TQDK tələbə qəbuluna başladı

 
TQDK tələbə qəbuluna başladı


Azərbaycanın ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyaından "XəzərXəbər"ə verilən məlumata görə, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılacaq. Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər. Tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər. Ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər, orta məktəbi 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini (peşə məktəblərini) 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) kolleclərə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər, I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında (11 illik) kolleclərə də ərizə verən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-da təsdiqlətdirirlər. SQK-lar mayın 5-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda, Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra mayın 6-dan 19-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər.


Geri dön

Prosta DeNiZ :)

  • 27 may 2015 13:41
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
melumata gore cox sagolun

--------------------
╚ -` ყuxusuzLuğძαи gözLəяίм şίşsəძə,
`ხəLκə меsαj ყαzαяsαи` ძeყə ყατмαძιм ╝
❝GecəLəя❝ 0

ヅ Bad Girl ヅ

  • 20 may 2015 21:51
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

Krasavcikaya_v_onlin

  • 13 may 2015 16:16
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------

Elya Alieva

  • 12 may 2015 12:12
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
.Maraqli idi Saqolun

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 10 may 2015 20:26
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Azərbaycanın ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyaından "XəzərXəbər"ə verilən məlumata görə, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılacaq. Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

NIGAR

  • 9 may 2015 21:07
  • Məqalə: 796
  • Şərh: 10843
  • Bal:
{awards}
tongue xəbərə görə sağ olun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/

★Love World★

  • 9 may 2015 20:40
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Melumata göre sagolun..... love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}