![Əl-Bəqərə ("İnək") Surəsi [6] Əl-Bəqərə ("İnək") Surəsi [6]](/uploads/posts/2011-03/1299132668_kuran03.jpg)
![Əl-Bəqərə ("İnək") Surəsi [6] Əl-Bəqərə ("İnək") Surəsi [6]](/uploads/posts/2011-03/1299132937_4792353f9798.gif)
![Əl-Bəqərə ("İnək") Surəsi [6] Əl-Bəqərə ("İnək") Surəsi [6]](/uploads/posts/2011-03/1299132700_df5b3c908123.gif)
49. [Ey İsrail övladları!] Yadınıza gətirin o vaxtı ki, Firon əhli sizə [babalarınıza] ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı [kəniz etmək məqsədilə] sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdikbu sizdən ötrü Rəbbiniz tərəfindən böyük bir imtahan idi.
50. Yadınıza salın ki, Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.

![Əl-Bəqərə ("İnək") Surəsi [6] Əl-Bəqərə ("İnək") Surəsi [6]](/uploads/posts/2011-03/1299132823_4584e4efe931.gif)
51. [Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy üçün] qırx gecəlik vədə vermişdik. O, Tur dağına gedəndən sonra buzovu özünüzə tanrı etdiniz və bu hərəkətinizlə [Allahdan başqasına ibadət etməklə] zalim oldunuz [özünüzə zülm etdiniz].
52. Sonra da [tövbə etdiyinizə görə] sizi əfv etdik ki, bəlkə, şükr edəsiniz.
52. Sonra da [tövbə etdiyinizə görə] sizi əfv etdik ki, bəlkə, şükr edəsiniz.
![Əl-Bəqərə ("İnək") Surəsi [6] Əl-Bəqərə ("İnək") Surəsi [6]](/uploads/posts/2011-03/1299132823_4584e4efe931.gif)
53. [Yadınıza salın!] Biz Musaya kitab [Tövrat] və haqq ilə batili bir-birindən fərqləndirən Furqan verdik ki, bəlkə siz doğru yola yönələsiniz.
54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü [buzova tanrı bilən adamlarınızı] öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!”- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qıbul edən və bağışlayandır.
54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü [buzova tanrı bilən adamlarınızı] öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!”- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qıbul edən və bağışlayandır.
![Əl-Bəqərə ("İnək") Surəsi [6] Əl-Bəqərə ("İnək") Surəsi [6]](/uploads/posts/2011-03/1299132823_4584e4efe931.gif)
55. Və yadınıza salın ki, siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”, - dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.
56. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik.

Ardı var...