Namazqılanın məkanı

 
Namazqılanın məkanı




Namazqılanın məkanı

Namazqılanın məkanının şərtləri:
1- Mübah olmalıdır, yəni qəsbi olmamalıdır.
2- Hərəkətsiz olmalıdır.
3- O məkanda dayanmaq haram olmamalıdır.
4- Peyğəmbərin (s) və məsum imamların (ə) qəbrindən öndə olmama-lıdır.
5- Səcdə yeri pak olmalıdır.
6- Bu məkan namazqılanın bədəni və ya paltarının napak olmasına bais olmamalıdır.
7- Vacib ehtiyata görə, namaz qılarkən qadınla kişi arasında bir qarış məsafə olmamalıdır.
8- Düz yer olmalıdır.
I. Mübah olmalıdır.
1. Namazqılanın məkanı qəsbi olmamalıdır. Əgər qəsbi olmayan xalça və taxt kimi əşyalar qəsbi məkandadırlarsa, onların üstündə qılınan na-maz batildir1.
2. Əgər insan bir yerin qəsbi olduğunu bilmirsə və ya unudubsa, ya da qəsbi məkandan istifadə etməyin haram olduğunu bilmirsə, orada qıl-dığı namaz düzdür.

Deməli, əgər insan xümsü verilməyən bir səccadənın üstündə namaz qılsa və ona xüms düşdüyünü bilməsə, yaxud xümsü verilməyən əşyadan istifadə etməyin haram olduğunu bilməsə, onun üstündə qıldığı namazlar düzdür.
3. Əgər iki nəfər bir mülkdə şərikdirlərsə və bu mülkdə hər birinin pa-yı bölünməyibsə, heç bir şərik digərinin razılığı olmadan orada namaz qıla bilməz.
4. Xümsü və zəkatı verilməyən pul ilə alınmış mülkdə qılınan namaz batildir.
Diqqət:
• Əgər dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq verilən evin müqavilə müddəti başa çatsa və evin boşaldılması barədə oranın saki-ninə xəbər verilsə, bu yaşayış binasının tabe olduğu idarə məsulunun icazəsi olmadan bu evdən istifadə etmək qəsbi məkandan istifadə et-mək hökmündədir.
• Keçmişdə qəbristanlıq olan məkanda tikilən idarə binasinda namaz qılmaq və ya oradan digər işlər üçün istifadə etməyin eybi yoxdur. Lakin əgər o məkanın ölüləri dəfn etmək üçün vəqf olunduğu və qeyri-şəri olaraq mənimsənilib orada bina tikildiyi şəri yolla sübuta yetirilsə, həmin binada namaz qılmaq və s. məqsədlər üçün istifadə etmək qəsbi məkandan istifadə etmək hökmündədir.

• Ümumi parklarda namaz qılmağın heç bir eybi yoxdur. O məkanla-rın qəsbi və ya park salındığı torpaqların əvvəllər kimin mülkü olması barədə edilən şəkkə etina olunmamalıdır.
• Əgər bir şəxs sahibi olduğu torpaq sahəsinin dövlət tərəfindən mə-nimsənilməsinə razı deyilsə və həmin yerdən namaz qılmaq və ya di-gər məqsədlər üçün istifadə edilməsinə narazıdırsa, bu halda əgər bu torpaq sahəsi dövlətin mülkiyyət qanunlarına əsasən onun sahibindən alınsa, o məkanda namaz qılmağın və ya s. işlər görməyin maneəsi yoxdur.
• Zalım dövlətin mənimsədiyi məkanların şəri baxımdan qəsbi məkan-lar hökmündə olduğu məlum olsa, orada namaz qılmaq və s. işlər gör-mək olmaz.

II. Hərəkətsiz olmalıdır.
Namazqılanın məkanı hərəkətsiz olmalıdır. Bu mənada ki, namaz qılan şəxs, hərəkətsiz halda və bədəni tərpənmədən namaz qılmalıdır. Deməli, maşında, yaylı çarpayının üstündə və s. bu kimi məkanlarda insan ixtiyarsız olaraq tərpəndiyi üçün namaz qılmaq düzgün deyil. Əlbəttə, vaxtın darlığı kimi insanın məcburiyyət qarşısında qaldığı və ya digər müstəsna hallarda bu məkanlarda namaz qılmaq olar.
Diqqət:
 Avtobusla uzaq şəhərlərə səfərə çıxan sərnişinlərə vacibdir ki, na-mazlarının qəza olacağını ehtimal verdikləri halda maşını namaz qıl-maq üçün münasib bir yerdə saxlamağı sürücüdən tələb etsinlər. Sürü-cüyə də vacibdir ki, sərnişinlərin bu istəyini qəbul etsin. Beləliklə, əgər məntiqi üzrə görə ya da heç bir üzrü olmadan sürücü avtobusu saxlamasa, namazın qəza olacağı təqdirdə sərnişinlər maşın hərəkətdə ikən namazlarını qılmalı və imkan daxilində qiblə, rüku, qiyam və səc-dəyə riayət etməlidirlər.
 Əgər qayıqla ezamiyyətə göndərilən şəxslər namaz vaxtı namazla-rını qılmasalar qəza olacaqdırsa, qayıqda olsa belə namazı vaxtında qılmalıdırlar.

III. O məkanda dayanmaq haram olmamalıdır.
Namazqılan şəxs, elə məkanda namaz qılmalıdır ki, orada dayanmaq haram olmasın. Məsələn, insanın həyatı təhlükədə olan yerdə; uçmaq üzrə olan bir divarın kənarında. Həmçinin üzərində əyləşmək və da-yanmaq haram olan əşyaların üstündə namaz qılmamalıdır, məsələn hər tərəfində Allahın adı, Quran ayələri yazılan bir xalçanın üstündə.
IV. Peyğəmbərin (s) və məsum imamların (ə) qəbrindən öndə olmamalıdır.
Peyğəmbərin (s) və imamların (ə) qəbrindən öndə dayanıb namaz qıl-maq olmaz. Lakin qəbrin kənarında namaz qılmağın eybi yoxdur.
V. Səcdə yeri pak olmalıdır.
Səcdə yeri pak olmalıdır, lakin səcdə yerindən qeyri məkanların napak olması namaz üçün maneə törətmir və belə məkanda qılınan namaz düzdür.
VI. Namazqılanın məkanı onun bədəninin və ya paltarının napak-lığına bais olmamalıdır.
Əgər namazqılanın məkanı napakdırsa, elə olmamalıdır ki, napaklıq onun bədəninə və ya paltarına sirayət etsin.
Beləliklə, əgər namaz qılanın məkanı səcdə yerindən savayı napak ol-sa, lakin napaklıq sirayət edəcək bir həddə yaş olmasa, o yerdə namaz qılmağın heç bir eybi yoxdur.

VII. Vacib ehtiyata görə, namazda qadınla kişi arasında bir qarış məsafə olmalıdır.
Vacib ehtiyata görə, namaz qılarkən qadınla kişi arasında bir qarış məsafə olmalıdır. Əgər qadınla kişi yanaşı dayansalar, yaxud qadın kişi-dən öndə dayansa, hər ikisinin namazı düzdür (Lakin ehtiyata riayət olunsa, daha yaxşıdır).
VIII. Namazqılanın məkanı düz yer olmalıdır.
Namaz qılanın səcdə yeri dizlərinin və ayaq barmaqlarının qoyduğu yerdən dörd bağlı barmaqdan hündür və ya alçaq olmamalıdır.
Namazqılanın məkanı barədə iki məsələ
 Kəbə evinin içərisində vacib namazı qılmaq məkruhdur. Damında isə, vacib ehtiyata görə namaz qılınmasın.
 şəkilli səccadənin üstündə və ya şəkilli möhür ilə namaz qılmağın öz-özlüyündə heç bir maneəsi yoxdur. Lakin əgər bu məsələ, şiəliyə irad tutulmasına bais olacaqsa, belə səccadələri və möhürləri istehsal etmək və namazda onlardan istdifadə etmək olmaz. Eləcə də əgər na-mazqılanın fikrini yayındırsa və hüzuri-qəlbə xələl gətirsə, belə səcca-də və möhürlərdən istifadə etmək məkruhdur.

Namazqılanın məkanı


Geri dön

eliwqa

  • 6 iyun 2015 17:55
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
ALLAH razi olsun smile

--------------------

sessiz deniz

  • 20 may 2015 19:24
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunn

ヅ Bad Girl ヅ

  • 20 may 2015 12:46
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

gozelqiz

  • 20 may 2015 10:27
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
twk edirem,Allah qilinan butun namazlari,edilen butun dualari qebul eder inwAllah,Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}