Qorxu (Bölüm 2)

 
Qorxu (Bölüm 2)


Mariya hündür lövhənin qarşısında dayanıb bir şeylər izah edən 35-40 yaşlarındaki orta boylu , saçları biraz ağarmış yeni müəllimə baxırdı..Gözləri müəllimin üzündə olsa da fikri dəqiqələr əvvəl baş verən söhbətlərin, tanışlığın yanında idi. Edvard necə də mehriban idi. Görüntüsünün əksinə olaraq, onun xasiyyəti kibirdən uzaq , qayğıkeş idi. Mariya Edvardın onunla necə yaxından maraqlanıb sinif otağını tapana qədər birlikdə dəhlizdə dolandığını xatırlayarkən üzünün qeyri ixtiyari gülümsədiyindən xəbərsiz idi..Dərs çıxışı Mariya universitetin səliqəli səmt daşları ilə bəzənmiş həyətinə, həyətin ağacları altında, elə yaşıl çəmənlərin üstündəcə oturub musiqi dinləyən, kitab oxuyan, rəsm çəkən, danışıb gülən gənclərə böyük maraqla baxdı..O , heçkəsi tanımırdı və.. O qədər də dostcanlısı, istiqanlı, qaynayıb qarışan biri olduğunu demək olmazdı.. Əslində, o, buna qarşı deyildi, sadəcə ilk tanışlığa necə başlamaq lazım olduğuna, ünsiyyət üçün ilk olaraq hansı hərəkət və ya cümlənin daha münasib olduğuna heç cürə qərar verə bilmirdi..
- Ey..Sən yeni gələn qız olmalısan ,elə deyil?
Mariya birdən birə önünə atılan, təxminən özü ilə eyni boyda olan, böyük çərçivəli eynək taxmış, saçlarını dağınıq buraxan, səliqə ilə geyinmiş bu şirin oğlana heyrətlə baxdı.. Deyəsən qəflətən yol kəsmək buranın insanlarına xas xüsusiyyət idi..
- Hə, deyəsən

- Mən Adrian! Qısaca Adri, ya da Ad.. Sənə necə rahatdırsa. Əslində adımın qısaldılmasını sevmirəm, sadəcə insanlar hər zaman işin asanına qaçır deyə onlara ayaq uydurmağa çalışıram. Hə, sən necəsən, öyrəşə bilmisən? Umm, ilk dəfə hər zaman çətin olur, amma zamanla öyrəşəcəksən.. ( Adrian sözlərinə ara vermədən qolunu Mariyanın boynuna dolayaraq ətrafı gəzmək istərcəsinə addımlamağa başladı. Mariya o qədər təəccüb içində qalmışdı ki, artıq bir söz deməyə nə vaxt nə də cəsarət tapa bilirdi, buna görə də məcbur oldu ki, qəribə bir doğmalıq hissi aldığı bu cənab şirin ilə addımlasın) Hə, harada qalmışdım ? Diqqətli olmalısan, burada həddən artıq çox tələ var. haha.. yox, həqiqi tələlərdən danışmıram, yəni ayağını filan yaralayanlardan.. İnsanlar tələ kimidir. Kim həqiqətən dostdur, kim yox, bunu anlamaq çox vaxt aparır. Çoxu universiteti bitirənə qədər bu sualın cavabını tapa bilmir. Və inan mənə bu, həqiqi tələlərdən daha çox incidir. Ayağın, qolun sağ qala bilər, yəni zahirən xəsarət almasan da , əgər kövrək qəlbli birisənsə öz qəlbini dəmir qalxanla qorumalı olacaqsan. Öhö öhö.. Nə isə, bu biraz əbədi dildə oldu deyəsən. Mmm , şey, mən.. Ac deyilsən? Hə, hə acmış olarsan artıq , səni nahara dəvət edirəm! Burada sendvic və makaronları ilə məşhur çox gözəl yerlər tanıyıram! Düzdür, çox daha dadlı yeməkləri də var amma tələbə olduğumuzu nəzərə alsaq geridə çox seçim şansı qalmır.. Nə isə , hə, nə deyirsən? gedək?
Mariya hardasa bir dəqiqənin hər saniyəsinə iki söz sığdıra bilən Adrianın qarşısında özünü niyəsə çox önəmsiz hiss etdi. İlahi, insanın bu qədər rahat və sərbəst davranması yəqin ki, çox xoş bir duyğu idi, hansı ki, Mariya bu duyğunu bir dəfə də olsun tam olaraq dadmamışdı. Təbii ki, Arturla " üç dilim tortu kim daha tez yeyəcək ?" yarışmasındaki qalibiyyətləri zamanı hiss etdiyi qısa ömürlü güvən hisslərini saymasaq.
- Çoxxx sağolunn, amma bu gün evə tez getməliyəm, yeni ev, yeni əşyalar.. Özünüz bilirsiniz də..
- Hə, hə, yerləşmə məsələsi.. Ok! Bu günlük sənə güzəştə gedirəm, amma sabah mütləq mənimlə gəlməlisən danışdıq ? Hə, bir də , unutmadan, bu "siz" rəsmiyyətini səndən bir daha eşitmək istəmirəm! Oldu! Hələlik!

O sözlərinə yaraşan tərzdə cəld hərəkətlə aşağı əyilərək Mariyanın sağ yanağından öpərək, yenə cəld hərəkətlə arxaya çönüb uzaqlaşdı. Mariya bərəlmiş gözlərini və təəccübdən yuxarı qalxmış qaşlarını düzəldib ətrafda taksi axtarmağa başladı..
Evin taxta qapısı öz cırıltısı ilə Mariyanı qarşıladı. Evin hər tərəfinə anasının yeni bişirdiyi göbələkli pizzanın qoxusu yayılmışdı.. Mariya bunu xoşbəxtlik qoxusu adlandırırdı. Amma bu gün o qədər "ilk" yaşamışdı ki, bir an əvvəl otağına qalxıb skype`dan Artura zəng edərək , olub bitən hər şeyi nöqtəsinə qədər ona danışmağa tələsirdi..
- Mənə bax, Mariya! O qızlara qəti bulaşma, eşidirsən? Özün də dedin axı ki, onlar eyni ilə filmlərdəki kimi imiş. Deməli edə biləcəkləri pisliklər də filmlərdəki qədər amansız olacaq! Edvarda qaldıqda isə məncə sadəcə böyüdürsən! Ok, adam biraz yaraşıqlı ola bilər, amma onu bir Budda qədər ilahiləşdirməyin cəfəngiyyatdır! Özünü xəyallara öyrətmə, sonda dediyin o uşaq.. Nə idi adıı Adrian! O isə biraz normal insana bənzəyir. Onunla ünsiyyət qura bilərsən amma çox yox! Mariya!! Sən nəyə gülürsən?
Mariya dişlərini güclə örtüb ciddiləşməyə çalışsa da , əziz Arturun bu şirin qısqanclıqları onu yenidən güldürməyə bəs edirdi.
- Mənim sevimli Arturum! Nə yaxşı ki, varsan, kaş burada olardın! Orada vəziyyət necədir ?
Arturun üz ifadəsi birdən birə dəyişdi və simasına çökmüş qara buludlar hava limanında simasına çökən buludlarla eyni idi..

- Hər şey eynidir..Bir sən yoxsa, bilsən, buralar sənsiz necə can sıxıcıdır.. Nə vaxtsa görüşəcəyikmi görəsən? Eh.. kaş məsafələr bu qədər çox olmazdı!
- Bunun bir önəmi yoxdur! İstədiyimiz zaman bir birimizi görə bilirik.. Bəxtimiz gətirib ki, əsrlər əvvəl doğulmamışıq, bax o zaman, bu , əsl faciə olardı!
- Hə,əlbəttə, sənə demək asandır, artıq yeni dostların var! Tək qalan mənəm, ona görə də, yaxşısı budur, öz adına danışasan!
- Mənim əzizim, bunlar hamısı keçicidir. Bircə o qalıb ki, universiteti bitirəm. öz ayaqlarım üzərində dura biləm, ailəmdən asılı qalmayam. Bax o zaman, mütləq yanına gələcəyəm ! Mütləq! Nə isə.. Daha gedim.. Düz iki saat iyirmi beş dəqiqədir ki danışırıq, hələ nahar etməmişəm. Sonra isə otağımı səhmana salıb əşyalarımı yerləşdirməliyəm.. Yenə danışacağıq, mütləq. Özündən muğayət ol, evin bütün otaqlarını videoya çəkib sənə atacağam.
- Yaxşı, salam deyərsən hər kəsə. Öpürəm, hələlik!
- Mən də.. Hələlik..
Mariya Arturla hər sağollaşanda qəlbində qəribə bir ağrı hiss edirdi. Bu onların ilk ayrılığı idi. Artur Mariyaya, Mariya da Artura söz vermişdi ki, valideynlərini itirdikdən sonra onlar bir birlərinə ailə olacaq, evlənib övlad hətta nəvə sahibi olsalar belə əlaqələrini heç zaman qoparmayacaqlar..
Mariya anasıgilin yanına enən zaman ayaqlarını pilləkanlara daha əminliklə atırdı artıq. Ev get gedə daha sevimli bir hal alırdı. Pilləkanın yuxarı mərtəbəyə qalxan divarına xanım Suzanna Mariyanın uşaqlıq rəsimlərini və ailəvi portretlərini asmışdı. Mətbəxdəki əlvan dibçək gülləri və pərdənin arasından sızan günəş şüaları məşhur saytlara yerləşdirilən şəkillərə bənzəyirdi..
- Nəhayət!
- Artur sənə salam deyirdi..
- O yaxşıdı? Anası nə edir? İndi böyük ehtimal, bizim bura köçməyimizə müxtəlif səbəblər yükləyərək içindəki paxılllıq hissini yatırmağa çalışır!
- Ana!
- Yaxşı yaxşı, mən ki , Artura bir söz demədim! Özüm də inana bilmirəm ki, o cür qadından belə ağıllı və mədəni oğlan necə doğulub!
Mariya Arturla çox yaxın olsa da onların anaları hər zaman səbəbi bilinməyə rəqabət içində olmuşdular.
- Boşqabları masaya daşı, atanın gəlməyinə çox az qalıb.


Dəqiqələr keçdi..Qürub edən günəş tamam yox olmazdan əvvəl Los Angeles küçələrinə ilıq nəzərlərini yetirirdi. Mariya mətbəxin pəncərəsindən bayıra zilləmişdi. Əlindəki sabun köpüyü ilə asta asta əllərini sığallayan zaman, xəyalında Edvaxrı və onun şumal üzünü canlandırırdı. Sabah onu yenidən görəcəkdi. Görəsən yenidən ünsiyyət qura bilmək üçün nə etmək lazım idi? Sadəcə yanına gedib salam vermək kifayət edəcəkdi? Yoxsa burada hər şey qaydaya uyğun olaraq xüsusi aksiyon tələb edirdi?
- Mariya, atan bizi gözləyir, biraz tələs..
Mariya tez gözünü qırpıb tamam köpüklənmiş əllərini cəld suyun altına verərək təmizlədi. Və masaya doğru addımlarını sürətləndirdi. Tam oturacaqkən köçdükdən bəri ilk dəfədir çalınan qapı zənginin səsini eşidib duruxdu.
- Kimisə gözləyirdik ?
- Jeyms, kimi gözləyəcəyik? Hələ heç kimi tanımırıq..
Mariyanın atası sakitliyini qoruyaraq oturacağı arxaya çəkib masadan qalxdı. Qapıya tərəf addımlayan Jeymsi əvvəlcə anası, sonra isə qızı təqib etdi.. Jeyms qapını acan zaman Mariya gözlərinə inana bilmədi. Qapının qarşısında dayanan qumral saçlı, dəqiq ütülənmiş mirvari incisi rəngində köynəyi ilə dayanan qadının sol yanında duran gənc oğlan Edvardın özü idi! Mariya qaşını çatıb yerə baxdı,sonra yenidən başını qaldırırb gördüyün şəxsi bir daha dəqiqləşdirməyə çalışdı. Hə, hə! Bu o idi! Edvard. Axı bu necə?.. Deyə düşünərkən qapının qarşısında dayanan qadın əlində tutduğu şüşə qapın içərisinə yerləşdirdiyi çox da böyük olmayan, üstü çiyələk və banan dilimləri ilə bəzədilən tortu irəli uzatdı..
- Yeni qonşularımız! Sizi burada görmək çox xoşdur! Ümid edirəm buradaki hər şey ürəyinizcə olacaq!
Mariya eşitdiklərindən dəhşətə gəlmişcəsinə qadının üzünə baxarkən, gözləri birdən onun qızarmış yanaqlarına doğru baxıb gülümsəyən Edvarda sataşdı..

Müəllif-Məsudə Jabbar


Geri dön

..::My Black::..

  • 9 may 2015 19:53
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
Marağlıdı beyendimm)))

sessiz deniz

  • 9 may 2015 14:54
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Mariya hündür lövhənin qarşısında dayanıb bir şeylər izah edən 35-40 yaşlarındaki orta boylu , saçları biraz ağarmış yeni müəllimə baxırdı..Gözləri müəllimin üzündə olsa da fikri dəqiqələr əvvəl baş verən söhbətlərin, tanışlığın yanında idi. Edvard necə də mehriban idi. Görüntüsünün əksinə olaraq, onun xasiyyəti kibirdən uzaq , qayğıkeş idi. Mariya Edvardın onunla necə yaxından maraqlanıb sinif otağını tapana qədər birlikdə dəhlizdə dolandığını xatırlayarkən üzünün qeyri ixtiyari gülümsədiyindən xəbərsiz idi..Dərs çıxışı Mariya universitetin səliqəli səmt daşları ilə bəzənmiş həyətinə, həyətin ağacları altında, elə yaşıl çəmənlərin üstündəcə oturub musiqi dinləyən, kitab oxuyan, rəsm çəkən, danışıb gülən gənclərə böyük maraqla baxdı..O , heçkəsi tanımırdı və.. O qədər də dostcanlısı, istiqanlı, qaynayıb qarışan biri olduğunu demək olmazdı.. Əslində, o, buna qarşı deyildi, sadəcə ilk tanışlığa necə başlamaq lazım olduğuna, ünsiyyət üçün ilk olaraq hansı hərəkət və ya cümlənin daha münasib olduğuna heç cürə qərar verə bilmirdi..
- Ey..Sən yeni gələn qız olmalısan ,elə deyil?
Mariya birdən birə önünə atılan, təxminən özü ilə eyni boyda olan, böyük çərçivəli eynək taxmış, saçlarını dağınıq buraxan, səliqə ilə geyinmiş bu şirin oğlana heyrətlə baxdı.. Deyəsən qəflətən yol kəsmək buranın insanlarına xas xüsusiyyət idi..
- Hə, deyəsən

Elya Alieva

  • 8 may 2015 15:12
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
1 Ci Bolumun oxmusdum ve Cox Maraqlj idi TEsekkurler ki Ardini da yazdiz maraqli idid Saqolun:)

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 8 may 2015 14:36
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
HEKAYƏYƏ GÖRƏ ÇOX SAĞ OLUN

--------------------
http://legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 may 2015 14:11
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
hekayeye gore saol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 16
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}