Islamda Həyat dərsləri

 
  • 20.05.2015, 13:30
  • Bölmə: İslam
  • Müəllif: V_L
Islamda Həyat dərsləri



Peyğəmbərlərdən biri ölüm mələyi Əzrailə demişdi ki, mənim ruhumu bədənimdən çıxarmağa gəlməmişdən bir müddət əvvəl mənə gələcəyin barədə xəbərdarlıq et.
Həmin Peyğəmbərin ölüm anı yetişdikdə Əzrail onun yanına gələrək dedi: Sənin dünyada yaşayış zamanın bitdi. Sənin ardınca gəlmişəm. Həmin Peyğəmbər dedi: Məgər sənə deməmişdimmi ki, gəlməmişdən bir müddət əvvəl mənə xəbər edəsən?! Əzrail dedi: Sənin saçlarının və saqqalının ağarması xəbərdarlıq idi, üzünün və alnının qırışlarının çoxalması xəbərdarlıq idi, cisminin zəifləməsi xəbərdarlıq idi..."
Bunlar hamısı bizlər üçün bir həyat dərsidir.

Həyatdan dərs almaq üçün nümunələr çoxdur. Elə götürək, övladları.
Siz özünüz görəndə ki, övladınız onun şəninə zidd olan əməli edir, siz çox narahat olursunuz. Elə isə qəbul edin ki, siz özünüz də sizin şəninizə layiq olmayan əməli etdikdə Allah Taalanın xoşu gəlmir.
Siz övladınızı çox istəməyinizlə bərabər onu tənbeh də edirsiniz, əgər övladınız bu tənbeh olunmalardan nəticə çıxartmasa narahat olrsunuz, ondan inciyirsiniz, ona nifrət edirsiniz. İnsan da Allah Taalanın yaratdığı bəndəsi olmaqla bərabər əgər Allah Taalanın istədiyi kimi olmazsa, başqa sözlə Allah Taalanın istədiyi işlərin əksini edərsə və bu özbaşınalığı davam etdirərsə elə bir yerə gəlib çıxar ki, Allah Taalanın qəzəbləndiyi insanlardan olar, Allah Taalanın məhəbbətindən, rəhmindən, lütfündən, kərəmindən məhrum olar.
Siz övladlarınızın sizinlə olan rəftarından başa düşməlisiniz ki, sizin Allah Taala ilə rəftarınız necə olmalıdır. Övladınız sizə güvənmədikdə və etimad etmədikdə sizin pisinizə gəlir, amma övladınızın sizin məhəbbətinizi qəbul etdiyini bildikdə çox sevinirsiniz, xoşhal olursunuz ki, sizin məhəbbətinizi dərk edir. Halbuki əgər övladınızın sizi özünə düşmən saydığını bilsəniz nə qədər narahat olarsınız?! Eləcə də, biz Allah Taalaya hüsnü-zənn yəni yaxşı güman etdikdə, Onun vədələrinə inandıqda, həyatda məhz Ona güvənib etimad etdikdə Allah Taalaya yaxınlaşırıq, Onun sevimli bəndəsi oluruq...
Övladınız xəstələndikdə onun sağlamlığı üçün bəzən ona acı dərman verirsiniz və ya həkimə aparırsınız ki, ona iynə vursun. Siz bunları övladınıza yalnız və yalnız onu sevdiyiniz üçün edirsiniz, onun sağalması üçün edirsiniz, onun xəstəliyinin şiddətlənməməsi və yox olması üçün edirsiniz. Qətiyyən pis məqsədiniz yoxdur. Eləcə də, bizlər ilə Allah Taalanın münasibətində müsibətlər və həyat sınaqları insan üçün dərmandır. Bu dərmanlar ağrı-acılı olsalar belə insan üçün bir həyat dərsidir, insanı daha qüdrətli edir, daha qüvvəli edir. Bunun nəticəsində insanın iradəsi güclənib möhkəmlənir, o həyatda daha uca zirvələrə yüksəlmək qüdrətinə malik olur...

Sizin övladınız sizdən qazlı-rəngli sular, saqqız, dönər, çıpsi və sair elə şeylər istəyir ki, ona ziyanı var, onun sağlamlığı üçün təhlükəlidir. Amma çox dadlı məzəlidirlər. Siz bunları övladınızın əlindən alırsınız, amma o hey bəhanə gətirərək onların sizdən istəyib almağa çalışır. Eləcə də, bizlərin özünə bu bir həyat dərsi olmalıdır. Qeybət etmək günahdır, ziyandır amma şirin və dadlıdır, adam qeybət elədikcə eləmək istəyir.
Təsəvvür edinki, övladınız qənd ilə naftalini bir-birinə çox oxşadıqlarına görə səhv salıb qənd əvəzinə naftalini ağzına atıb. Hər ikisi şirindir. Amma qəndin şirinliyi hara, naftalinin şirinliyi hara. Naftalin zəhərli maddədir, naftalin udmuş adam tez həkimə aparılmasa və mədəsi-bağırsaqları yuyulmasa ölə bilər. Və yaxud övladınız bezini limonad bilib içib....
Bu da insan üçün bir həyat dərsidir. İnsan üçün günahlar və haramlar həmin naftalin udmaq və ya benzin içməkdir. Həmin insanın ruhu tez yuyulmalı təmizlənməlidir. İnsan öz ruhunu tövbə etməklə, istiğfarla yuya bilər. İnsan peşman olmaq və tövbə etmək ilə yanaşı olan ah-nalə ilə, ağlamaqla öz ruhunu yumalı, saflaşdırmalıdır. İnsan əgər günahlara və haramlara mürtəkib olarsa onu təcili ayıltmaq lazımdır, yoxsa insan özbaşına buraxılsa günahlar və haramlar onu həlak edəcəkdir. Uşaq xəstələnəndə onu həkim müalicə etdiyi kimi, insanların ruhlarının həkimləri Peyğəmbərlər və İmamlardır. Onlar bizim ruhumuzun həkimidirlər. Bizə qənd ilə naftalinin fərqini öyrədirlər, bizə düz və təmiz həyat yolunu göstərirlər. Qeybətin insanın ruhuna təhlükəli olduğunu bizlərə başa salırlar.
Sonuncu peyğəmbər həzrət Muhəmməd SəllAllahu əleyhi və alih buyurur:
لِيَتَزَوَّدِ العَبدُ مِن دُنياهُ لآخِرَتِهِ، ومِن حَياتِهِ لِمَوتِهِ، ومِن شَبابِهِ لِهَرَمِهِ، فَإِنَّ الدُّنيا خُلِقَت لَكُم وأنتُم خُلِقتُم لِلآخِرَةِ
"İnsan gərək bu dünyasından axirəti üçün azuqə toplasın, həyatından ölümü üçün azuqə toplasın, cavanlığından qocalığı üçün azuqə toplasın. Bilin ki, dünya sizin üçün yaradılmışdır, siz isə axirət üçün yaradılmısınız.




Geri dön

eliwqa

  • 6 iyun 2015 17:43
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

Krasavcikaya_v_onlin

  • 21 may 2015 00:27
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Prosta DeNiZ :)

  • 20 may 2015 21:44
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
╚ -` ყuxusuzLuğძαи gözLəяίм şίşsəძə,
`ხəLκə меsαj ყαzαяsαи` ძeყə ყατмαძιм ╝
❝GecəLəя❝ 0

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 may 2015 21:43
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah Razi Olsun....!



sessiz deniz

  • 20 may 2015 21:36
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Peyğəmbərlərdən biri ölüm mələyi Əzrailə demişdi ki, mənim ruhumu bədənimdən çıxarmağa gəlməmişdən bir müddət əvvəl mənə gələcəyin barədə xəbərdarlıq et.
Həmin Peyğəmbərin ölüm anı yetişdikdə Əzrail onun yanına gələrək dedi: Sənin dünyada yaşayış zamanın bitdi. Sənin ardınca gəlmişəm. Həmin Peyğəmbər dedi: Məgər sənə deməmişdimmi ki, gəlməmişdən bir müddət əvvəl mənə xəbər edəsən?! Əzrail dedi: Sənin saçlarının və saqqalının ağarması xəbərdarlıq idi, üzünün və alnının qırışlarının çoxalması xəbərdarlıq idi, cisminin zəifləməsi xəbərdarlıq idi..."
Bunlar hamısı bizlər üçün bir həyat dərsidir.

ヅ Bad Girl ヅ

  • 20 may 2015 18:44
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

Nazlim_97_

  • 20 may 2015 16:27
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Cok saqol.meqaleye gore

♔ sinყσriτα ♔

  • 20 may 2015 14:52
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun....!

Pıtırcık

  • 20 may 2015 13:39
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 60

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}