Mətbəx sirləri: Balaca qara don

 
Mətbəx sirləri: Balaca qara don


Legend.az "Balaca qara don" adlandırılan şokoladlı tortun hazırlanma qaydasını təqdim edir

Koko Şanel demişdi ki, hər qadının qarderobunda balaca qara don olmalıdır. Bu tort da həmin "balaca qara don" kimi istənilən xanımı qonaq qarşısında xar etməz.

Tərkibi:

biskvit:


85 q kərə yağı
85 q tünd şokolad (70%+)
1 fincan (142 q) un
3/4 (150 q) fincan şəkər tozu
30 q kakao tozu
1/2 ç.q. duz
1 ç.q. qabartma tozu
1 çimdik duz
2 iri yumurta
3/4 fincan (150 ml) qatıq (2%)
2 x.q. süd
1 ç.q. vanil cövhəri

krem:

200 q tünd şokolad (70%+)
35 q kərə yağı
1/3 fincan (80 ml) süd
1 çimdik duz
100 ml yağlı qaymaq (vacib deyil)
2 x. q. tünd rom və ya konyak

Sobanı 160-165 dərəcə qızdırın. 20 sm diametrli formanı kərə yağı ilə yağlayın.

Yağla şokoladı əridin, bir qədər soyudun.

Un, kakao tozu, şəkər tozu, duz və qabartma tozunu qarışdırın.

Yumurta, süd, qatıq, vanil cövhərini qarışdırın, şokoladlı-yağlı qarışığı əlavə edib çalın, quru ərzağı da (unlu qarışıq) qatıb əlüstü qatı xəmir hazırlayın.

Xəmiri formaya tökün, hamarlayıb sobaya qoyun. 30-35 dəqiqə bişirin, sonra çöplə bişib-bişmədiyini yoxlayın.

15 dəqiqə formada soyudun, sonra çıxarıb şəbəkənin üzərinə qoyun, tam soyusun.

Krem: su hamamında yağ, şokolad və südü əridin. Əriməyə başlayan kimi daim qarışdırın, eynicinsli olanda götürün, 15 dəqiqə soyudun.

Duz, rom (konyak), qaymaq (əgər istifadə edəcəksinizsə) əlavə edib dərhal 30-60 saniyə müddətində çalın. Krem tez soyuyub qatılaşır, ona görə də diqqətli olun. Lazım gələrsə, su hamamında qızdıra bilərsiniz.

Hazır kremi soyumuş korjun üzərinə çəkin, hamarlayın.

Təzə giləmeyvələrlə bəzəyin.

Nuş olsun!


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 21:17
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
Meqaleye göre sagolun

--------------------

Krasavcikaya_v_onlin

  • 12 may 2015 16:28
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
Tərkibi:

biskvit:

85 q kərə yağı
85 q tünd şokolad (70%+)
1 fincan (142 q) un
3/4 (150 q) fincan şəkər tozu
30 q kakao tozu
1/2 ç.q. duz
1 ç.q. qabartma tozu
1 çimdik duz
2 iri yumurta
3/4 fincan (150 ml) qatıq (2%)
2 x.q. süd
1 ç.q. vanil cövhəri

krem:

200 q tünd şokolad (70%+)
35 q kərə yağı
1/3 fincan (80 ml) süd
1 çimdik duz
100 ml yağlı qaymaq (vacib deyil)
2 x. q. tünd rom və ya konyak

--------------------

Elya Alieva

  • 11 may 2015 22:58
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
meslex et ucun Saqol lun

--------------------
.....

sessiz deniz

  • 11 may 2015 20:56
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler wehrlere goreee

jasmin022

  • 11 may 2015 15:16
  • Məqalə: 1
  • Şərh: 3155
  • Bal:
{awards}
super canim. ellerine sagliq baci

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Darling

  • 11 may 2015 14:16
  • Məqalə: 694
  • Şərh: 12527
  • Bal:
{awards}
dadlı görükür olsaydı bəh bəh

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 113

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 3
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
 
{slinks}