İslamda yalanın hökmü

 
İslamda yalanın hökmü

Yalan söyləmək böyük günahdır. Bir ayəti-kərimə məali belədir:
“Yalan söyləyənlər, böhtan atanlar, ancaq Allahu təalanın ayələrinə inanmayanlardır. Onlar əsl yalançılardır.” [Nəhl 105]
Yalan, günahların ən çirkini, ayıbların ən pisi, qəlbləri qaraldan bütün pisliklərin başıdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yalan, nifaq qapılarından biridir.” [İbni Adiy]
“Mömin hər səhvə düşə bilər, amma xainlik edə və yalan söyləyə bilməz.” [Bəzzar]
“Doğru olun, doğruluq yaxşılığa, yaxşılıq isə Cənnətə çəkər. Yalandan çəkinin, yalan fücura, fücur isə Cəhənnəmə aparar.” [Buxari]

_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_
Yalan danışmağın hökmü
Quran və Sünnədə yalanın haram olması barədə dəlillər çoxdur. Yalan danışmaq günah olmaqla yanaşı, həm də münafiqlərin əlamətlərindəndir.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Münafiqin əlaməti üçdür; danışdıqda yalan deyər, vəd verdikdə ona əməl etməz, əmanətə xəyanət edər”.
Həmçinin Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: «Münafiqlik yalan üzərində qurulmuşdur».
Bəzi insanlar da vardır ki, ətrafındakıları güldürmək məqsədilə yalan uydurub danışarlar. Belə insanların aqibətinin heç də yaxşı olmayacağı barədə Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurur: «Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!».
Yalan danışan kəs bilməlidir ki, bu əməlinə görə bir gün Allah qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı kimi, yalan danışmaq da sahibini Cəhənnəmə aparır

_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_
Yalandan şahidlik etmək (Yalan danışmaq,Yalandan and içmək)- İnanan bir insan üçün imandan sonra ən gözəl sifət, doğruluqdur. Doğruluq (sidq) peyğəmbərlərdə mütləq olmalı xüsusiyyətlərdən biridir. Doğruluq əxlaqın təməli və bütün fəzilətlərin ən üstünüdür. Doğruluq nə qədər fəzilətlidirsə, bunun əksi olan yalançılıq bir o qədər pis xüsusiyyətdir. Buna görə də, dinimiz yalan danışmağı qadağan etmişdir. Yalan danışanların halının çətin olacağını Allah sübhənəhu təala belə bildirir: “Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!”(Quran: Əl-Casiyə, 7).

İmam Əli (ə): «Yalandan kənar olun. Çünki yalan imandan kənardır. Doğru danışan nicat və kəramətin sahilində, yalançı isə uçurum və zəlilliyin astanasındadır.»
Allahın Peyğəmbəri (s): «Yalan ruzini azaldar.»
İmam Əli (ə): «Yalana aludə olmaq yoxsulluq gətirər.»
Imam Həsən Əskəri (ə) buyurmuşdur: “Bütün çirkin əməllər bir evə yığışsa, o evin açarı yalan olar.”


Geri dön

ヅ Bad Girl ヅ

  • 20 may 2015 18:50
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 18 may 2015 15:58
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore sagolun

ツ Pc Cøpatka ツ

  • 17 may 2015 15:20
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Krasavcikaya_v_onlin

  • 16 may 2015 12:48
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 may 2015 02:36
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Təşəkkürlər

^^KuKuLKa^^

  • 15 may 2015 23:08
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
Yalan söyləmək böyük günahdır. Bir ayəti-kərimə məali belədir:

--------------------

^^YeRaZKa MeLeK^^

  • 15 may 2015 22:50
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun canim!

--------------------

Roya_____

  • 15 may 2015 22:49
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

♔๑.Şaнzadəм.๑♔

  • 15 may 2015 22:47
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı olsun canım gözüm..!

--------------------

Pıtırcık

  • 15 may 2015 22:45
  • Məqalə: 507
  • Şərh: 9708
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Banned1

  • 15 may 2015 22:45
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}