Müqəddəs Quranın adları

 
Müqəddəs Quranın adları



Uca Allah öz kitabına fərqli adlar qoymuşdur. Bu adların ən məşhurları aşağıdakı beş addır: 1. Quran Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir” (əl-Bəqərə, 185). Quran sözü qara`a felindən əmələ gəlmişdir. Qara`a felinin mənası isə cəm etmək və oxumaq deməkdir. Allahın kitabına bu adın verilməsinin hikməti Quranın hər şeyi özündə cəm etməsinə, Quranın yer üzərində ən çox nəşr edilən və oxunan kitab olmasına görədir. Belə ki, Quran keçmiş, indiki və gələcək zamanı, bəşəriyyətin tarixini və sonunu, Adəmdən Xatəmə doğru olan bütün peyğəmbərlərin dövrlərini əhatə edir və onlara göndərilən kitabların hamısını özündə cəm edir. Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Mənə Tövratın yerinə yeddi böyük (əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf və əl-Kəhf surələri), Zəburun yerinə yüz (və daha çox ayədən ibarət olan surələr), İncilin yerinə əl-Məsəni (əl-Fatihə surəsi) verildi və mənə müfəssəl (əl-Hucurat surəsindən Quranın axırına qədər olan) surələrlə üstünlük verildi”. (Musnəd imam Əhməd, 17023-cü hədis). 2. Furqan Bu sözün mənası ayırd edən deməkdir. Uca Allah buyurur: “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!” (əl-Furqan, 1). Qurana bu adın verilməsi onun haqqı batildən, xeyiri şərdən, doğru yolu zəlalətdən, mömini kafirdən, halalı haramdan ayırd etməsinə görədir. 3. Kitab Uca Allah buyurur: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (əl-Kəhf, 1). Kitab sözü yazı deməkdir. Belə ki, Quran Muhəmməd Peyğəmbərə iyirmi üç il ərzində nazil edilərək səhabələr tərəfindən yazılmışdır. Kitab sözünün başqa mənası isə toplamaq deməkdir. Qurana bu adın verilməsi onun surələri, ayələri, sözləri və hərfləri toplamasına görədir. 4. Zikr Uca Allah buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9). Bu sözün mənası yada salma, xatırlama deməkdir. Qurana bu adın verilməsi onun ilahi qayda-qanunları, əmr və qadağaları insanlara xatırlatmasına görədir. Həmçinin, Qurana bu adın verilməsi ona iman gətirənləri şərəfləndirdiyinə görədir. Uca Allah buyurur: “Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir (zikrdir). Siz sorğu-suala tutulacaqsınız” (əz-Zuxruf, 44). 5. Tənzil Bu sözün mənası nazil edilmə deməkdir. Uca Allah buyurur: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir” (əş-Şüəra, 192). İslam alimləri müqəddəs Quranın Burhan (dəlil-sübut), Haqq, Nur, Huda (doğru yol göstəricisi) kimi başqa adlarını da qeyd etmişlər. Quranın səhifələrini və nümunələrini Mushəf adlandırılmasına gəlincə, bu söz Quranın adlarından sayılmır. Müsəlmanlar Quran səhifələrini üçüncü rəşidi xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə Mushaf adlandırmağa başladılar. Çünki, onlar “Quran” sözünün cəm şəkildə istifadə edilməsinin mümkün olmadığını hesab etdilər



Müqəddəs Quranın adları


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 23 may 2015 04:51
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
Təşəkkür edirəm love

ヅ Bad Girl ヅ

  • 19 may 2015 22:54
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 18 may 2015 15:26
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunn

ツ Pc Cøpatka ツ

  • 17 may 2015 20:19
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

PessimistKa BanditKa

  • 17 may 2015 18:08
  • Məqalə: 0
  • Şərh: 512
  • Bal:
{awards}
Allah razi olsun)

Krasavcikaya_v_onlin

  • 17 may 2015 17:12
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mələyimin mələyi

  • 17 may 2015 14:30
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 17 may 2015 14:24
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Allah razı olsun can feel

--------------------

NIGAR

  • 17 may 2015 14:07
  • Məqalə: 798
  • Şərh: 10855
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}