İslamda bəyənilməyən əxlaqi sifət və xasiyyətlər "həsəd"

 
  • 8.05.2015, 20:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
İslamda bəyənilməyən əxlaqi sifət və xasiyyətlər "həsəd"


Birisi külli miqdarda var-dövlət əldə etmək istəyir və ona nail olmaq üçün yorğunluq bilmədən çalışır. Başqa birisi isə şan-şöhrət və vəzifə arzusunda olur. Buna görə də istəyinə çatmaq üçün gecə-gunduz dəlicəsinə fəaliyyət göstərir. Çunki hər bir insanın istəyi onun cismani ehtiyacları və ruhi təkamülü ilə əlaqədardır. Onların şüur və təfəkkür tərzi isə bir-birindən tamamilə fərqli olur. Lakin bir məqama da diqqət yetirmək lazımdır - istək və arzularımız yalnız o zaman xoşbəxtliyə səbəb olur ki, psixoloji, eləcə də ideoloji ehtiyaclarımızla həmahəng olsun, bu ehtiyaclarımızı təmin etsin, eyni zamanda şüur və mərifət səviyyəmizi ucaldaraq parlaq işıq tək ətrafımıza nur saçsın və bizi qorxunc zülmətdən xilas etsin. Bəzən hərislik və şan-şöhrət hissi insanda tüğyan edir və onun bədbəxtliyinə səbəb olur. Azdırıcı istəklər tək ortaya çıxan və sağlam təfəkkür tərzini özünə əsir edən, habelə insanın qarşısına qoyduğu məqsədə çatmağa mane olan mənfi əxlaqi xüsusiyyətlərdir. Belə xüsusiyyətlərdən biri də "həsəd" adlanır. Həqiqətən də həsədə yoluxan insanlar başqalarını rahat görmək istəməzlər, həmin insanların maddi və mənəvi nemətlərdən bəhrələnməsi onlarda böyük sıxıntı və narahatlığa səbəb olar.

İslam dinində həsəd və onun insan övladına verdiyi fəsadlar bəyənilmir. Müqəddəs Qurani-Kərimdə Allah-Təala bu barədə buyurur: "Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar..."("ən-Nisa", 54). Əziz Peyğəmbərimiz Muhəmməddən (s) belə rəvayət olunur: "Allah-Təala Musaya (ə) nəsihət edərək buyurdu: "Ya Musa öz nemətimdən bəxş etdiyim şeylərə görə insanlara həsəd aparma, nəfsini ondan qoru, həqiqətən də həsəd aparan şəxs ona verdiyim nemətlərə baxmayaraq yenə də narazılığını bildirir, bəndələrimin arasında etdiyim bölgüyə razı olmur" (əl-Əxlaq vəl-Adabul-İslamiyyə, səh.202).

Dahi yunan alimi Sokrat da həsəd barəsində maraqlı fikirlər söyləmişdir: "Başqalarına həsəd aparan və paxıllıq edən şəxslər onların köklüyundən arıqlayarlar". Yuxarıdakı nümünələrdən belə nəticə hasil olur ki, həsəd və paxıllıq insanı öz ömrünü həsrət və təəssüf içində keçirməyə vadar edir, onun qəlbində ədavət və düşmənçilik toxumu səpir. Bu xüsusiyyətə yiyələnən insanlar daim başqalarına bədbəxtlik arzulayır və onların müvəffəqiyyət şanslarına mane olmaq üçün müxtəlif hiylələrə əl atırlar. Dahilərdən biri belə deyib: "Bizim canımız divar və qalası olmayan, səadət və xoşbəxtlik oğrularının asanlıqla qarət və tarac etdkləri səhraya bənzəyir. Hətta mülayim dəniz küləyi belə qəlbimizi iztirab və təlatümə düçar edə bilər. Sayı hesabı bilinməyən nəfsani istəklər isə düşmənlərin hər birini bir yolla ürək evinə daxil edir, bizləri ədavət və düşmənçiliyə səsləyir. Baş ağrısından əziyyət çəkən hər bir insan bilir ki, müalicə üçün həkimə müraciət etməlidir, lakin həsəd xəstəliyinə düçar olan biçarə hər zaman öz çətinliklərini aradan qaldırmaq üçün yanıb-yaxılmalı və böyük müsibətlərlə üzləşməlidir!"

Başqalarının uğur və müvəffəqiyyəti həsəd aparanları özünə cəlb edir, belə şəxslər bu mənfi xüsusiyyətin hansı fəlakətlə nəticələnəcəyinə diqqət yetirmirlər və müxtəlif məkrli tədbirlərə əl ataraq həmin başqalarını əldə etdiklərindən məhrum etməyə can atırlar. Lakin zaman onların yalanlarını üzə çıxarır. Bütün bunlar onları qane etmədikdə isə hər şeyin öz istəklərinin əksinə doğru hərəkət etdiyini görür, hətta başqalarının hüquqlarına təcavüz etməklə də olsa belə onların haqlarını tapdalamaqdan çəkinmirlər. Görəsən, doğrudan da belə bir meyl həqiqi insanın istəklərindən irəli gəlmişdirmi, onun hədəf və məqsədləri ilə həmahəngdirmi? İslam Alimlərindən olan Seyyid Müçtəba Musəvi Lari bu sualı belə şərh edir: "Bədxah insanlar nəinki insaniyyətdən xaric, hətta daha da tənəzzülə uğrayaraq heyvanat aləmi ilə eyni səviyyədə olarlar. Çünki, həqiqi insan ətrafındakılarının dərdinə, qəminə şərik olmalıdır.Onların çətinliklərinə səbəb olan və bununla da özündə rahatlıq tapan bir varlığa insan adını vermək qeyri-mümkündür". Onu da qeyd edim ki, - İnsanın yer üzündə mürtəkib olduğu başlıca günahlardan biri də helə həsəddir, Qabilin Habilə qarşı həsəd etməsi sonda Qabilin qatil, Habilin isə ölümünə səbəb oldu. Mövzümüzün sonunda Həzrət Əlinin(ə) bir kəlamını qeyd etmək yerinə düşərdi: "Gözəl əxlaqi sifət və xüsusiyyətlər arzulayın, əgər belə etsəniz, böyuk mükafat əldə etmiş olarsınız".


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 22:27
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

Krasavcikaya_v_onlin

  • 14 may 2015 18:35
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 11 may 2015 21:06
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
İslam dinində həsəd və onun insan övladına verdiyi fəsadlar bəyənilmir. Müqəddəs Qurani-Kərimdə Allah-Təala bu barədə buyurur: "Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar..."("ən-Nisa", 54). Əziz Peyğəmbərimiz Muhəmməddən (s) belə rəvayət olunur: "Allah-Təala Musaya (ə) nəsihət edərək buyurdu: "Ya Musa öz nemətimdən bəxş etdiyim şeylərə görə insanlara həsəd aparma, nəfsini ondan qoru, həqiqətən də həsəd aparan şəxs ona verdiyim nemətlərə baxmayaraq yenə də narazılığını bildirir, bəndələrimin arasında etdiyim bölgüyə razı olmur" (əl-Əxlaq vəl-Adabul-İslamiyyə, səh.202).

sessiz deniz

  • 9 may 2015 14:05
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Birisi külli miqdarda var-dövlət əldə etmək istəyir və ona nail olmaq üçün yorğunluq bilmədən çalışır. Başqa birisi isə şan-şöhrət və vəzifə arzusunda olur. Buna görə də istəyinə çatmaq üçün gecə-gunduz dəlicəsinə fəaliyyət göstərir. Çunki hər bir insanın istəyi onun cismani ehtiyacları və ruhi təkamülü ilə əlaqədardır. Onların şüur və təfəkkür tərzi isə bir-birindən tamamilə fərqli olur. Lakin bir məqama da diqqət yetirmək lazımdır - istək və arzularımız yalnız o zaman xoşbəxtliyə səbəb olur ki, psixoloji, eləcə də ideoloji ehtiyaclarımızla həmahəng olsun, bu ehtiyaclarımızı təmin etsin, eyni zamanda şüur və mərifət səviyyəmizi ucaldaraq parlaq işıq tək ətrafımıza nur saçsın və bizi qorxunc zülmətdən xilas etsin. Bəzən hərislik və şan-şöhrət hissi insanda tüğyan edir və onun bədbəxtliyinə səbəb olur. Azdırıcı istəklər tək ortaya çıxan və sağlam təfəkkür tərzini özünə əsir edən, habelə insanın qarşısına qoyduğu məqsədə çatmağa mane olan mənfi əxlaqi xüsusiyyətlərdir. Belə xüsusiyyətlərdən biri də "həsəd" adlanır. Həqiqətən də həsədə yoluxan insanlar başqalarını rahat görmək istəməzlər, həmin insanların maddi və mənəvi nemətlərdən bəhrələnməsi onlarda böyük sıxıntı və narahatlığa səbəb olar

вคɴค iкiмizi คɴlคт ❤

  • 9 may 2015 11:52
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsunn

Pıtırcık

  • 8 may 2015 21:09
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OOLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}