Psixoloqa müraciət etməyi unuduruq, yoxsa qorxuruq?

 
Psixoloqa müraciət etməyi unuduruq, yoxsa qorxuruq?



Mütəxəssislərin fikrincə, müxtəlif xəstəlikləri yaradan səbəblərdən biri, bəlkə də birincisi əsəbdir. Əsəbin yaranma səbəbi isə psixoloji pozuntudur. Amma nədənsə biz həmin halla rastlaşanda psixoloqa müraciəti ya unuduruq, ya da ki bu addımı atmağa qorxuruq.

Dünyanın əksər ölkələrində insanlar psixoloq xidmətindən geniş istifadə edirlər. Bu, çox normal hal kimi dəyərləndirilir. Lakin Azərbaycanda situasiya tamamilə fərqlidir.
Legend.az xəbər verir ki, əksər insanlar psixoloji problemlə üzləşdikdə, hara və necə müraciət edəcəklərini bilmirlər, yaxud “psixoloqa getməlisən” məsləhətini yanlış anlayırlar. Daha dəqiq desək, hər hansı psixoloji problemi ruhi xəstəliklə səhv salırlar.

Aygün Babayeva, psixoloq: “Psixoloq insana bir növ istiqamət verir, onu ruhlandırır. İnsan da ruhu rahat olanda, hər hansı bir iş olsun, həmin iş onda uğurlu alınır. Əgər dünya təcrübəsi bundan istifadə edirsə, Azərbaycan da artıq Avropaya doğru gedir. Ona görə də yaxşı olar ki, hər kəs müraciət etsin”.

Şəhər əhalisi arasında apardığımız sorğu nəticəsində isə maraqlı bir vəziyyətlə qarşılaşdıq. Belə ki, psixoloqla məsləhəti ruhi xəstəlik həddinə çatmaq kimi dəyərləndirən cəmiyyətin üzvləri bunun normal hal olduğunu bildirdilər. Baxmayaraq ki, özləri də ehtiyac yarananda müraciət etmirlər.

Çingiz Xıdırov, şəhər sakini: “Psixoloqa müraciətdən çəkinmələr ondan irəli gəlir ki, indiyə qədər belə şey olmayıb. Dünya təcrübəsində görəndən sonra başlayırlar müraciət etməyə. Bu, çox vacibdir”.

Tahirə İsmayılova, şəhər sakini: “Heç vaxt psixoloqa müraciət etməmişəm. Amma insanların sağlamlığı üçün yaxşıdır”.

Rasim Adilov, şəhər sakini: “Onlar bu sahəni bildiklərindən sənin dərdinə şərik ola bilərlər. Bu mənada mütləq müraciət etməyə dəyər”.

Gülşən Mustafayeva, şəhər sakini: “İnsanlar hamısı psixoloji gərginlikdədir. Ona görə də psixoloqa müraciət etmək təbii bir haldır. Zəmanə də bunu labüd edir”.
Dünyanın elə ölkələri var ki, insanlar ailə psixoloquna müraciət edir. Bunu mütəxəssislər müsbət hal kimi dəyərləndirir.

Aygün Babayeva, psixoloq: “Ailə həkimi ona görə lazımdır ki, insan oyanır, başağrısı hiss edir. Bir dərman qəbulundansa, yaxşı olar ki, ailə həkiminə zəng vursunlar. Psixoloq da ona məsləhətlərini verir. Sözlərlə həmin insanın başağrısı keçir. Psixoloqdan qorxmaq lazım deyil, psixoloqa müraciət edin. Çalışın ailənizin psixoloqu olsun”.

Hər zaman həzz aldığınız işlərdən artıq həzz almırsınız, özünüzü lazımsız hiss edirsiniz, ən əsası əsəbi və aqressivsinizsə, deməli, stress təbili çalınır. Unutmaq olmaz ki, stress özü də enerjidir və onu müsbətə çevirməyi bacarmaq lazımdır. Bu yolda psixoloqları yoldaş seçməkdən qorxmamaq şərtilə...


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 20:21
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
xəbərə görə sağ olun

--------------------

sessiz deniz

  • 13 may 2015 14:03
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler wehrlere goreee

Krasavcikaya_v_onlin

  • 13 may 2015 13:18
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
xeber ucun tewekkulerrr

--------------------

NIGAR

  • 13 may 2015 12:31
  • Məqalə: 727
  • Şərh: 10502
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞ OL

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Elya Alieva

  • 13 may 2015 12:09
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
ilik Serix menden
Unvali#

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 51

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}