Zaman ve Insan

 
Zaman ve Insan



İnsanlar bəzən çox dəyişirlər və tez yanılırlar. Bəzən nəyisə sevdiklərini zənn edirlər və bağlanırlar ona. Gecələri və gündüzləri onun olur . Düşünmədən xərcləyirlər onun üçün ən dəyəli zamanlarını. Və bir gün oyandıqlarında bağlandıqları şeyin sonu olmayan bir alışqanlıq olduğunu anlayırlar. Yanılıblar məgər sevgi ilə alışqanlıq arasında.
Bəzən kiçik bir günah işləyirsən və heç nə olmaz, bağışlayar Rəbbim deyib keçirsən. Olanları hissetmirsən. Bir gün dönüb baxdığında günahların içində boğulduğunu hiss edirsən. Nəyisə itirməmək xatirinə yalan danışırsan və bəlkə qazanırsan o an istədiyin şeyi. Və bir zaman geriyə baxdığında bu kiçik yalanla hər şeyini itirdiyini anlayırsan.
Əbədi olmayan bu dünyada hər şeyin bir sonu olduğu kimi yaşamın da bir sonu var. Bəlkə insan ömrü çox uzun görünür gözlərdə amma çox qısa olduğuna şahid oluruq hər addımda. Sadəcə heç düşünmürük. Ömrün gənclik çağının qısa olan bu həyatın başlanğıcı olduğunu anlamırıq.
Bu gün seçin hədəfinizi və düşünərək edin bunu. Elə bir hədəf seçin ki, ömrünüzün sonunadək addım-addım yaxınlaşın bu hədəfə. Əlli ilin sonunda addım-addım gələrkən ölümlə üzləşsəniz hədəfinizə çatdığınızı hiss edə biləcəyiniz bir hədəf seçin. Və bir anda ölümün sizi tərk etdiyini anlasanız gerisindən yenə gedə biləcəyiniz bir hədəf seçin.
Tükənməsin istəyiniz. Bir sual olsun daima fikrinizdə və düşünmək üçün sahib olduğunuz beyninizlə bir an belə dayanmadan düşünün həmişə. Sualları cavablarla əvəzləyin dünyanızda. Öyrənməklə yansın içiniz daima. Özünüzdən aşağılara baxıb övünməyin özünüzlə. Amma həmişə yuxarıya can atın siz. Çətinlikdən qaçmayın heç vaxt. Parçalayın kiçik-kiçik hissələrə. Çarələri alt-üst edin və aşın hər çətinliyi. Uduzmaqdan qorxmayın siz. Dərs alın etdiyiniz hər yanlışdan. Utanmayın və sadəcə ibrət alın. Doğrulara yol alın siz. İbrət alın hər sonluqdan, gördüyünüz hər acıdan və sevincdən. Özünüzü gələcəyə yetişdirin. Gələcəyə dediyim zaman düşünməyin pulu, işi ya da ailəni. Sonsuzluğu düşünün siz.
Unutma ki, bu dünyanın bir sonu var. Kiminə keyf kiminə zindan olan bu dünyada bir gün hər şey ters dönəcək. Və bil ki, o gün sənə qalan əməllərin olacaqdır, yaxşı və pis. Dostların da tərk edəcək səni o gün. Qalacaqsan sən və özün. Unutma ki, əvəzini alacaqsan etdiyin hər yaxşı işin və cəzasını çəkəcəksən etdiyin hər bir pisliyin.
Bir an belə boşa zaman keçirməyin. İrəliyə yol axtarın. Gözəl sözlər seçin və özünüzdə əks etdirin bu sözləri. Dahilərin bir sözü var: ”Həyatda birinci olmağa çalışmayın, bir inci olmağa çalışın”.
Ulduzları düşünün siz. Çox yüksəkdə və yalnızca parlayırlar fikrimizcə. Biz bilmirik içlərini. Onlar kimi yüksəklərə can atın siz və parlayın. Amma bu dünyanın sonunu siz unutmayın. Elə candan parlayın ki, parıltınız tükənməsin. Və bu dünya bitdiyində axirətiniz sönməsin...


Geri dön

sessiz deniz

  • 5 may 2015 21:48
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
İnsanlar bəzən çox dəyişirlər və tez yanılırlar. Bəzən nəyisə sevdiklərini zənn edirlər və bağlanırlar ona. Gecələri və gündüzləri onun olur . Düşünmədən xərcləyirlər onun üçün ən dəyəli zamanlarını. Və bir gün oyandıqlarında bağlandıqları şeyin sonu olmayan bir alışqanlıq olduğunu anlayırlar. Yanılıblar məgər sevgi ilə alışqanlıq arasında.
Bəzən kiçik bir günah işləyirsən və heç nə olmaz, bağışlayar Rəbbim deyib keçirsən. Olanları hissetmirsən. Bir gün dönüb baxdığında günahların içində boğulduğunu hiss edirsən. Nəyisə itirməmək xatirinə yalan danışırsan və bəlkə qazanırsan o an istədiyin şeyi. Və bir zaman geriyə baxdığında bu kiçik yalanla hər şeyini itirdiyini anlayırsan.

♔ sinყσriτα ♔

  • 5 may 2015 16:17
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Maraxli idi tewekkur

♔๑.Şaнzadəм.๑♔

  • 5 may 2015 15:08
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Çox gözel xeberdi..

--------------------

aytin

  • 5 may 2015 14:21
  • Məqalə: 0
  • Şərh: 129
  • Bal:
{awards}
gozeldi tesekkurler

--------------------
AYRILIQ ZAMANSIZ GELIR HEC OZUNDE BILMIRSEN.

Pıtırcık

  • 5 may 2015 13:45
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
no xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}