Dərini çirkdən necə təmizləməli?

 
Dərini çirkdən necə təmizləməli?


Gözəl dəriyə sahib olmaq üçün onun təmizliyinə diqqət yetirmək vacibdir. Dəri təmizlənməsinin bir neçə üsulu var.

Legend.az xarici mətbuata istinadən dəri təmizlənməsi ilə bağlı məsləhətlər təqdim edib:

Gündəlik təmizləmə:

Üzünüzü yalnız təmiz, qaynadılmış və mineral su ilə yumağa çalışın. Çalışın, su otaq temperaturunda isinsin. Yalnız yağlı dərisi olan insanlar bundan istisnadır. Belə insanlar əvvəlcə üzlərini ilıq su ilə yumalı, ardından isə sərin su ilə yaxalamalıdırlar.
Dəri tipindən asılı olmayaraq üzü sabunla yumaq qətiyyən məsləhət görülmür. Sabun əvəzinə geldən istifadə etsəniz daha yaxşı olar. Üz dərisini gündə cəmi bir dəfə, səhərlər yumaq lazımdır. Hər səhər üzü su ilə yuduqdan sonra ona ehtiyatla soyuducuda saxlanılan buz parçası sürtün. Bu dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək, gözəl rəng almasına, yanaqların təbii qızarmasına səbəb olur. Buzu üzə masaj xətləri üzrə sürtmək lazımdır. Üzün buzla yuyulmasından yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz.
Dərinin axşam kosmetikadan təmizlənməsinə gəldikdə isə bu zaman sudan yox, kosmetik süddən istifadə edin. Kosmetik südü barmaqlar vasitəsilə 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyəsinə yeridin. Təmizləyici maddəni üzdən azad etmək üçün ilıq suya batırılmış pambıqdan istifadə edin.
Dərinin dərin təmizlənməsi:

Bu bir neçə etapdan ibarətdir. Dəri təmizlənməsi müəyyən təlabat yarandıqda edilməlidir. Yağlı dərinin təmizlənməsi daha tez-tez olunmalıdır. Dərinin dərin təmizlənməsi professional kosmetoloqlar tərəfindən efir yağları, dəniz duzları və ya otlarla hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir, yağlı dəri isə iki dəfə təmizlənməlidir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi baş verir, mübadilə yaxşılaşır. Nəticədə dəri təmiz və hamar olur, sağlam görünür. Dərinin buğa verilməsi prosesi də ehtiyatla aparılmalıdır. Dərinin yüksək həssaslığı və məsaməliliyi, dərinin xroniki genişlənməsi zamanı buğa vermə təhlükəlidir. Yaşı 30-dan yuxarı olan qadınlarda da dərinin buğa verilməsi prosesindən tez-tez istifadə etmək olmaz. Bu zaman dəri öz təbii elastikliyini itirməyə başlayır, damarlar pis daraldığı üçün dəridə qızarma baş verə bilər.
Dərini buğa verməzdən əvvəl onu kosmetik südlə dərin təmizləmək lazımdır.
Sonra pilinq və ya skrabla təmizlənməsi prosesi aparılır. Skrabdan istifadə edilməsi vacib hesab edilir. Çünki bu zaman dəri hüceyrələri daim olaraq təzələnir. Əks halda ölü dəri hüceyrələri yığılaraq səpkilər və sızanaqlar əmələ gətirir. Bundan sonra dəridə maddələr mübadiləsi yaxşılaşır. Dəri daha çox oksigen alır. Amma bir şeyi də nəzərə alaq ki, skrabla təmizlənməni tez-tez təkrarlamaq olmaz. Bu zaman dəri getdikcə qurumağa başlayır. Onun qıcıqlanma və müxtəlif infeksiyalardan qorunma qabiliyyəti zəifləyir.

Ev şəraitində skrab hazırlayın:
Təzə xiyarın qabığını soyub, şirəsini çıxarın. 1 xörək qaşığı yulaf yarması ununu 1 çay qaşığı xırda dəniz duzu ilə qarışdırın. Alınan məhlulu krem şəkli alana qədər xiyar şirəsi ilə qarışdırın. Alınan skrabı üz dərisinə sürtüb, 10 dəqiqə saxladıqdan sonra yuyun.
Dərini çirkdən təmizləyən losyon
2 xörək qaşığı alma sirkəsini eyni miqdarda su ilə qarışdırın. Pambığı bu losyona batırıb, dərinizi təmizləyin. Çalışın göz ətrafına dəyməsin. Sonra su ilə üzünüzü yuyun. Bu losyon dərini çirk və yağdan təmizləməklə yanaşı, məsamələrinin açılmasına da kömək edəcək.
Canlandırıcı losyon
5 qram quru gül yarpaqlarını götürüb, üzərinə 100 ml. ağ şərab tökün. Qabın ağzını möhkəm bağlayıb, 14 gün saxlayın. İşıq düşməsin deyə qabın üstünə tünd parça sərin. 14 gündən sonra qarışığı sürtgəcdən keçirin. Sonra 50 ml. gül suyu əlavə edib losyon kimi istifadə edin.


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 19:58
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
Xəbərə görə təşəkkür

--------------------

0124454545

  • 15 may 2015 21:02
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
cooox ela cox beyendim tewekurler wink wink

ツ Pc Cøpatka ツ

  • 15 may 2015 02:06
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
Meslehete gore cx saulun:-)

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 14 may 2015 22:24
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Xəbərə görə təşəkkür canişimm ♥

--------------------

Mələyimin mələyi

  • 14 may 2015 17:30
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Məsləhətə görə tşk

--------------------

Krasavcikaya_v_onlin

  • 14 may 2015 17:09
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
meseleht ucun tewekkurlerr

--------------------

sessiz deniz

  • 14 may 2015 14:26
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Gözəl dəriyə sahib olmaq üçün onun təmizliyinə diqqət yetirmək vacibdir. Dəri təmizlənməsinin bir neçə üsulu var.

Legend.az xarici mətbuata istinadən dəri təmizlənməsi ilə bağlı məsləhətlər təqdim edib:

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 14 may 2015 14:20
  • Məqalə: 668
  • Şərh: 18388
  • Bal:
{awards}
Məsləhətə görə tşk

--------------------
คşк łคfтคɴ คɴłคмคz

Pıtırcık

  • 14 may 2015 11:59
  • Məqalə: 576
  • Şərh: 9725
  • Bal:
{awards}
xəbərə görəsağ olun

--------------------
http://legend.az/user/imza/

Nika99

  • 14 may 2015 11:51
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
Tesekkurlerr)

--------------------
Qisda alinan Destemeza ve yayda tutulan Oruca heyranam-Imam Eli(e)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 36
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}