini axirətdə axtarır, amma günahlarını yada salıb pərişan olursansa… Nə dünyada, nə də axirətdə özünə yer tapa bilmirsənsə… Yaşamağa iradən yoxdursa, ölüb sorğu-sual qarşısında durmağa üzün gəlmirsə… "Ya Rəhmanü ya Rəhim” zikri ilə aram tapmağa çalış.

Əgər bunların hamısını birlikdə istəyirsənsə, bircə dəfə, amma bütün varlığınla "ya Allah” de..


Geri dön

sessiz deniz

  • 6 may 2015 16:49
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...

Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa… Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa… Hər yerdən və hər kəsdən ümidin üzülübsə… O zaman Onun yardımına sığın, "ya Müğis” deyə, Onu çağır!

Əgər evdə əlacsız xəstən varsa… Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə… Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə… Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa… O zaman Onun şəfa qapısına üz tut, "ya Şafi” deyib dua et!

Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa… Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa… Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa… Insanların üzünə baxmaqdan utanırsansa… O halda "ya Ğəfur” deyə pıçılda!

Krasavcikaya_v_onlin

  • 2 may 2015 12:33
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

^^KuKuLKa^^

  • 2 may 2015 09:00
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
Əgər bunların hamısını birlikdə istəyirsənsə, bircə dəfə, amma bütün varlığınla "ya Allah” de..

--------------------

Krasavcikaya_v_onlin

  • 1 may 2015 23:25
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Elya Alieva

  • 1 may 2015 21:46
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Qaqa saqolun xeber ucun

--------------------
UREYIM...I MEN

NIGAR

  • 1 may 2015 21:11
  • Məqalə: 798
  • Şərh: 10855
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}