Əmmarın fəzilətləri

 
Əmmarın fəzilətləri



Əmmarın fəzilətləri

Əmmar böyük fəzilətlər sahibi idi. Mütəvatir, mötəbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündəƏmr ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir. Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar şəhid olana qədər səhabələrdən bəziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.
Həzrət Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildəndilə gəzir. Həzrətin (s) sözləriƏmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün könüllərdə özünə yer tapır.

Həmin vaxtlar Əmmarla Osman arasında mübahisə baş verir. Peyğəmbər (s) bu barədəeşidib buyurur: "Əmmardan nə istəyirlər? Əmmar onları behiştə dəvət edir, onlar isə Əmmarı cəhənnəmə sürükləyirlər. Əmmar mənim üçün iki gözümün arası kimidir.” Digər bir buyuruğunda Həzrət (s) Əmmarın uca məqamını belə işıqlandırır: "Əmmar başdan-ayağa imanla doludur. İman onun ətinə-qanına hopub.”Nəql olunan hədislər
Əmmarın şəxsiyyətinin ucalığını göstərir. Süffeyn döyüşündə Əmmar hara üz tuturdusa, səhabələr dəonun ardınca gedirdi. İslam Peyğəmbəri başqa bir hədisdə belə buyurur: "Behişt Əmmarın müştaqıdır.”Həzrət Peyğəmbər (s) Əmmarı qətlə yetirən şəxsə cəhənnəm vəd edir. Bütün bu deyilənlər Əmmarın fəzilətlərinin təsdiqidir. Bu fəzilətlərdən xəbərdar olan Peyğəmbər (s) Əmmar haqqında dəyərli sözlər bəyan etmişdir. Əmmar rəvayətlərdə Peyğəmbər (s) səhabələrinin dördsütunundan biri sayılır. O həmin dörd nəfərdəndir ki, behişt onların sorağındadır.
"Əmmarın qəzəbi Allahın qəzəbidir.” Bunu həzrət Peyğəmbər (s) buyurmuşdur. Tarixi bir söhbət ƏmmarYasirin məqamını bir qədər də açıqlayar: Xalid ibn Vəlid və Əmmar arasında mübahisə yaranmışdı. Xalid həzrət Peyğəmbərin (s) hüzuruna gedib Əmmarın yanındaca onun haqqında xeyli mənfi sözlər söylədi və şikayət etdi. Əmmar Xalidin bu hərəkətindən narahat olub ağladı və dedi: "Ya Rəsuləllah!Görürsənmi nə edir?” həzrət Peyğəmbər (s) başını qaldırıb buyurdu: "Hər kəs Əmmarı qəzəbləndirsə, Allah onu öz qəzəbinə düçar edər. Hər kəs Əmmarı axmaq və düşüncəsiz saysa, Allah onu axmaq və düşüncəsiz sayar.”
Səxavət, isar Əmmarın digər fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Bir gün əsrnamazından sonra Peyğəmbər məsciddə oturmuşdu və onun ətrafında səhabələr toplanmışdı. Məscidin bir küncündə palpaltarı cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə buyurdu: "Əgər bir istəyin varsa, de yerinə yetirək.”Qoca kişi dedi: "Ya Rəsulilah! Bir müddətdir acam... Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur.” Həzrət buyurdu: "Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə göndərəcəyəm, nə istəsən verəcəklər.”
Sonra həzrət Peyğəmbər (s) onu Bilala qoşub həzrət Zəhranın (s) evinə göndərdi.Onlar evin qapısına çatdıqları vaxt qoca kişi dedi: "Salam olsun sizə, ey peyğəmbər əhli beyti! Sizin eviniz vəhyin nazil olduğu və mələklərin gəldiyi yerdir.”Qocanın səsini eşidən Zəhra buyurdu: "Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?” Qoca dedi:” Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi.” Həzrət Zəhra özü də bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini qocaya vermək istədi. Amma qoca dedi: "Mən acam, qoyun dərisinə ehtiyacım yoxdur!” Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi.Qoca boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı. Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s) buyurdu: "Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa, Allah onu oda və əzaba düçar etməz.” Əmmar boyun-bağının müqabilində dinar 200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi. Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib,ona təşəkkürünü bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o, Səlmana, Əmmara və Miqdada Həzrət Əli (ə) və xanım Zəhranın (s), imam Həsənlə (ə) imam Hüseynin (ə) bəzi fəzilətləri haqqında söhbətlər etdi.
Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və ətirlədi. Onu Xeybər döyüşündə payınadüşmüş kənizlə birlikdə Peyğəmbərə (s) hədiyyə göndərdi. Həzrət Peyğəmbər (s) hədiyyələri qəbul edib, qızı Fatimənin (s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi: "Bu boyunbağına gülürəm. Bir boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhatcın ehtiyacını aradan qaldırdı, bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı.”
Təfsirçilərin bildirdiyinə görə,Quranın bəzi ayələri Əmmarın şənində nazil olmuşdur.
Allahın saleh bəndələrindən danışan, gecə ibadətlərinə məşğul olan insanları xatırladan, Allahın mərhəmətinəümidvar möminləri yada salan bəzi ayələr onun şənində nazil olmuşdur.Eləcə də, bilənləri bilməyənlərdən üstün tutan, sübh və şam Allaha pərəstiş edənlərdən danışan, yalnız Allahın razılığını düşüənlərdən söhbət açan ayələr də bu qəbildəndir.Xalq arasında nur kimi xatırlanan çöhrədən danışan ayə də Əmmarın şənindədir.Bu ayələrin Əmmarın şənində nazil olması "Əl-ğədir” kitabında qeyd olunmuşdur.


Geri dön

sessiz deniz

  • 9 may 2015 14:52
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
Əmmarın fəzilətləri

Əmmar böyük fəzilətlər sahibi idi. Mütəvatir, mötəbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündəƏmr ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir. Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar şəhid olana qədər səhabələrdən bəziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.
Həzrət Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildəndilə gəzir. Həzrətin (s) sözləriƏmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün könüllərdə özünə yer tapır.

Nazlim_97_

  • 8 may 2015 15:43
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Coxsaol-can'meqaleuccun

Elya Alieva

  • 8 may 2015 15:24
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tsekkurler Ruslanka

--------------------
UREYIM...I MEN

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 may 2015 14:03
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Pıtırcık

  • 8 may 2015 13:38
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
allah razl olsun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}