Azərbaycan dindarlarının müraciəti

 
Azərbaycan dindarlarının müraciəti



O Bir Olan Yaradanın adı ilə!

Biz, dindarlar ölkəmizin həyatında qarşıdan gələn mühüm ictimai-siyasi hadisə ərəfəsində vətəndaş olaraq, öz iradəmizi bildirmək məramı ilə Azərbaycan xalqına müraciət edirik.

Azərbaycanda yaşayan — dini mənsubiyyətindən asılı olmayaraq — bütün dindarlar Uca Yaradan və Vətənimiz qarşısında müqəddəs borcumuzu onda görürük ki, həm əməllərimiz, həm də dualarımızla ölkəmizin daha da ucalmasına yardımçı olaq. Din dövlətdən ayrı olsa da, dindarlarımız Vətənin taleyindən ayrı deyillər. Biz Azərbaycan torpağının bərabərhüquqlu övladlarıyıq və dövlətimiz üçün həyat əhəmiyyətli bir məsələ — ölkə başçısının seçkilərində öz seçimimizin - ən layiqli namizədin qalib gəlməsi prosesində ən yaxından iştirak etmək niyyət və əzmindəyik.

Hamımız yaxşı bilirik ki, müstəqilliyimizin əsl istiqlal zirvəsinə yetişməsində əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin sayəsində Azərbaycan dindarları müqəddəs dini-mənəvi dəyərlərinin dirçəldilməsi prosesinin səadətini yaşamağa başladılar. Məhz onun Prezidentliyi dönəmində Azərbaycan xalqının mənəvi dəyərlərinin əsasını təşkil edən din xalqımızın həyatında layiqli yerini tutdu, dindarlar vətəndaşlıq hüquqlarından tam şəkildə yararlanaraq, əsl etiqad azadlığını yaşamağa başladılar. Azərbaycançılıq məfkurəsinin bünövrəsini qoymuş, habelə tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirən Heydər Əliyev bütün millət və dinlərə mənsub vətəndaşlarımıza öz dini-mənəvi dəyərlərini inkişaf etdirmələri üçün lazımi şəraiti yaratdı. Ulu öndər, həmçinin, islamın əsl mahiyyətini dərindən duyur, millətin inkişafında, mənəvi intibahında, yüksək məqsəd və amallar uğrunda sıx birləşməsində əvəzsiz rolunu yüksək qiymətləndirirdi.

Uca Yaradanın Lütfü və xalqımızın iradəsi sayəsində Heydər Əliyev yolunu bütün sahələrdə olduğu kimi, mənəvi həyatda da davam etdirən İlham Əliyev bizlərə rəhbər olaraq nəsib oldu. Ümummilli liderin uğurlu yoluna layiq olduğunu, Azərbaycan xalqını tərəqqi və rifah yolu ilə irəli aparmaq hünərini yüksək səviyyədə nümayiş etdirmiş İlham Əliyev biz, dindarların da xüsusi hüsn-rəğbətini qazanmağa nail olmuşdur. Ulu Öndərin başladığı dini-mənəvi abidələrin bərpası, tikintisi işlərini böyük vüsətlə davam və inkişaf etdirən Prezident İlham Əliyev dini həyatın bütün sahələrini dövlət qaygısı ilə əhatə etmək iradəsi nümayiş etdirir. Azərbaycanda yaşayan müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icma nümayəndələri dövlətin himayə və diqqətini hər zaman hiss edir və yüksək dəyərləndirirlər.

Hər bir azərbaycanlının Prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan, ən ümdə hüququmuz sayılan din və vicdan azadlığının etibarlı təminatçısı olan Prezident İlham Əliyev etnik və dini tolerantlığı ölkəmizin əldə etdiyi ən yüksək nailiyyət kimi dəyərləndirir.

Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində mədəniyyətlər, dinlərarası dialoq və əməkdaşlıq məsələlərində təşəbbüskarlıq, multikulturalizm ideyalarına dünya çapında himayədarlıq, habelə İslam dəyərlərinin müdafiəsi xüsusi önəm kəsb edir. Ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsi, nəinki Qafqaz bölğəsində, beynəlxalq müstəvidə artan nüfuzunun təmin olunması ilə yanaşı, mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, dünyaya örnək olacaq səviyyəyədək tanıdılması böyük səy və əməllərin bəhrəsidir. Təbii ki, yaxşı olanı dəyərləndirmək, onu qoruyub saxlamaq mühüm olub, Yaradanımızın buyurduqlarına uyğundur.

Biz, dindarlar, müqəddəs mənəvi dəyərlərimizin hamisi Prezident İlham Əliyevin onillik fəaliyyətinin nəticəsi olaraq hərtərəfli inkişaf etmiş, sabit, əmin və mənəviyyatını uca tutan Azərbaycan dövlətinin varlığına görə Zati-alilərinə dərin minnətdarlığımızı bildiririk. Biz bütün dindarloarı qarşıdan gələn Prezident seçkilərində hamılıqla iştirak etməyə və müstəqilliyimizin daimiliyi, dövlətimizin davamlı olaraq çiçəklənməsi naminə əziz, möhtərəm dövlət başçımız İlham Əliyevin namizədliyinə səs verməyə çağırırıq.

Uca Yaradan yardımçımız olsun!


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 20:52
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 12 may 2015 23:45
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
O Bir Olan Yaradanın adı ilə!

Biz, dindarlar ölkəmizin həyatında qarşıdan gələn mühüm ictimai-siyasi hadisə ərəfəsində vətəndaş olaraq, öz iradəmizi bildirmək məramı ilə Azərbaycan xalqına müraciət edirik.

Azərbaycanda yaşayan — dini mənsubiyyətindən asılı olmayaraq — bütün dindarlar Uca Yaradan və Vətənimiz qarşısında müqəddəs borcumuzu onda görürük ki, həm əməllərimiz, həm də dualarımızla ölkəmizin daha da ucalmasına yardımçı olaq. Din dövlətdən ayrı olsa da, dindarlarımız Vətənin taleyindən ayrı deyillər. Biz Azərbaycan torpağının bərabərhüquqlu övladlarıyıq və dövlətimiz üçün həyat əhəmiyyətli bir məsələ — ölkə başçısının seçkilərində öz seçimimizin - ən layiqli namizədin qalib gəlməsi prosesində ən yaxından iştirak etmək niyyət və əzmindəyik

Favorit Girl )

  • 12 may 2015 20:30
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Pıtırcık

  • 12 may 2015 16:42
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Krasavcikaya_v_onlin

  • 12 may 2015 16:01
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Elya Alieva

  • 12 may 2015 13:50
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Uca Yaradan Yardimcimiz Olsun

amin
Unvanli#

--------------------
UREYIM...I MEN

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 may 2015 13:39
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 105

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}