Ümmül-əbiha Hz. FATİMƏ (s.ə)

 
Ümmül-əbiha Hz. FATİMƏ (s.ə)



Hz. Fatimə (ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Hz.Peyğəmbər (s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. Şeyx Səduq “Əmali” kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir:

Ömər deyir ki, bir gün İmam Sadiqdən (ə) soruşdum: Fatimə (s.ə) dünyaya ne­cə gəlmişdir? İmam (ə) buyurdu: Xədicə Hz.Peyğəmbərlə (s) evlənəndən son­ra Məkkə qadınları İslama qarşı olan düşmənçilikləri üzündən Xədicədən uzaq­laşdılar, belə ki, nə Xədicənin evinə gedir, nə də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün bunlardan Xədicə çox kədərlənir və bu çirkin əməllərin Hz.Məhəmmədə (s) zərər yetirəcəyindən qorxurdu.

Bir gün Hz.Peyğəmbər (s) evə daxil olanda Xədicənin kiminləsə söh­bət et­di­yini eşidir və bu barədə Xədicədən soruşduqda, o belə cavab verir: “Bət­nim­dəki uşaq mənimlə söhbət edir və o, mənim munisimdir”.


Bu minvalla Xədicə hamiləlik dövrünü başa vurdu və Hz.Fatimə (ə) pak-pa­kizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Mək­kə evlərini işıqlandırdı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən gə­tirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xə­dicənin qarşısında duran qadın Fatiməni götürüb kövsər suyu ilə yudu, ətirli iki parçadan biri ilə onu bələdikdən sonra dindirdi. Fatimə dil açıb Allahın bir­li­yinə, Muhəmmədin (ə) isə onun rəsulu olmasına şəhadət verərək belə dedi: “Şə­hadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rə­su­lu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt ca­vanlarının ağasıdır”.

“Kisa” və “Mübahilə” əhlindən biri sayılan Hz.Fatimə (ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə “Təthir” ayəsi nazil olan şəxsiy­yət­lər­dəndir. Cəbrayıl da onlarla birlikdə olmasına fəxr etmişdi. Allah onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, imamların anası olmaqla yanaşı, Hz.Pey­ğəmbər (s) nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sö­zün­də və danışığında Hz.Məhəmmədə (s) ən çox oxşayan şəxs idi. Onun əxlaq və hə­­yat tərzi Hz.Peyğəmbərin (s) əxlaq və həyat tərzini xatırladırdı. Yerişi sanki Pey­ğəmbərin (s) yerişi idi. O, həmişə atasının yanına gələndə Həzrət onu meh­ri­banlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:

“Fatimə mənim bədənimin bir parçasıdır. Kim onu sevindirsə, məni se­vindirib, kim ona pislik etsə, mənə pislik edibdir”.

“Fatimə cənnət qadınlarının rəhbəridir”. (Səhihi-Buxari, fəzail fəsli)

“Allah Fatimənin qəzəbilə qəzəblənər, razılığı ilə razı qalar”.(Vəsailuş-şiə)

“Cənnət qadınlarının ən üstünü dörddür: Xədicə binti Xuveylid, Fatimə binti Muhəmməd (s), Məryəm binti İmram və Asiya binti Məzahim”.(Əllamə Nuri, Müstədrəkul-vəsail)

“Fatimə mənə hamıdan əzizdir”.

Hz.Peyğəmbərin (s) Hz.Fatiməyə (s.ə) sonsuz məhəbbətini ifadə etdirən “ya həbibətə əbiha” – kimi kəlamlarını misal göstərmək olar ki, bu da “ey ata­sının dostu və məhbubu” mənasındadır.


Furat ibn İbrahim öz təfsirində Hz.Əlinin (ə) dilindən belə söyləyir:

Bir gün Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gəldikdə xanımın kədərli ol­du­ğunu hiss etdi. Hz.Peyğəmbər (s) bir az qiyamət günü barədə danışıb bu mə­qa­ma yetişəndə belə buyurdu: “Ey Fatimə, behişt qapısına yetişən zaman o vax­ta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək on iki min be­hişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yə­həri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan də­və­lərə minərlər. Hər dəvənin üstündə də sıx-sıx düzülmüş parlaq incilərlə bə­zə­dil­miş “sun­dus” süfrəsi açılar. Behiştə gələn zaman cənnət əhli sənin qə­dəm­lə­rindən şad-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o də­qi­qə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman Hz.Adəm (ə), ondan son­ra isə bütün peyğəmbərlər səni ziyarət etməyə gələrlər.”

Bu hədisi ibn Abbas Hz.Əlidən (ə) nəql etmişdir. Hədis uzun olduğundan yuxarıdakı ondan bir parçadır. (Hədisin şərhi “Rəyahinəş-şəriət” adlı kitabda I cild, səh-225-228-də qeyd olunmuşdur)

Seyyid ibn Tavus Əbu Cəfər Əhməd yazdığı “Zöhdünnəbi” kitabında qeyd edir ki, bu iki ayə (“Hicr” 43, 44) nazil olan zaman: “Cəhənnəm bütün yo­lu­nu azmışların qayıdacaq yeridir. Onun yeddi qapısı vardır ki, hər qapıdan da müəyyən olunmuş dəstələr keçər.”

Hz.Peyğəmbər (s) bərkdən ağladı. Əshabı da bunu görcək ağlamağa baş­ladı. Ancaq səhabələr Həzrətin ağlamağının səbəbini bilmirdilər və Hz.Mə­həm­mədin (s) halı elə dəyişmişdi ki, heç kəs ondan söz soruşmağa cürət etmirdi.

Peyğəmbər (s) həmişə Fatiməni (s.ə) görəndə xoşhal olardı. Buna görə də sə­habələrdən biri Fatimənin (s.ə) hüzuruna gələrək onu atasının yanına ça­ğır­maq üçün evə daxil olanda gördü ki, Fatimə (ə) dəyirmanda arpa üyüdə-üyüdə bu ayəni oxuyur: “O şey ki, Allah yanındadır, xeyir və əbədidir.”

Həmin şəxs xanıma salam verərək Hz.Peyğəmbərin (s) halından onu agah edir. Hz.Fatimə (s.ə) cəld ayağa qalxıb on iki yerdən xurma lifi ilə ya­maq­lan­mış köhnə çadrasını başına örtüb yola düşür. Evdən çıxanda Salman onu görüb ağlayır və deyir:

“Vay halınıza! Rum və Kəsra qeysərləri sundus, ipək parçalardan ha­zır­lanmış libaslar geyib gəzdikləri bir halda, Peyğəmbərin (s) qızı on iki yerdən ya­maqlanmış nimdaş çadra örtür!?

Hz.Fatimə (s.ə) Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi:

“Ey Allahın Rəsulu, Salman mənim libasıma təəccüb edir. Bununla belə sə­ni haqqa məbus edən Allaha and olsun ki, beş ildir, Əlinin (ə) evində gecələr qo­yun dərisindən olan fərşin üstündə yatır, gündüzlər isə dəvəmizə ələf veririk. Daha bilmir ki, bizim mütəkkəmiz də xurma lifindəndir.

Bu zaman Peyğəmbər (s) Salmana buyurdu: “Mənim qızım qabaqcıllardan və Allah dərgahında ön səfdə duranlardandır.

Belə olduqda Fatimə (ə) söylədi: “Atacan, qurbanın olum, ağlamağının sə­bəbi nədir?”

Hz.Peyğəmbər (s) Cəbrayılın nazil etdiyi yuxarıdakı iki ayəni xanım Zəhra üçün də oxudu. Hz.Fatimə (s.ə) cəhənnəm adını eşidən kimi üzü üstə yerə dü­şüb təkrar-təkrar dedi: “Vay olsun, vay olsun o şəxsə ki, cəhənnəmə daxil olar.

Salman Farisi ayəni eşidən kimi dedi: “Kaş qoyun olardım, sahibim məni kə­sib dərimi soyardı, amma mən cəhənnəm sözünü eşitməyəydim.”

Əbuzər belə dedi: “Kaş anam məni bu dünyaya gətirməzdi və mən də cə­hənnəm adını eşitməzdim.”

Hz.Əli (ə) buyurdu:

“Kaş yırtıcılar bədənimi didib parçalayardılar, kaş anam məni doğmayaydı və cəhənnəm adını eşitməzdim.” Sonra əlini başına qoyub ağlaya-ağlaya dedi: “Sə­fə­rin uzaqlığından, qiyamət səfərinin azuqəsinin azlığından Allah özü bizi qorusun.” (Ş.Şərifov, İslam tarixi, səh-612-614).

Hz. Fatimeyi-Zəhranın (s.ə) cəddi Rəsulullahın ümməti üçün Allah-Təaladan ən böyük diləyi Hz. Əliyə nikah olduğu zaman bu idi: “Atacan, mənim məhriyyəm istərdim ki, adi insanların ailə qurduğu zaman aldığı dəyərə bənzəməsin. Yaradanımdan istəyim budur ki, qiyamət günü cəddim Rəsulullahın ümmətinin cəhənnəm odundan xilası olsun.”


Allah-Təaladan diləyimiz budur ki, qiyamət məhkəməsində sorğu olunan zaman Uca Yaradan Fatimeyi-Zəhraya xatir bizi bağışlasın. Amin, Ya Rəbbəl-Aləmi



Ümmül-əbiha Hz. FATİMƏ (s.ə)


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 19:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

FaToShKa

  • 19 may 2015 14:54
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
ALLAH BIZIM GUNAHLARIMIZI XANIM ZEHRAYA(s.E) XATIR BAGISLASIN,INSALLAH MEQALEYE GORE TESEKKUR...

ツ Pc Cøpatka ツ

  • 16 may 2015 20:13
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 15 may 2015 19:53
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

Prosta DeNiZ :)

  • 15 may 2015 19:13
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
╚ -` ყuxusuzLuğძαи gözLəяίм şίşsəძə,
`ხəLκə меsαj ყαzαяsαи` ძeყə ყατмαძιм ╝
❝GecəLəя❝ 0

♔ sinყσriτα ♔

  • 15 may 2015 15:13
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun...!

Pıtırcık

  • 15 may 2015 14:52
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
http://legend.az/user/imza/

Roya_____

  • 15 may 2015 14:30
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 61

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}