İmam Məhdi (ə)-ın Kəbədə alacağı beyət

 
İmam Məhdi (ə)-ın Kəbədə alacağı beyət


İmam Məhdi (ə)-ın Kəbədə alacağı beyət

Bismilləhir-rahmənir-rahim

İmam Məhdi (ə) Kəbədə xütbə etdikdən sonra onunla beyət ediləcək. Bu beyəti Allahın vəhyinin əmin şəxsi Cəbrail (ə) başlayacaq, ardıyca xas möminlər beyət edəcəklər. İmam Sadiq (ə)-dan nəql edilən bir hədisdə deyilir:
"Qaimlə (ə) ilk beyət edəcək şəxs Cəbraildir (ə)..” (Bihar: 52, səh.285).

Başqa bir hədisdə isə deyilir:

"Allah (ə.c) Cəbraili göndərəcək və o (Qaim (ə)-ın yanına) gəlib Hətimin üzərinə enəcək. Sonra ona deyəcək: Nəyə dəvət edirsən?
Qaim (ə) nəyə dəvət etdiyini ona deyəcək. Bu zaman Cəbrail (ə) ona deyəcək: Birinci mən sən beyət edəcəyəm. Uzat əlini.
Bundan sonra Cəbrail (əlini-qanadını) onun əlinə sürtəcək. Bu zaman orada olan üç yüz on üç nəfər də ona beyət edəcək. Qaim (ə) 10 min nəfərlik əshabı tamamlananadək Məkkədə qalacaq. Sonra isə Mədinəyə yola düşəcək ”.
(Bihar: 52, səh.337).

Başqa bir hədisdə deyilir:

"Ey Müfəzzəl, Qaim (ə) arxasını hərəmə söykəyəcək və əlini uzadacaq. Bu zaman heç bir qüsuru olmayan ağ bir şey görünəcək. Qaim (ə) deyəcək: Bu Allahın əlidir, Allah tərəfindəndir və Allahın əmri ilədir.
Sonra bu ayəni tilavət edəcək: "Şübhəsiz ki, səninlə beyət edənlər məhz Allahla beyət edirlər. Allahın əli onların əllərinin üstündədir. Hər kim (beyətini) pozsa, yalnız öz əleyhinə pozar”.

Onun əlini ilk öpən şəxs Cəbrail olacaq. Sonra ona beyət edəcək. Onun ardınca mələklər və cinlərdən olan möhtərəm kəslər beyət edəcəklər. Sonra da rəhbərlər (313 nəfər) beyət edəcəklər(Bihar: 53, səh.8).

Həzrətin (ə) əshabı aşağıdakı öhdəliklər əsasında beyət edəcəklər:

"Oğurluq etməyəcək, zina etməyəcək, müsəlmanı söyməyəcək, haram olan canı öldürməyəcək, möhtərəm hörməti aradan aparmayacaq və heç bir evə hücum çəkməyəcəklər. Haqsız yerə heç kəsi vurmayacaq, qızıl, gümüş, buğda və arpa yığıb saxlamayacaqlar. Yetim malı yeməyəcək, bilmədikləri şeyə şəhadət verməyəcək, heç bir məscidi xarab etməyəcək, məstedici içməyəcək, ipək paltar geyməyəcək, qızıl taxmayacaq və yol kəsməyəcəklər..”

Qaim (ə) da özü barədə şərt edəcək ki, onların getdiyi yollarla getsin, onlar kimi geyinsin, onların minikləri kimi minik minsin. O aza razı olacaq, yeri Allahın yardımı ilə haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq, Allaha ən gözəl şəkildə ibadət edəcək və özünə xidmətçi və qapıçı tutmayacaq (Vəsail: c.10, səh.470).


Geri dön

Mələyimin mələyi

  • 4 may 2015 15:52
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
Allah razı olsun

--------------------

sessiz deniz

  • 4 may 2015 15:48
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunn

Pıtırcık

  • 4 may 2015 12:35
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
ALLAH RAZIOLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Elya Alieva

  • 4 may 2015 10:23
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
qaqas ilik menden Allax Razi OlsuN

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}