Zəhər qədər acı da olsa, həqiqət dərmanını için

 
Zəhər qədər acı da olsa, həqiqət dərmanını için


Bir vaxtlar Uzaq Şərqdə bir imperator var idi. Artıq qocaldığı üçün yerinə bir adam seçmək istəyirdi. Ancaq nə övladlarından, nə də yaxınlarından ürəyinə yatanı yox idi. Bir gün imperator ölkəsindəki bütün gəncləri sarayına yığdı və "Artıq qocalmışam. Aranızdan birini imperator seçmək istəyirəım”, - dedi. Gənclərin təəccübləndiyini görən imperator davam etdi: "Bu gün hərənizə bir toxum verəcəyəm. Siz evlərinizə gedin o toxumu əkin. Bir il sonra da böyütdüyünüz toxumlarla yanıma gəlin. Mən də sizdən birinizi öz yerimə seçim”. Bu gənclər arasında Linq adlı biri də var idi. O da başqaları kimi toxumu götürdü. Evə gəlib hər şeyi anasına danışdı. Anası bir saxsı və bir az torpaq götürüb oğlu ilə toxumu əkdi. Sonra birlikdə toxuma qulluq etməyə başladılar. Ancaq nə qədər qulluq etsələr də, toxum cücərmirdi. O, vaxtdan üç həftə keçmişdi. Hamı toxumlarının necə böyüməyindən danışırdı. Ancaq Linqin saxsısı hələ də boş idi. Linq bundan çox təəssüfləndi. Ən çox da imperatorun onu bacarıqsız adlandırmağından qorxdu. Ancaq dostlarına heç bir şey demədi və səbirlə gözləməyə başladı. Nəhayət bir il sona çatdı. Bütün gənclər yetişdirdikləri gül-çiçəklərlə imperatorun hüzuruna gəldilər. Linq əvvəlcə boş saxsını aparmaq istəmədi. Ancaq anası ona cəsarət verib imperatorun yanına göndərdi. Linq boş saxsı ilə saraya üz tutdu. Saraya çatanda gördüyü gül-çiçəklərin gözəlliyi gözlərini qamaşdırdı. Sonra imperator gəlib bütün gəncləri salamladı. Linq isə imperator görməsin deyə arxada gizləndi. İmperator, "Çox gözəl gül-çiçəklər yetişdirmisiniz”, - dedi. Sonra əlində boş saxsı dayanan Linqi gördü. Tez mühafizəçilərindən onu yanına gətirməyi əmr etdi. Linq çox qorxdu və ürəyində "Yəqin ki, imperator bacarıqsızlığıma görə məni öldürəcək”, - deyə düşündü. Linqin əlindəki boş saxsını görən gənclər gülməyə başladılar. İmperator onları sakitləşdirdi. Linqdən adını soruşandan sonra üzünü gənclərə tutub, "Buyurun, yeni imperatorunuzu salamlayın. Onun adı Linqdir”, - dedi. Linq gözlərinə inanmadı. Çünki adi bir toxumu yetişdirə bilməyən bir adamdan necə imperator ola bilərdi? İmperator davam etdi: "Bir il əvvəl burada hamınıza bir toxum verdim. Ancaq o toxumlar adi toxumlar deyildi. Çünki hamısı qaynadılmışdı. Bu toxumlıardan heç bir şey bitə bilməzdi. Ancaq Linqdən başqa hamınız cürbəcür güllər, çiçəklər gətirdiniz. Çünki toxumunuzun böyümədiyini görüb onu başqası ilə dəyişdirdiniz. Təkcə Linq içərisində mən verdiyim toxum olan boş saxsını gətirdi. Buna görə də hamınızın içərisindən onu imperator seçdim”.

Zəhər qədər acı da olsa, həqiqət dərmanını için


Geri dön

sessiz deniz

  • 6 may 2015 16:09
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
Bir vaxtlar Uzaq Şərqdə bir imperator var idi. Artıq qocaldığı üçün yerinə bir adam seçmək istəyirdi. Ancaq nə övladlarından, nə də yaxınlarından ürəyinə yatanı yox idi. Bir gün imperator ölkəsindəki bütün gəncləri sarayına yığdı və "Artıq qocalmışam. Aranızdan birini imperator seçmək istəyirəım”, - dedi. Gənclərin təəccübləndiyini görən imperator davam etdi: "Bu gün hərənizə bir toxum

Mələyimin mələyi

  • 4 may 2015 17:05
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Təkcə Linq içərisində mən verdiyim toxum olan boş saxsını gətirdi. Buna görə də hamınızın içərisindən onu imperator seçdim”.

--------------------

sessiz deniz

  • 4 may 2015 15:52
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler eladiii

Nazlim_97_

  • 4 may 2015 15:34
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Cox goozel twk

Pıtırcık

  • 4 may 2015 12:22
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
GƏŞƏNG HEKAYƏDİR

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 4 may 2015 10:41
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Qeweng xekayedir
Tesekkur. ...ler

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}