Çoxarvadlılıq haramdır?

 
Çoxarvadlılıq haramdır?



"Kişinin aldığı arvadların bir-birindən xəbəri olmalıdır”
Çoxarvarvadlılıq, İslamdan xeyli əvvəl cahillik dövründə ərəblər arasında çox geniş yayılmışdı. Həmin dövrdə kişi istədiyi sayda qadınla evlənə bilərdi. O zaman qəbilə və ailələrin gücü ilk olaraq adamların çoxluğu ilə ölçülürdü. Buna görə çox evlilikdə işçi sayının çoxalması və qəbilələrarası müharibələrdə həlak olanların yerini doldurmaq məqsədi güdülürdü. Çox evlilik İslamdan əvvəlki ərəblərdə qüvvət və sərvətin, fəxr və etibarın, bir qadınla evlənmək isə zəiflik və kasıbçılığın simvolu sayılırdı.

İndiki dövrdə də bəzi «din adamları» çoxarvadlılığın məcburi olduğunu bəyan edir, bunu Allahın əmri kimi təbliğ edirlər. Əslində İslam dinində çoxarvadlılıq anlayışı necə izah edilir?


İlahiyyatçı Elşad Miri deyir ki, İslam dinindən əvvəl həddindən artıq çoxarvadlılıq olub. Dinimiz isə daha çoxarvadlılığın qarşısnı almaq üçün bunu çərçivəyə saldı: "Dördə qədər qadınla evlənə bilərsiniz. Bu, bir əmr yox, tövsiyədir. Ayələrin birində qeyd olunub ki, yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxarsınızsa, xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Həm də o qadınların arasında ayrı-seçkilik etməyin, ədalətli olmağa çalışın. Burada şərt qoyulur. Başqa bir ayədə isə deyilir ki, nə qədər çalışsanız da qadınlar arasında ədalətli ola bilməzsiniz, ona görə də biri ilə evlənmək daha məqsədəuyğundur.”

E. Miri qeyd edir ki, peyğəmbər, qızı Fatiməylə evli olan Əliyə ikinci dəfə evlənmək istədikdə icazə verməyib: "Peyğəmbərimiz qızı kədərlənməsin, üzülməsin, pis olmasın deyə, kürəkəninin ikinci arvad almaq istəyini qəbul etmir. Peyğəmbər bildirir ki, Əli ikinci dəfə evlənəcəksə, onda Fatimədən boşansın və istədiyi qızla evlənsin. Peyğəmbər öz qızına bunu rəva bilmirsə, digər müsəlmanlar 4 qadınla evlənməyi fəxrlə, iftixarla necə qeyd edə bilərlər?”

İlahiyyatçı, ayədə qeyd olunan yetim qızlar məsələsinə də aydınlıq gətirib: "Ayənin özündə də maraqlıdır. Yetimliklə bunun əlaqəsi nədir? Məsələn, bəzi adamlar həmin dövrdə də yaxın bir qohumu olanın himayəsində olan qızlarla evlənirdi. Bu qızlara ailələrindən var-dövlət, miras qalırdı. Qohumları düşünürdü ki, başqasına ərə gedəcək, mal-mülk əldən çıxacaq. Ona görə yaxşısı budur ki, özüm alım. Bu səbəbdən belə bir şərt də qoyulur ki, siz yetim qızlara haqsızlıq etməyin başqaları ilə evlənin.

İlahiyyatçı peyğəmbərin evlilik həyatına da toxunub: "Peyğəmbərimiz ilk dəfə 25 yaşında özündən 15 yaş böyük qadınla evlənib. Evlilik təklifi də qadının özündən gəlib. Peyğəmbərimiz həmin qadınla evlənəndə ömrünün ən gözəl çağlarını, yəni 25 ilini həmin qadınla bir yerdə yaşayır. Peyğəmbərimizin 50 yaşı olanda həmin qadın, yəni Xədicə vəfat edir. Xədicə vəfat edəndən sonra peyğəmbərimizin 4 qızı həmin vaxt sağ qalmışdı. Dörd qızını saxlamaq üçün evlənməyib subay yaşayıb.

Ondan sonra peyğəmbərimizə başqaları təkid edirlər ki, evlənsən daha yaxşı olar. Bundan sonra Peyğəmbərimiz başqa bir dul qadınla ailə həyatı qurur. Peyğəmbər özünü düşünərək ehtirasına görə, ikinci dəfə ailə həyatı qurmayıb. Hər birinin ayrı-ayrılıqda səbəbləri var. Peyğəmbər evliliklərində bu qadınları öz kəbininə almaqla, həm də himayəyə götürüb. Peyğəmbərimiz 53 yaşında ikinci evlilik qurub. Sonra 10 il yaşayıb və bu müddətdə yenə də evlənib. Bir də ki, o, 4 qadınla evlilik əmri gəlməzdən əvvəl evlənmişdi. Bu ayə olandan sonra peyğəmbərimiz ikinci bir qadınla evlənməzdi.”

Müsəlman ölkəsi olan Azərbaycanda əgər çoxarvadlılıq qanunla tənzimlənərsə, bunun təsiri barədə nə demək olar? İlahiyyatçı deyir ki, bunun müsbət tərəfləri var: "Müharibə olduğu zaman dünyasını dəyişən, həlak olan, şəhid olan kişilər olur. Bu kişilər də məhv olduğu zaman Azərbaycan və ya başqa bir ölkədə faktiki olaraq insanların sayı azalmağa doğru gedir. O zaman dövlət belə bir qanun qəbul edə bilər. Bir sıra ölkələrdə bu var.

Belə qanun ola bilər ki, bir kişi iki qadınla evlənə bilər. Amma ikinci evliliklə bağlı birinci qadının məlumatı, icazəsi olmalıdır. Bəziləri bu gün belə fikir formalaşdırıblar ki, mən ikinci ilə evlənə bilərəm. Birinci qadının nə ixtiyarı var bir söz desin? Belə şeyləri gizli həyata keçirirlər ki, birinci arvadın icazəsi olmasa da olar. İslamda evlilikdə, kəbində tələb olunanlardan biri də şahidlikdir. Digəri isə elandır. Sənin birinci arvadın bilməyəcəksə, bunu sən kimə elan edəcəksən? İkinci qadından övladın oldu, birinci qadının da bundan xəbəri yoxdur. Zəmanətin varmı ki, sən gələcəkdə bacı-qardaş evliliyinə bais olmayacaqsan?”


Elşad Miri onu da vurğuladı ki, birinci arvadın ricası olmadan ikinci qadınla evlənmək böyük bir harama rəvac verir. Bu həm də ailələrin dağılmasına səbəb olur: "Hazırda bəziləri necə edir? Bir din xadiminin yanına gedir, 2 nəfər də şahidi olur və kəbini kəsilir. Birinci arvadının isə bundan əsla xəbəri olmur. Qadının haqqını tapdalayan, birinci arvada qarşı belə biabırçı hərəkətlər edənləri dinimiz qəbul etmir. Bu, İslam dini ola bilərmi? Bu dindən öz məqsədləri üçün istifadə edənlərin və ya dindən xəbəri olmayan insanların elədiklərinin nəticəsidir.”


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 22:39
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 7 may 2015 20:52
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
"Kişinin aldığı arvadların bir-birindən xəbəri olmalıdır”
Çoxarvarvadlılıq, İslamdan xeyli əvvəl cahillik dövründə ərəblər arasında çox geniş yayılmışdı. Həmin dövrdə kişi istədiyi sayda qadınla evlənə bilərdi. O zaman qəbilə və ailələrin gücü ilk olaraq adamların çoxluğu ilə ölçülürdü. Buna görə çox evlilikdə işçi sayının çoxalması və qəbilələrarası müharibələrdə həlak olanların yerini doldurmaq məqsədi güdülürdü. Çox evlilik İslamdan əvvəlki ərəblərdə qüvvət və sərvətin, fəxr və etibarın, bir qadınla evlənmək isə zəiflik və kasıbçılığın simvolu sayılırdı.

Rapunzel Aşkı

  • 7 may 2015 15:24
  • Məqalə: 77
  • Şərh: 342
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Nazlim_97_

  • 7 may 2015 15:06
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Allah razi olsun'

Elya Alieva

  • 6 may 2015 23:55
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Exsen Rusdik

--------------------
UREYIM...I MEN

Krasavcikaya_v_onlin

  • 6 may 2015 23:54
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
maragli idi sagolun

--------------------

jasmin022

  • 6 may 2015 22:26
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
haram deyilsede haram olmalidi

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Mələyimin mələyi

  • 6 may 2015 20:58
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Pıtırcık

  • 6 may 2015 20:47
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
xəbər üçün sağ olun

--------------------
http://legend.az/user/imza/

♔๑.Şaнzadəм.๑♔

  • 6 may 2015 20:43
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Məlumata görə minnətdaram...

--------------------

♔ sinყσriτα ♔

  • 6 may 2015 20:43
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Maraxli xebere gore tewekkur fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}