Insan İslamın aynasında

 
  • 7.05.2015, 17:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Insan İslamın aynasında

Qüdrətli yaradanın adı ilə sözümə başlamaq istərdim. "İslam", bu söz nə qədər dərin və mənalıdır. Dahi tarixi şəxsiyyət olan Əmirəlmöminin Hz. Əli (ə) özünün oxşarı və bənzəri olmayan misilsiz tərifində İslamı belə açıqlamışdır:

Hz. Əlidən (ə) soruşdular: İslam nədir? Hz. Əli (ə) buyurdu: "Mən islama elə bir tərif deyəcəyəm ki, siz onu məndən sonra heç bir kəsdən eşitməyəcəksiniz. "İslam" yəni təslim, təslim yəni təsdiq, təsdiq yəni yəqin, yəqin yəni əda, əda yəni əməl." (Əllamə Məclisi, Biharul-ənvar, cild 68, səh-309.)

Həqiqətən, biz bu tərifə nəzər salsaq görərik ki, sözlər son dərəcə dərin, məntiqli və zəngin fəlsəfi məna kəsb edir. Müasir əsrdə yaşayan və sivilizasiyaya doğru inkişaf edən insan özünün dərin düşüncəsi ilə bu tərifə bir nəzər salsa, bu sözlərin hikmət dəryasına mütləq baş vuracaqdır. "İslam" sözünün sadə olan tərifinə nəzər salsaq belə bir məna dərk olunur "sağlam" və "sağlamlıq".

Bu sağlamlıq təkcə zahiri bədən üçün nəzərdə tutulmur. Sağlamlığa islamın nöqteyi-nəzəri şəxsiyyətin həm zahiri və həmçinin daxili aləmi üçündür. Hər bir insan fiziki bədəninin sağlamlığı üçün müxtəlif dərmanlardan və məlhəmlərdən istifadə edə bilər. Amma daxili mənəviyyatımızın fəsadları üçün isə görəsən hansı məlhəmdən istifadə etmək mümkündür? Dünyanın dahiləri daim bu ehtiyacın axtarışında olmuşlar. Hələ eramızdan qabaq yaşamış dahi mütəfəkkir, filosof Aristotel (Ərəstun) öz məktəbini qurduğu zaman, fərasətli, həssas duyumlu cavanların ehtiyacında idi. Bir gün Aristotel belə şəxslərdən biri ilə rastlaşdığı zaman ondan soruşur:

-Oğul, mənə elə bir yer göstərə bilərsiz ki, mən ora gedim və yemək üçün olan ehtiyacımı ödəyim.

Cavan cavab verir:

-Bəli ustad, bir az irəli getsəniz orada olan yeməkxanada istədiyiniz qida ehtiyacınızı ödəyi bilərsiniz.

Aristotel cavana təşəkkür etdikdən sonra məqsədli, yəni niyyətində olan xüsusi sualı soruşur:

-Oğul, indi isə istərdim ki, mənə elə bir yer göstərəsən ki, ora gedərək ruhumu və mənəviyyatımı qidalandırım.

Cavan belə bir sualın qarşısında heyrətlənərək deyir:

-Ustad mən çox təəssüf edirəm ki, belə bir yer tanımıram.

Aristotel isə: Mən belə bir yer tanıyıram, istəsəniz sizi ora apara bilərəm –deyə cavab verir.

Beləliklə, uzun axtarışdan sonra Aristotel öz qüdrətli tarixi məktəbini qura bildi.

Amma İslamın varlıq üçün, xüsusilə insanlıq üçün qurduğu əbədiyyətə və ölməzliyə qovuşdurduğu məktəbin ustadı olan müqəddəs "Qurani-Kərim" özünün "Quranın qəlbi" adlan "Yasin" surəsində belə buyurur:

"Ya sin. Vəl quranil-həkim" Yəni "Ey insan (Peyğəmbər Məhəmməd əleyhissəlama xitabdır). And olsun bu Qurana ki, o hikmət sahibidir (yəni həkimdir)."

"Hikmət sahibidir" –deyilən bu kəlmələrdə olan batini məna odur ki, günah uçurumuna doğru gedən qəlbin dərmanı və həkimi yalnız müqəddəs Qurani-Kərimdir.

Biz islam dedikdə onun aynasında insanların bir-birinə olan sevgisini, sülh və bərabərliyini görməliyik. Amma çox təəssüf ki, bu aynada həqiqəti görmək istəməyənlər islamı ifrata, fanatizmə və mövhümata aparan yol kimi insanların diqqətinə çatdırmaq niyyətində olmuşlar.

Əgər belə olsaydı heç də Qərbdə və Avropada və bir çox qeyri islam ölkələrdə "İslam və Quran tədqiqatlar mərkəzi" yaradılmazdı. İslama bəzi cahil insanların gözü ilə baxmaq olmaz. İslama dərin elm və zəngin mənəviyyatla, yəni Qurani-Kərimin gözü ilə baxmaq lazımdır. İslam heç də bir millətə və yaxud bir xalqa məxsus deyildir.

İslam ümum-bəşəri bir dindir. Amma onu dərk etmək lazımdır ki, bir şəxs şəhadət kəlməsini deməklə zahirdə müsəlman ola bilər. Amma xalis mömin (iman əhli) və əqidəli müsəlman ola bilməz. İnsanın islamda əsil müsəlman olması üçün onun dili ilə qəlbi və əməli mütləq gərək vəhdətdə olsun. Bizlərdən çoxu özünü müsəlman adlandırsada, əməli işində bunu sübuta yetirə bilməyir.

Hz. Məhəmməddən (s) soruşurlar: Ya Rəsulullah! Müsəlman kimə demək olar? Həzrət belə cavab verir: "Müsəlman o şəxsə deyilir ki, onun dilindən və əlindən kimsə ziyanda olmasın."

Deyilən hədisə diqqət yetirsək görərik ki, Hz. Peyğəmbər (s) heç də buyurmamış ki, müsəlman yalnız namaz qılan, oruc tutan və xums verəndir. İslam ayinlərinin icra olunması hər bir müsəlmanın dini vəzifə borcudur. Amma müsəlmanın mənən zəngin olması islamın rüknüdür (əyilməz sütün).

İslamı dərk edən insan onu mənəviyyatından həyatına və məişətinə gətirəcəkdir. O şəxs, insanlığın uca zirvəsinə qalxacaq və insan adının əsil layiqli varisi olacaqdır. "İnsan" sözünün lüğəvi mənası olan "ünsiyyət" sözü biganəlikdən uzaq, dünyada insan adını daşıyanların qəminə və dərdinə şərik olan, irqindən asılı olmayaraq yer kürəsində zülmə məruz qalan insanın fəryadına səs verən mənalarını ifadə edir. Bu ayrılmayan bir vəhdət olan "İslam və insandır". Yəni islamın aynasında görünən insan!...




Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 8 may 2015 01:19
  • Məqalə: 671
  • Şərh: 18467
  • Bal:
Allah razi olsun

--------------------
คşк łคfтคɴ คɴłคмคz

ツ Pc Cøpatka ツ

  • 7 may 2015 23:51
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
Allah razi olsunn))

--------------------

sessiz deniz

  • 7 may 2015 20:42
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Qüdrətli yaradanın adı ilə sözümə başlamaq istərdim. "İslam", bu söz nə qədər dərin və mənalıdır. Dahi tarixi şəxsiyyət olan Əmirəlmöminin Hz. Əli (ə) özünün oxşarı və bənzəri olmayan misilsiz tərifində İslamı belə açıqlamışdır:

Hz. Əlidən (ə) soruşdular: İslam nədir? Hz. Əli (ə) buyurdu: "Mən islama elə bir tərif deyəcəyəm ki, siz onu məndən sonra heç bir kəsdən eşitməyəcəksiniz. "İslam" yəni təslim, təslim yəni təsdiq, təsdiq yəni yəqin, yəqin yəni əda, əda yəni əməl." (Əllamə Məclisi, Biharul-ənvar, cild 68, səh-309.)

Lady_Aqresiv

  • 7 may 2015 19:29
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

jasmin022

  • 7 may 2015 18:25
  • Məqalə: 1
  • Şərh: 3154
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN maraqli idi

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

NIGAR

  • 7 may 2015 17:41
  • Məqalə: 582
  • Şərh: 9746
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/

♔ sinყσriτα ♔

  • 7 may 2015 17:41
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun....!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}