Bütün sevənlərə

 
Bütün sevənlərə



Mən sənin uşaq kimi gülüşünü sevdim, ən çox saçlarına günün düşməsini, bir SEVDAnı bölüşünü, yer üzündə gülüşünün bahar ətrini... Sənin gülüşün bir ovuc su, gülüşün gül, gülüşün qərənfil qoxusu...
Sən gülüncə mavi-mavi əsir küləklər, çiçək açır bütün təbiət... Mən səninlə baharları sevdim, yağan qarları, payızları sevdim, mən səni çox, amma çox sevdim...♥


Bütün sevənlərə


Mən sənin ən çox gülən gözəl gözlərini sevdim, baxınca insan kimi baxışını, çağlayınca çağlayanlar kimi axışını sevdim... Mən səninlə yağışlarda gəzməyi ,soyuqda üşüməyi, sarıldığında isinməyi sevdim... Şeirlər yazmağı sevdim gözəl gözlərinə... Yalnız sənə yazıldı kəlimələrim misra-misra... Səni doldurdum qəlbimə ulduz-ulduz... Mən səni çox, amma çox sevdim...♥

Bütün sevənlərə


Mən səni yorğun ürəyimdə titrəyən nazlı bir gəlinciyin hiyləsiz ədasıyla sevdim, həyatın çəkilməz hər anını sevginlə aşdım... Səni tanıyınca barışdım ürəyimlə.. Buludlandığında gözlərin göyqurşağını sevdim.... Ürəyimi alıb ovuclarıma, sənə qaçmağı sevdim... Mən səni çox, amma çox sevdim...♥

Bütün sevənlərə


Mən səni bir ipəkqurdu səbri, bir göyərçin ağlığı, bir dost istiliyi və bir qumru saflığıyla sevdim...Yoxluğunda darıxmağı sevdim, yolunu gözləməyi, bir divar dibində oturub saatlarca gözləməyi sevdim... Xəyal etməyi sevdim, gecələri uzaq ulduzlara baxıb.. Mən səni çox, amma çox sevdim....♥


Bütün sevənlərə


Mən sənin çörəyini bir düşkünlə bölüşünü sevdim... Ey sevdasına üzümü sürdüyüm ay, göyümdə parıldayan ulduz... Səsini eşitməyi sevdim mən sənin, köksünün üstündə yatmağı, gəlmədiyində xəyalınla ovunmağı sevdim... Mən səndə ağlamağı sevdim, gülməyi sevdim, üzülməyi sevdim... Mən səni çox, amma çox sevdim..♥

Bütün sevənlərə


Yediyim hər loxmada, içdiyim hər suda səni tapdım... Sənə töküldü ürəyim damla-damla... Gözlərimi gözlərinə, ürəyimi ürəyinə kilidlədim bir ömür sevgilərin kirlətildiyi bir dünyada... Mən səni şərtsiz sevdim, sənin məni sevməni sevdim, bütün sevdalar sürgünkən, "SƏNI SEVIRƏM" deməni sevdim... Sevgini başımın üstünə, səsini səsimin üstünə qoydum bir ömür... Dünyanın bütün dillərində sevdim mən səni, bütün dillərində şeirlər yazdım sənə... Mən səni çox, amma çox sevdim...♥
Mən səndə dünyanı sevdim, quş olub uçmağı, çiçək olub açmağı, nazlı bir ceyranın gözlərində uzaq dağlara qaçmağı sevdim... Mən səni canımda can kimi, damarda qan kimi sevdim... Mən səni çox, amma çox sevdim...♥


Bütün sevənlərə


Gözlərim səni sevdiyim üçün belə aydınlıq, ürəyim səni sevdiyim üçün belə isti... Mən sevginə baglanmağı sevdim, həsrətinlə qovrulub yanmağı, hər ayrıldığımızda yenidən qovuşmağı... Çiçəkdə budaq kimi, bitməz hekayə kimi ümidlərimdə, arzumda, ürəyimdə daşıdım səni bir ömür... Mən səni həyat qədər, bahar qədər, dünya qədər sevdim... Mən səni ..Mən səni ..Mən səni çox, amma çooox sevdim, bütün sevgilər sürgünkən....♥



Bütün sevənlərə


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 iyun 2015 20:31
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
gözəl sözlərdir sağ ol


tesekkur edirem....

eliwqa

  • 5 iyun 2015 21:42
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekurler

--------------------

ツ Pc Cøpatka ツ

  • 22 may 2015 23:19
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Mən səni bir ipəkqurdu səbri, bir göyərçin ağlığı, bir dost istiliyi və bir qumru saflığıyla sevdim...Yoxluğunda darıxmağı sevdim, yolunu gözləməyi, bir divar dibində oturub saatlarca gözləməyi sevdim... Xəyal etməyi sevdim, gecələri uzaq ulduzlara baxıb.. Mən səni çox, amma çox sevdim....♥

--------------------

ヅ Bad Girl ヅ

  • 22 may 2015 21:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
super tesekur

--------------------

sessiz deniz

  • 22 may 2015 20:34
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Mən səni yorğun ürəyimdə titrəyən nazlı bir gəlinciyin hiyləsiz ədasıyla sevdim, həyatın çəkilməz hər anını sevginlə aşdım... Səni tanıyınca barışdım ürəyimlə.. Buludlandığında gözlərin göyqurşağını sevdim.... Ürəyimi alıb ovuclarıma, sənə qaçmağı sevdim... Mən səni çox, amma çox sevdim...♥

Krasavcikaya_v_onlin

  • 22 may 2015 16:48
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Mən sənin uşaq kimi gülüşünü sevdim, ən çox saçlarına günün düşməsini, bir SEVDAnı bölüşünü, yer üzündə gülüşünün bahar ətrini... Sənin gülüşün bir ovuc su, gülüşün gül, gülüşün qərənfil qoxusu...
Sən gülüncə mavi-mavi əsir küləklər, çiçək açır bütün təbiət... Mən səninlə baharları sevdim, yağan qarları, payızları sevdim, mən səni çox, amma çox sevdim...♥
of sevdim sevdim recourse

--------------------

jasmin022

  • 22 may 2015 14:54
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Mən sənin ən çox gülən gözəl gözlərini sevdim, baxınca insan kimi baxışını, çağlayınca çağlayanlar kimi axışını sevdim... Mən səninlə yağışlarda gəzməyi ,soyuqda üşüməyi, sarıldığında isinməyi sevdim... Şeirlər yazmağı sevdim gözəl gözlərinə... Yalnız sənə yazıldı kəlimələrim misra-misra... Səni doldurdum qəlbimə ulduz-ulduz... Mən səni çox, amma çox sevdim...♥

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Nazlim_97_

  • 22 may 2015 14:42
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Cox saqol.qwey meqaledir

♔๑.Şaнzadəм.๑♔

  • 22 may 2015 13:39
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Bəyəndinizsə nə xoş mənə.. feel

--------------------

Pıtırcık

  • 22 may 2015 12:42
  • Məqalə: 537
  • Şərh: 9780
  • Bal:
{awards}
GÖZƏL SÖZLƏRDİR

--------------------
http://legend.az/user/imza/

AyKe

  • 22 may 2015 10:36
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Axrinci coox gozeldiii

--------------------
Ölünce sevemezsem seni._____________*

PoZitiV Kaa=)

  • 22 may 2015 10:16
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Vau hakketen maraqlıydı Çox sağolun)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}