Imam Həsən (ə) doğumdan Peyğəmbərin(s) vəfatınadək

 
Imam Həsən (ə) doğumdan Peyğəmbərin(s) vəfatınadək



Imam Həsən (ə) doğumdan Peyğəmbərin(s) vəfatınadək

Bilindiyi kimi, məşhur rivayətlərə əsasən, İmam Həsən(əlyhissalam) hicrətin 3-cü ili ramazan ayının ortaları dünyaya göz açmışdır. Allahın Rəsulu(səlləlahu ələyhi və alihi və səlləm) dünyasını dəyişənə qədər(hicrətin 11-ci ili səfər ayının 28-i) İmam Həsən ağa 7-il altı ay, öz mübarək həyatını cəddinin kənarında keçirmişdir. Tarixə nəzər salanda bu məzlum İmamın ən xoş günlərini elə cəddi Peyğəmbərin həyatına təsadüf etdiyinin şahidi oluruq. Hətta bəzi rivayətləri oxuyanda Peyğəmbərin İmam Həsən və İmam Hüseyn (ələyhiməssəlam)-a olan məhəbbətinin qeyriadiliyi ilə seçildiyinin şahidi oluruq.
Əhli-sünnət Alimləri olan Tirmizi və Nisai, özlərinin səhih adlı kitablarında bir hədisi belə nəql edirlər: “Bir gün Peyğəmbər(s) minbərdə moizə edərkən Həsən və Hüseyn(ələyhiməssəlam)hər ikisi qirmizi paltar geyinmiş halda, yıxılıb, aşa-aşa(məscidə daxil olub)Peyğəmbərə tərəf gəlirdilər, bunu görən Peyğəmbər(s), söhbətini kəsərək, minbərdən düşüb, onları qucaqlayıb, qarşısında əyləşdirərək belə buyurdu: Allah düz buyurmuşdu ki: “Həqiqətən sizin malınız və evladlarınız sizin üçüm imtahan vəsilələridirlər”; Mən bu iki balanın yıxılıb, qalxdığını gördükdə, dözməyib, sözümü kəsib onları qucağıma götürdüm” (Səhih Tirmizi, cild 2, səh 306. Səhih Nisai, cild 1, səh 209)
Bərra ibn Azib belə nəql edir: “ Bir gün gördüm ki, Peyğəmbər(s) (İmam) Həsəni çiyninə aldığı halda belə buyurdu: İlahi mən bu balamı sevirəm, səndə onu sev” (Səhih buxari, kitabu bədul-xəlq, 2-ci cild, səh 307)
Zuhəyr ibn Əqmər deyir: Əli(ələyhissalam) şəhadətə yetişəndən sonra, İmam Həsən(ələyhissalam) çıxış edərkən, Əzd qəbiləsindən olan, hündür boylu, qarayanız biri qalxaraq belə söylədi: Bir gün Peyğəmbəri, İmam Həsən(ələyhissalam)-ı boynuna aldığı halda: “Hər kim məni sevirsə, bunuda sevməlidir. Eşidənlər bu sözləri eşidməyən hər bir kəsə çatdırsın”, buyurduğunun şahidi olmuşam. Əgər Peyğəmbərin bu haqda açıq əmri olmasaydı bunu sizə deməzdim.( Musnadi Əhməd ibn Hənbəl, cild 5, səh 366)
Aişədən nəql olan rivayətdə belə deyilir: Peyğəmbərin belə bir qaydası var idi ki, (İmam) Həsəni qucağına alıb sinəsinə basaraq belə buyurardı: “İlahi bu mənim balamdır, mən onu çox sevirəm, səndə onu sev. Onu sevən hər bir kəsidə sən sev”. ( Hitəmi, Məcməuz-zəvaid kitabı, cild 9, səh 176)

Allah Rəsulunun iki Reyhanəsi
Peyğəmbərin bu iki balaya olan məhəbbəti o dərəcəyə çatmışdır ki, onlara “Reyhanə” (xoş ətirli güllər) adı vermişdi. Bu haqda həm Şiə və həmdə Sünni mənbələrində kifayət qədər rivayətlər mövcuddur. Əbu Əyyub Ənsari belə nəql edir: Mən, Allah Rəsulunun hüzuruna yetişdim, bu zaman Həsən və Hüseyn (ələyhiməssalam) –ın Peyğəmbərin hüzurunda oynadıqlarının şahidi oldum. Mən Peyğəmbərə ərz etdim: Ey Allahın Rəsulu, onları sevirsən? Peyğəmbər buyurdu: “Necə onları sevmiyə bilərəm, onlar mənim xoş iyli güllərimdir. Mən onları iyləyirəm”. (Hitəmi, Məcvəuz-zəvaid, cild 9, səh 182)
Əbu bəkrdən nəql olunan rivayətdə belə deyilir: “ Həsən və Hüseyn (ələyhiməssalam)-ın Peyğəmbər namaz halında olarkən, O Həzrətin kürəyinə atıldıqlarının şahidi oldum. Peyğəmbər qalxarkən iki əlləri ilə arxadan onları tuturdu ki, onlar yerə ahəstə ensinlər. Namazı qurtardiqdan sonra O ikisini öz ətəyində əyləşdirib, əllərini onların başlarına çəkə-çəkə buyurdu: “Bu iki bala, dünyada olan iki xoş iyli ətirlərimdirlər”.( Muvəffəq ibn Əhməd, Məqtəlul-Husəyn, səh 130)


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 22:43
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 5 may 2015 15:36
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı oLsun...

--------------------

Elya Alieva

  • 4 may 2015 23:35
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax Razi Olsun Can

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 4 may 2015 20:49
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

sessiz deniz

  • 4 may 2015 20:40
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}