Allahın nadir əsəri

 
  • 13.05.2015, 13:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Allahın nadir əsəri



Mövcud imkanlarımız dairəsində İmam Hüseynin (ə) rəşadətindən söhbət açdığımız ötən həftədəki məqaləmizdə oxucularımıza vəd etmişdik ki, mövzunu müasir dövrdə baş verən hadisələrin baxımından tamamlayaq. İmamın (ə) zamanındakı qəziyyələri bu gün baş verənlərlə müqayisə etmək üçün İslamın nazil olduğu Erkən Orta əsrlərin mühitini təsəvvür etmək lazımdır. Qərb tarix elmi, daha dəqiq desək YUNESKO-nun "Bəşəriyyətin tarixi” kitabı qədim zamanın sonunu və Orta əsrlərin qədəm qoymasını İslamın gəlişi ilə bir vaxta təsadüf etdiyini təsdiqləyir. Deməli, dinimizin nazil olması bəşər tarixinin əsas mərhələsindən oldu, qədim dövrə son qoyub, Orta əsrlərin elmi tərəqqisinə və incəsənətin intibahına qapılar açdı.

Dağın əzəməti uzaqdan göründüyü kimi, əsrlər keçdikcə aydın dərk etmək olur ki, İslamın gəlişi bəşər tarixində əsl inqilaba səbəb oldu və İmam Hüseynin (ə) üsyanı bu inqilabın ən mühüm mərhələsindəndir. Ərəbistan səhrasında itib batmış Məkkədə, hətta öz qəbiləsində belə, az tanınan qırx yaşlı Muhəmməd (s) bundan əvvəlki təkallahlılıq dinlərinə əsaslanan, lakin mahiyyətcə yeni ilahi nəzəriyyənin təbliğinə başlayanda heç kimin ağlına da gələ bilməzdi ki, qısa tarixi müddətdən sonra milyonlarla insan hər gün nəzərlərini Məkkəyə yönəldərək ibadət edəcək, milyonlarla məscidlərdən səslənən azan sədaları hər gün çıxandan gün batana kimi Allahın adı ilə yanaşı Muhəmmədin (s) adını çəkəcək. İslam dünyaya inqilabi dəyişiklər gətirdi, quldarlığı ləğv etdi, irqi və cinsi fərqi heçə endirdi, milli mənsubiyyəti aradan qaldıraraq hamını vahid müsəlman ümməti adlı ailənin üzvü etdi. Təbii ki, bu yeniliklər əksəriyyət tərəfindən rəğbətlə qarşılansa da hakim dairələr, var-dövlət sahibləri hər mövcud vəziyyəti saxlamaq üçün əllərindən gələni edirdilər. Buna görə də Peyğəmbərə (s) sui-qəsdlər təşkil olundu, Quranın cazibəsinə düşənlərin sayı minlərlə ölçüləndən sonra isə müharibələri başladılar. Bu müharibələr İslamda şəhidlik məktəbinin əsasını qoydu və İmam Hüseynin (ə) qətli bu məktəbin ən ali məqamı oldu. Şübhəsiz ki, Peyğəmbəri (s) öldürməklə İslamı elə başlanğıc dövründəcə məhv etmək cəhdlərində də, bu gün İslamı gözdən salmaq üçün müxtəlif əməllərə əl atanların niyyətlərinin əsasında da iqtisadi maraqlar əsas yer tutur.

Lakin müasir zamanda İslamı məhv etmək üçün bir milyard yarım ardıclılarını və müsəlmanların yaratdığı təkrarolunmaz mədəniyyəti məhv etmək lazımdır. İslamın ilk əsrlərində isə məsələ fərqli idi, onun sürətlə yayılması, Hicri tarixinin birinci əsrində Suriyanı, Fələstini, Şimali Afrikanı və Cənubi Avropanı əhatə edərək, o dövrün sivilizasiyasının məskunlaşdığı Aralıq dənizinin mühüm limanlarını ələ keçirməsi mövcud imperiyaların varlığına təhlükə yaradırdı. Hadisələrin bu kimi inkişaf etməsi, xristian aləmində baş vermiş parçalanma, onun iki, bir-birinə müxalif olan katolik və pravoslav kimi qollara bölünməsi, İslamın qarşısının alınmasında Səlib yürüşlərinin istənilən nəticə verməməsi və onun ərazilərinin durmadan genişlənməsi İslamın içərisindən, Xilafətin daxilindəki çaxnaşmalarla alındı. Təbii ki, xarici qüvvələrin köməkliyi ilə. O vaxtdan bəri Qərb bu tarixi dərsdən lazımi nəticə çıxararaq bu günün özündə də bu təcrübədən uğurla istifadə etdiyi halda, bəzi müsəlman ölkələrin liderləri, təəssüf ki, nəinki səhvlərdən nəticə çıxara bilmir, hətta ardıcıl olaraq onları təkrar edirlər.

Yaxın beş ilin, yəni Ərəb baharının ərəfəsi dövrünün statistik rəqəmləri göstərir ki, Qərbin - Amerika Birləşmiş Ştatları və Avropa Birliyi dövlətlərinin əhalisi ümumdünya əhalisinin cəmi 12 faizini təşkil etdiyi halda, onlar dünyada istehsal olunan enerjinin tam yarısını sərf edirdilər. Onu da nəzərə almaq lazımdır ki, əksər hissəsi Yaxın Şərqdə hasil olan neft və qazı bu ölkələr ixrac deyil, yalnız idxal edirlər. Göstərilən rəqəmlər domino prinsipinə əsasən ardıcıl təbii sərvətlərlə zəngin olan region ölkələrinin hakimiyyətlərini devirən Ərəb baharını doğuran səbəblərdən danışmağı lüzumsuz edir. Lakin çevrilişlər estafeti Suriyada qırıldı və bunun səbəbi yalnız Bəşər Əsədin şəxsi qoçaqlığı və Suriya xalqının fədakarlığı olmadı. Səbəblər daha dərində, Aralıq dənizinin dibindədir.

Məsələ ondadır ki, dənizin şelfində nəhəng neft və qaz yataqları aşkar olunub və Qərbin sahilboyu dövlətlərdə arzu etdikləri oyuncaq hökumətləri ilə birlikdə bu yataqların istismarı ilk növbədə dünya neft ixracının dörddə birini təmin edən Rusiya və İranın iqtisadiyyatına ağır zərbə vurmuş olardı. Həmçinin, iqtisadi amillər Suriya məsələsində Rusiya və İranın mövqeyini ortaya qoydu və məhz bu amillər hazırda Yaxın Şərqdəki lokal münaqişələr az qala dünya müharibəsinə çevrilməkdədir. Həlak olanlar isə yenə də müsəlmanlardır.

Tarixin dərslərindən bəhrələnən Qərb min il əvvəl olduğu kimi, bu gün də qarşıda duran məqsədlərə müsəlmanlar arasına nifaq salmaqla nail olur və onun ən yeni "ixtirası” "İraq və Şam İslam Dövlətidir”. Bu təşkilatın qarşısında qoyulmuş və həyata keçirtməyə cəhd göstərdiyi məqsəd – Suriyanın, neftlə zəngin İraqın və Aralıq dənizinə əlavə çıxışı təmin edə biləcək Livanın ərazilərində sünni İslam dövlətinin yaradılmasıdır. Bununla yanaşı, hərəkat İslamın şiə məzhəbinə düşmən olan qüvvələrin birliyi olmaqla məzhəblərarası ixtilafı düşmənçilik səviyyəsinə çatdırmaq kimi məkrli niyyətini həyata keçirir. Münaqişəyə Türkiyə də cəlb olunub ki, Aralıq dənizi onun sahillərini də əhatə edir, İŞİD-lə müharibədə onun kürd əsilli vətəndaşlarına Qərb aparıcı yer ayırıb.

Bu miqyaslı fırıldağın əsas məqsədi neftdir. Məqsədə aparan yollar isə insan həyatlarından döşənmişdir. Bu yolda həlak olanların sayı yüz minlərlə, qaçqınların isə milyonlarla ölçülür və müsəlman ölkəsi olan Azərbaycanın Qarabağ münaqişəsinin nəticələri ilə üzləşdiyi oxşar probleminə dünya ictimaiyyətinin yanaşmasını nəzərə alsaq tam əmin olmaq olar ki, yaxın onilliklərdə məzlumların dərdinə sözdə şərik olmaqdan başqa bir şey gözləmək sadəlövhlük olardı.

Ötən əsrdə iki dünya müharibəsi başlamış Qərbin insan taleyinə bu kimi laqeyd yanaşması hələ yüz il əvvəl Veymar Respublikası dövründə yəhudi mənşəli yazıçı Kurt Tuxolski tərəfindən müəyyən edilmişdi. O, yazırdı ki, bir insanın ölümü faciədir, yüz min ölüm isə statistikadır. Veymar Respublikasını əvəz edən III Reyx antisemitizmi dövlət nəzəriyyəsi elan edərək Tuxolskinin xalqına qarşı soyqırımı həyata keçirtdi, ölkənin baş ideoloqu Yozef Gebbels isə, sən bir işə bax, yazıçının sözləri ilə desək, əsgərləri yəhudilərin kütləvi qırğınına göndərirdi.

Məqaləmizi oxuduğunuz vaxtda çox güman ki, müsəlmanlar bir-birlərini öldürməkdə davam edirlər, axı "İslam dövlətinin” apardığı insanlığa zidd qırğında atəşkəs nəzərdə tutulmayıb. Avropanın xəbər agentlikləri isə Yaxın Şərqdən hər saat verdikləri məlumatlarında terror nəticəsində həlak olanların sayını dəqiqləşdirmədən "ona yaxın”, yaxud "qırxdan çox” kimi cümlələrlə kifayətlənirlər, baxmayaraq ki, hər bir insan həyatı Allahın nadir əsəridir. İnsanların ümumi sayı yeddi milyardı ötüb keçsə də hər bir insanın ölümü qalıb yaşayanların arasında bir boşluq yaradır. Hər bir insanın! O ki qaldı İmam Hüseynə (ə)...

Xalqımızın müdriklik dəryası olan atalar sözləri arasında "On dəfə İmam üçün ağlayanda bir dəfə də Yezid üçün ağla” məsələsinin yer tutması şəxsən məndə həmişə təəccüb hissi doğursa da son illər baş verən hadisələr buna aydınlıq gətirdi. Təbii ki, əsrlərlə Əhli-Beytə (ə) rəğbət bəsləyən, bu günə kimi İmam Hüseyn (ə) üçün səmimi göz yaşları tökən, Yezid ibn Müaviyəyə lənət oxuyan xalqımız onun cinayətinə heç bir halda bəraət qazandıra bilməzdi. Bu, tarixin məhkəməsində ədalətli qərar vermək üçün hər iki tərəfi dinləmək, hər iki tərəfə eyni soyuqqanlılıqla yanaşmaq da deyil. Axı Kərbəlada törədilmiş vəhşiliklərə, qadın və körpələrin qətllərinə, İmamın (ə) düşərgəsinə gedən arxın qarşısının alınmasına, bu yolla İmam (ə) və yaxın ətrafının susuzluqla imtahana çəkməsinə heç bir halda haqq qazandırmaq olmaz. Görünür bu sözlərin müəllifi bizim müasirlərimiz olan, yollarını azmış "kiçik” yezidlərə dönmüşləri nəzərdə tutubmuş. O müasir "yezidlər” ki, onlar İslam bayrağı altında insanlıqla bir araya gəlməyən cinayətlər törədən radikallara qoşularaq insan ölümünə statist kimi yanaşanların əllərində alətə çevrilmişlər.



Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 20:15
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
xəbərə görə sağ olun

--------------------

Elya Alieva

  • 13 may 2015 16:59
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
xeber cun saqolun
Unvali#

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 13 may 2015 14:25
  • Məqalə: 507
  • Şərh: 9708
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Krasavcikaya_v_onlin

  • 13 may 2015 14:11
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 13 may 2015 13:56
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Mövcud imkanlarımız dairəsində İmam Hüseynin (ə) rəşadətindən söhbət açdığımız ötən həftədəki məqaləmizdə oxucularımıza vəd etmişdik ki, mövzunu müasir dövrdə baş verən hadisələrin baxımından tamamlayaq. İmamın (ə) zamanındakı qəziyyələri bu gün baş verənlərlə müqayisə etmək üçün İslamın nazil olduğu Erkən Orta əsrlərin mühitini təsəvvür etmək lazımdır. Qərb tarix elmi, daha dəqiq desək YUNESKO-nun "Bəşəriyyətin tarixi” kitabı qədim zamanın sonunu və Orta əsrlərin qədəm qoymasını İslamın gəlişi ilə bir vaxta təsadüf etdiyini təsdiqləyir. Deməli, dinimizin nazil olması bəşər tarixinin əsas mərhələsindən oldu, qədim dövrə son qoyub, Orta əsrlərin elmi tərəqqisinə və incəsənətin intibahına qapılar açdı.

Mələyimin mələyi

  • 13 may 2015 13:53
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}