16 min abituriyent imtahan verəcək

 
16 min abituriyent imtahan verəcək



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

TQDK-dan Far.az-a verilən məlumata görə, imtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7651 abituriyent II qrup üzrə, 8419 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 15084 nəfəri (II qrup üzrə 7142 nəfər, III qrup üzrə 7942 nəfər) Azərbaycan bölməsinin, 986nəfəri (II qrup üzrə 509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6728 nəfəri (II qrup üzrə 4602 nəfər, III qrup üzrə 2126 nəfər) oğlanlar, 9342 nəfəri (II qrup üzrə 3049 nəfər, III qrup üzrə 6293 nəfər) isə qızlardır. 13336 nəfər orta ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin, 2498nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənci isə 1997-cı ildəndir.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.


Geri dön

Prosta DeNiZ :)

  • 27 may 2015 13:36
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
ugurlar hamiya inwallah yaxsi olar smile

--------------------
╚ -` ყuxusuzLuğძαи gözLəяίм şίşsəძə,
`ხəLκə меsαj ყαzαяsαи` ძeყə ყατмαძιм ╝
❝GecəLəя❝ 0

ヅ Bad Girl ヅ

  • 20 may 2015 12:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 18 may 2015 16:08
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
ugurlar hamiya

ツ Pc Cøpatka ツ

  • 17 may 2015 14:17
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Ugurlarr :))

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 may 2015 02:41
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
İmtahan verən abitiruyentlərə uğurlar

jasmin022

  • 15 may 2015 22:50
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
UGURLAR, men artiq o heyacani kecirmisem

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

♫ мєl๏dyคм ♫

  • 15 may 2015 22:30
  • Məqalə: 163
  • Şərh: 4759
  • Bal:
{awards}
Caamat Alim olubki wink

--------------------

♔ sinყσriτα ♔

  • 15 may 2015 22:05
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ugurlu imtahanlar...xebere gore tewekkur

Pıtırcık

  • 15 may 2015 20:57
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
xəbərə görə sağolun

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

♔๑.Şaнzadəм.๑♔

  • 15 may 2015 20:55
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Uğurlar hamısına..!
Xəbərə görə təşəkkür..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}