Cinləri yarandığı surətdə görmək olarmı?

 
  • 11.05.2015, 13:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Cinləri yarandığı surətdə görmək olarmı?




Sual:
Salam aleykum. Bizim suallarimiz cavablandırdığınız üçün Allah sizden razi olsun! Size bir sualim var. İnsanlar cinleri Allahin yaratdigi suretde gore bilmez? Menim bildiyime gore gorunurler. Amma bir baci var, o deyir ki, Quranin el Araf suresinde onlar bizi gormediyimiz yerlerden gorurler ayesi buna delalet edir. Buna ise Nihat Hatip oglunun derslerinden qulaq asib. Bunun yanliş oldugunu dushunurem. Chox xahish edirem ki, bu haqda etrafli yazasiniz.
Cavab:
Aleykum salam. Peyğəmbərlər istisna olmaqla heç kim cinləri yarandıqları surətdə görə bilməz. Uca Allah buyurur: "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər" (əl-Əraf, 27)
Amma Uca Allah cinlərə bizə insan, heyvan və s. surətində görünə bilmək bacarığı vermişdir. Bunun səhih hədislərdə müxtəlif dəlilləri var:
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) rama­zan ayında yığıl­mış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanı­ma gəldi və ər­zaq­dan ovuclayıb (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Peyğəmbərin yanına apa­ra­ca­ğam.” O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də (bu yeməyə) olduqca ehtiyacım var”– dedi, mən də onu buraxdım. Ertəsi gün Peyğəmbər məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O (mənə) həm ehtiyaclı, həm də külfət sa­hibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım.” Peyğəmbər dedi: “O sənə yalan danışıb və o yenə qayıda­caq.” Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər: “...o yenə qa­yı­da­caq”– deyə xəbər vermişdi. Odur ki, pusquda durub onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa baş­ladı. Mən onu yaxalayıb dedim: “Səni hökmən Pey­ğəmbərin yanına aparacağam.” O yalvarıb dedi: “Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. (Söz verirəm ki,) bir daha (bura) qayıtmayaca­ğam.” Mənim ona yazığım gəl­di və mən yenə onu burax­dım. Ertəsi gün Peyğəmbər mən­dən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rə­su­lal­lah! O, (mənə) həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elə­di. Buna görə də mənim ona yazığım gəldi və mən onu burax­dım.” Pey­ğəm­­bər dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq.” Mən üçüncü dəfə pusquda dayanıb onu gözlə­dim. O, yenə gəlib ərzaqdan ovuclayaraq (qa­bına) yığ­mağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Pey­ğəm­bərin yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıt­ma­ya­ca­ğına söz verir, sonra da qayıdırsan.” O yalvarıb dedi: “Məni bu­raxsan, sə­nə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər.” Mən: “O nə sözdür?”– deyə soruş­dum. O dedi: “Yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbə­di Yaşayandır, bütün yaratdıqlarının Qəyyu­mu­dur..." (“əl-Bəqərə” surəsi, 255) – ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyana­nadək sənin ya­nında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz.” Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər mən­dən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədə­cəyini söylədi və mən də onu buraxdım.” Peyğəmbər: “Nədir o?”– deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yox­dur, əbə­di Yaşayandır, bütün yaratdıqla­rının Qəyyumu­dur...” – ayəsini əv­vəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyana­nadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə ya­xın­laş­maz.”
Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi.
Peyğəmbər dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalan­çıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”– deyə cavab verdikdə, Pey­ğəmbər dedi: “Bu, şeytan idi!” (əl-Bu­xa­ri, 2311)
Həmçinin şeytan Bədr döyüşündən qabaq Qureyşli müşriklərə Suraqa ibn Malikin şəklində görünmüşdü. Uca Allah buyurur: "O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: "Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!"– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: "Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!"– demişdi" (əl-Ənfal, 48)


Cinləri yarandığı surətdə görmək olarmı?


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 21:08
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
Meqaleye göre sagolun

--------------------

Krasavcikaya_v_onlin

  • 12 may 2015 16:19
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
cox sagolun ALLAH razi olsun oxdum maragli idi

--------------------

Elya Alieva

  • 11 may 2015 22:48
  • Məqalə: 115
  • Şərh: 7036
  • Bal:
{awards}
Allah Razi OlsUn

--------------------
EVLİ MUTLU .......

sessiz deniz

  • 11 may 2015 20:52
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Sual:
Salam aleykum. Bizim suallarimiz cavablandırdığınız üçün Allah sizden razi olsun! Size bir sualim var. İnsanlar cinleri Allahin yaratdigi suretde gore bilmez? Menim bildiyime gore gorunurler. Amma bir baci var, o deyir ki, Quranin el Araf suresinde onlar bizi gormediyimiz yerlerden gorurler ayesi buna delalet edir. Buna ise Nihat Hatip oglunun derslerinden qulaq asib. Bunun yanliş oldugunu dushunurem. Chox xahish edirem ki, bu haqda etrafli yazasiniz.

♔ sinყσriτα ♔

  • 11 may 2015 14:59
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun...!!!Maragli Meqaledi Hamiya Maraxli Olan Sula Ve Cavab Idi Mence fellow

Darling

  • 11 may 2015 13:54
  • Məqalə: 930
  • Şərh: 11567
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Blutuz

  • 11 may 2015 13:47
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Salam millet

PoZitiV Kaa=)

  • 11 may 2015 13:39
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Bu haqda sohbetler hemiwe diqqetimi celb eliyib.Maraqliydi tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}