Allahşükür Paşazade "Allah mehriban insanları sevir"

 
Allahşükür Paşazade "Allah mehriban insanları sevir"



Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyev iyulun 9-da Təzəpir Məscid Kompleksini ziyarət edib, məsciddə namaz qılıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Hacı Salman Musayev Təzəpir Məscid Kompleksinin tarixi, Azərbaycanın ictimai-siyasi həyatındakı rolu barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ərazidə görülən yenidənqurma işlərindən sonrakı vəziyyətlə qonağı tanış edib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Federasiyası İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Hökumət başçısını səmimi salamlayan Şeyxülislam həzrətləri nümayəndə heyətinin Azərbaycana səfərini müsbət qiymətləndirib: "Bütün müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı ərəfəsində Bakıya gəlməyiniz, Təzəpir Məscid Kompleksini ziyarət etməyiniz Allah-Təalanın bəxş etdiyi bir nemətdir.


Bir Şeyxülislam kimi Şimali Qafqaz respublikaları, onların rəhbərləri və din xadimləri ilə daim ünsiyyətdəyəm. Tez-tez Şimali Qafqaza səfərlər edir, görüşlər keçirirəm. Çox sevinirəm ki, Qafqazda dini liderə, ağsaqqala ehtiram göstərmək ənənəsi hələ də yaşayır. İnquşetiya da digər Şimali Qafqaz respublikaları kimi çox çətin günlər keçirib. İstər sovet dövründə, istərsə də müstəqilliyin ilk illərində böyük problemlər yaşayıb. Müharibə, daxili çəkişmələr, terror hadisələri hamının yaxşı yadındadır. Şükür olsun Allaha ki, artıq o günlər arxada qalıb. Respublika rəhbərliyi, din xadimləri, sıravi vətəndaşlar əl-ələ verərək çətinlikləri arxada qoymağı bacardılar. Bu gün İnquşetiya da digər Şimali Qafqaz respublikaları kimi çiçəklənir. Dini lider olaraq bu məni sevindirməyə bilməz. Çünki Qafqaz bizim ümumi evimizdir. Allah sevdiyi xalqlara müdrik rəhbər göndərir. Rusiya Federasiyasının Prezidenti Putin həzrətləri öz xalqı üçün çox böyük işlər görür. Bu gün Şimali Qafqaz respublikalarına başçılıq edən insanlar da bu siyasəti uğurla davam etdirirlər. İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov da məhz belə rəhbərlərdəndir. Onunla dəfələrlə görüşüb müzakirələr aparmışıq. O, da Azərbaycanda səfərdə olarkən həmişə məni ziyarət edir. Respublikanın Müftisi İsa Xamxoyevi də özümə dost və qardaş hesab edirəm".

Qafqaz Müsəlmanları İdarəsinin sədri qarşılıqlı əlaqələrin inkişafına yönələn addımlara xeyir-dua verdiyini bildirib: "Sovetlər zamanında biz bir dövlətin çətiri altında yaşayırdıq. Müstəqillik əldə etdikdən sonra isə hər dövlət öz sərhədlərini müəyyən etdi. Amma elə mənəvi bağlar var ki, onlar heç bir sərhəd tanımır. Biz bu mənəvi bağları daha da möhkəmləndirməli, əlaqələrimizi gücləndirməliyik. İnquşetiya Respublikası hökumətinin başçısı kimi sizin Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına göstərdiyiniz səyləri dəstəkləyir, bu işlərə xeyir-dua verirəm. Səfər zamanı ölkəmizin son illərdə necə böyük uğurlar əldə etdiyinə şahid oldunuz. Prezident İlham Əliyev həzrətlərinin yeritdiyi düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan qonşu ölkələrlə, xüsusi ilə Rusiya Federasiyasının respublikaları ilə bütün sahələrdə münasibətlərin inkişafına maraq göstərir".

Şeyxülislam həzrətləri İnquşetiya Respublikasının rəhbərliyinə, din xadimlərinə və sıravi insanlara salamlarını çatdırmağı Musa Çiliyevdən xahiş edib.


İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyev səmimi qəbula görə minnətdarlıq edib, Azərbaycanda keçirdiyi rəsmi görüşlər barədə məlumat verib: "Müxtəlif sahələrdə əlaqələrimizin inkişafı üçün çox mühüm görüşlər keçirmişik. Biz əlaqələrimizi daha da gücləndirməli, mehriban münasibətləri davam etdirməliyik. Allah da mehriban insanları sevir. Bakıda olarkən dini lider, bütün Qafqazın lideri kimi Şeyxülislam həzrətləri ilə görüşməyi özümə borc bildim. Xalqımız ən çətin anlarda sizi öz yanında görüb. Ona görə də Şeyxülislam kimi göstərdiyiniz diqqəti heç vaxt unutmur.

Respublika başçısının, din xadimlərinin və bütün xalqımızın salamlarını çatdırmaq mənə həvalə olunub. Mən də bu işi çox böyük məmnuniyyətlə həyat keçirir və bundan qürur duyuram".

Şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edib. Görüşdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə rusiyalı jurnalistlərin suallarını cavablandırıb. Təzəpir Məscid Kompleksinin kitabxanası ilə tanış olan Musa Çiliyev təəssüratlarını jurnalistlərlə bölüşüb, səfərin yekunları ilə bağlı geniş müsahibə verib. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin görüşdə iştirak edib.



Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 21:10
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
Meqaleye göre sagolun

--------------------

Krasavcikaya_v_onlin

  • 12 may 2015 16:21
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Elya Alieva

  • 11 may 2015 22:50
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Allah Razi OlsuN

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 11 may 2015 20:53
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyev iyulun 9-da Təzəpir Məscid Kompleksini ziyarət edib, məsciddə namaz qılıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Hacı Salman Musayev Təzəpir Məscid Kompleksinin tarixi, Azərbaycanın ictimai-siyasi həyatındakı rolu barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ərazidə görülən yenidənqurma işlərindən sonrakı vəziyyətlə qonağı tanış edib.

♔ sinყσriτα ♔

  • 11 may 2015 15:03
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun...!!!Meqaleviz suPPiw smile

NIGAR

  • 11 may 2015 14:34
  • Məqalə: 876
  • Şərh: 11208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

★Love World★

  • 11 may 2015 14:19
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
GÖZEL Meqaledi loveALLAH RAZI OLSUN....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 45
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}