Malik ibn Dinarın yuxusu

 
Malik ibn Dinarın yuxusu


Malik ibn Dinar məşhur tabiinlərdən (Peyğəmbər - Ona Allahın salavatı və salamı olsun - və onun səhabələrindən sonrakı nəsil) olmuşdur. O öz əxlaqı və Allaha itaəti ilə seçilən, insanlara Allahın və Onun elçisinin hökmlərini öyrədən fəzilətli insan idi. O, Hindistanda İslamın yayılmasında böyük rol oynamış və orada ilk məscidi tikmişdir. Bir gün o, öz keçmişi və necə tövbə etməsi haqqında danışaraq demişdi:
Mən gəncliyimdə çox qəddar və zalım, həm də çox içki içən, Allaha asi bir qul idim. Bu xüsusiyyətimə görə hətta evlənmək üçün heç kim qızını mənə vermirdi. Nəhayət mən bir kənizlə evləndim və gözəl bir qız övladım dünyaya gəldi. Qızımı çox sevirdim, ona həddindən artıq bağlanmışdım, yalnız onunla təskinlik tapırdım. Qızıma sevgim günbəgün artırdı, amma onun hər dəfə içki badəsini aşıraraq dağıtmağına baxmayaraq, şərabı tərgitmirdim. Bir gün yenə qızımla oynamaq həvəsilə evə gələrkən onun öldüyünü gördüm...

Bundan sonra əvvəlkindən daha da pis oldum, insanlara qarşı çox səbirsiz idim, içməyi daha da artırdım. Bir gün şeytan mənə vəsvəsə verdi: "Sən bu gün elə içməli, elə sərxoş olmalısan ki, heç ayaq üstə durmağa taqətin qalmasın!" Elə də oldu. Sərxoş olduqdan sonra yatdım və çox dəhşətli yuxu gördüm...
Yuxumda gördüm ki, qiyamət günüdür insanlar məşhərə toplanırlar. Mən də oraya getmək istədikdə, qarşıma nəhəng və qorxunc bir ilan çıxdı və mənə hücum etdi. Ağzı böyük, gözləri isə çox qorxunc idi. Mən var gücümlə ondan qaçmağa başladım, o isə məndən əl çəkməyərək arxamca düşmüşdü. Yolda qoca və çəlimsiz bir kişiyə rast gəldim və ondan kömək istədim. O dedi: "Mən zəif bir adamam. Səni bu heyvandan xilas etməyə gücüm yetməz". Mən qaçmağa davam etdim və nəhayət, Cəhənnəmin kənarına çatdım, hətta az qala Cəhənnəm dərəsinə yıxılacaqdım. Oradan səs gəldi: "Geri qayıt, sən Cəhənnəm əhli deyilsən!". Mən qaçaraq yenidən həmin kişinin yanına qayıtdım və ondan kömək istədim. Kişi mənim halımı görüb ağlayaraq dedi: "Mən bu cür qüvvətli heyvana qarşı sənə kömək etməyə çox zəifəm, amma o təpədə görünən qəsrə get, bəlkə, sənə orada kömək edərlər!".
Kişinin göstərdiyi qəsrə çatanda, qapı açıldı və içəri daxil oldum. İçəridə üzləri ay kimi parlaq çoxlu uşaqlar var idi. Qızım da onların arasında idi. O mənim qucağıma atıldı və biz ağladıq... İlan artıq çox yaxınlaşmışdı, qızım əli ilə ona işarə etdi və o çəkilib getdi. Sonra qızım mənə Qurandan bu ayəni oxudu: "Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?" (əl-Hədid, 16)
Mən qızımdan "bütün bunların mənası nədir?" soruşdum, o dedi: "Atacan, gördüyün bu əcaib heyvan dünyada işlədiyin günahlarındır. Onu sən bəslədin, böyütdün və səni çətin vəziyyətə salacaq bu həddə onu sən çatdırdın. Atacan, məgər dünyada işlənən əməllərin axirət günündə təcəssüm edərək qarşına çıxacağını bilmirsənmi? O yaşlı və zəif insan sənin gözəl əməllərin idi. Sən onu elə zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə kömək edəcək gücü belə qalmamışdı. Buradakı uşaqlar isə müsəlmanların körpə ikən ölmüş uşaqlarıdır. Qiyamət gününə qədər biz burada qalırıq, həmin gün Rəbbimizdən sizin bağışlanmanızı diləyəcəyik"
Bu an yuxudan oyandım. Ağlayırdım. Öz-özümə: "Allaha qul olmağın vaxtı yetişib!" - dedim. Dərhal qüsl aldım. Tövbə etmək və cənnət yolunu seçmək üçün məscidə yollandım. Məscidə daxil olduğum zaman imam qızımın yuxuda mənə dediyi ayəni oxuyurdu: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!" (əl-Hədid, 16).
Malik ibn Dinar tabiinlərin ən hörmətlisi və ən çox ibadət edəni idi. O, gecələr ağlayaraq dua edirdi: "Allahım! Kimin cənnətə, kimin də cəhənnəmə girəcəyini yalnız Sən bilirsən. Görəsən, mən hansılardanam? Rəbbim, məni cənnət əhlindən et, cəhənnəm odundan qoru!" O, daima məscidin qapısı önündə durar və insanlara səslənərdi: "Ey günhkar insanlar! Rəbbinizə dönün! Ey qafil insanlar! Sizi yaradanın yoluna qayıdın! Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır. Bəs, siz haraya gedirsiniz? Allah sizə: "Mənə bir qarış yaxınlaşana, mən on qarış yaxınlaşaram. Mənə sarı yeriyənə tərəf isə qaçaram", - deyir. Məgər bu, sizə kifayət etmirmi?" (İbn Hibban, 5311; İbn Qudamə "ət-Təvvabin" kitabı, İbn əl-Cəzəri və başqaları)


Geri dön

ヅ Bad Girl ヅ

  • 19 may 2015 23:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 18 may 2015 15:50
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

Krasavcikaya_v_onlin

  • 17 may 2015 17:41
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ツ Pc Cøpatka ツ

  • 17 may 2015 16:47
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 16 may 2015 14:39
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah razı olsun..
Allah gördüyümüz hər bir yuxunu xeyirə yönəltsin inşAllah..

--------------------

Pıtırcık

  • 16 may 2015 14:28
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}