Qəzavət - Şəri istilahlar

 
Qəzavət - Şəri istilahlar


Qəzavət - Şəri istilahlar
1-«Cüz`»ün mənası

Bir nəfər öz mal-dövlətinin bir «cüz`»ünü vəsiyyət etmişdi. Ölümündən sonra vərəsələr cüz`ün mə`nası barəsində ixtilafa düşdülər və bu barədə Əli (ə.s)-dan öz nəzərini bildirməsini istədilər. Həzrət buyurdu: «Onun mal-dövlətinin yeddidə-birini vəsiyyət edilən şeylərə sərf edin.» Sonra bu ayəni şahid gətirdi: «Ləha səb`ə-tu əbvabin, likulli babin minhum cuz`un məqsum: Cəhənnəmin yeddi qapısı vardır, hər bir qapı üçün azğınlardan müəyyən bir dəstəsi vardır.»

2-«Səhm»in mənası

Bir nəfər öz mal-dövlətinin bir səhmini (ölümündən sonra xeyir işlərdə xərclənmək üçün) vəsiyyət etdi, sonra vərəsələr səhmin mə`nası barəsində ixtilafa düşdülər. Əli (ə.s) buyurdu: «Onun mal-dövlətinin səkkizdə birini (vəsiyyət üçün) ayırın.» Sonra bu şərif ayəni tilavət etdi: «İnnəməssədəqatu lil-fuqərai vəl-məsakin: Sədəqə səkkiz sinfə verilməlidir və onlardan hər birinə bir səhm düşür.»

3-«Qədim»in mənası

Bir nəfər özünün qədim qullarının azad edilməsinə dair vəsiyyət etdi. Onun vəsisi qədimin mə`nasını bilmədi. Həzrət Əli (ə.s)-dan soruşduqda, İmam (ə.s) buyurdu: «Hər qul altı ay onun mülkiyyətində olubsa, azad olunmalıdır.» Sonra bu ayəni tilavət etdi: «Vəl-qəmərə qəddərnahu mənazilə hətta adə kəl-urcunil-qədim: Ay üçün müəyyən mənzillər təqdir etdik (ki, ayın axırında) xurma salxımının (saplaqlarının) qurusu kimi olar.» Xurma salxımının saplaqları, meyvəsi dərildikdən altı ay sonra quruyub nazikləşir.

4-«Hiyn» kəlməsinin mənası

Bir nəfər «bir hiyn» (hiyn – zamana dəlalət edən kəlmədir) müddətində oruc tutmağı nəzir etmişdi. Əli (ə.s) ona buyurdu: – Altı ay oruc tutmalısan. Dəlili də bu ayədir: «Tu`ti ukuləha kullə hiynin biizni Rəbbih: – O, meyvəsini hər vaxtda Pərvərdigarının izni ilə verir.» O (vaxt) da altı aydır.

5-«Şey» kəlməsinin mənası

Bir nəfər öz mal-dövlətindən bir «şey»i vəsiyyət etdi. Vəsilər şey kəlməsinin mə`nasını İmam Səccad (ə.s)-dan soruşduqda buyurdu ki, «şey» Əli (ə.s)-ın kitabında altıda-birdir.

6-«Süflə»nin mənası

Bir nəfər Ömərin yanına gəlib dedi: – Arvadım mənə dedi ki, «sən süfləsən! (yə`ni alçaqsan)» Mən də ona dedim ki, əgər süflə olsam, sən boşanmalısan!

Ömər ona dedi: – Əgər nağıl deyən, mə`rəkə qoparan adamları axtarır və padşahların sarayına gedirsənsə, süfləsən və arvadın səndən ayrılmalıdır.

Əli (ə.s) ona buyurdu: – (Xeyr, süflənin mə`nası belə deyil!) Əgər sənin barəndə deyilən və öz dediyin sözlər barəsində e`tinasızsansa, süfləsən.

Qəzavət - Şəri istilahlar
7-«Zaman»ın mənası

Bir nəfər «bir zaman» oruc tutacağına dair nəzir etmişdi. Əli (ə.s) buyurdu: «Zaman beş ay, hiyn isə altı aydır.»

8-«La şeyə» kəlməsinin mənası

Roma padşahının Müaviyədən yazılı şəkildə soruşduğu suallardan biri də «la şey`ə» kəlməsinin mə`nası idi. Müaviyə onun mə`nasını bilmədi, Əmr As hadisədən xəbərdar olduqda ona dedi: – Yaxşı bir atı satılmaq üçün Əlinin ordusuna göndər və göndərdiyin adama de ki, əgər atın qiymətini soruşsalar, de ki: «la şey`ə»dir. Ümidvaram ki, müşkül bu yolla həll olunacaq.

Sonra bir nəfərə yaxşı bir at verib Əli (ə.s)-ın ordusuna göndərdilər. Əli (ə.s) Qənbərlə birlikdə həmin kişinin yanından keçəndə Qənbərə buyurdu: – Get, atı o kişidən al!

Qənbər ona yaxınlaşıb dedi: – Atı neçəyə satırsan?

Dedi: – «Laşey`»ə.

Əli (ə.s) Qənbərə buyurdu: – Atı ondan al!

O kişi dedi: – Bəs mənim «la şey`»imi kim verəcək!

Əli (ə.s) onu çölə apardı, ilğımı ona göstərdi və buyurdu: – Bu, «la şey»dir.

Kişi dedi: – Haradan deyirsən?

Əli (ə.s) buyurdu: – Qur`anda belə buyurulur: «Yəhsəbuhuzzəm`anu maən, hətta iza caəhu ləm yəcidhu şəy`ən: Susuz adam uzaqdan ilğımı görüb onun su olduğunu təsəvvür edir, ona yaxınlaşdıqda isə heç bir şey olmadığını görür.»

9-İkrah və icbarın mənası

Əli (ə.s) buyur ur: – Qohumluq əlaqələrini kəsməyə, zülm etməyə dair and içməyin, eləcə də ikrah və icbar halında and içməyin heç bir tə`siri yoxdur.

İkrahla icbarın fərqinisoruşduqda buyurdu: – İkrah (məcbur edilmə) padşah tərəfindən, icbar isə arvad-uşaq tərəfindəndir.

10-«Qamət»in mənası

İmam Sadiq (ə.s) buyurur: «Əli (ə.s)-ın kitabında (qeyd olunur ki,) «bir qamət» bir zira, iki qamət iki ziradır.»
Qəzavət - Şəri istilahlar


Geri dön

eliwqa

  • 5 iyun 2015 21:47
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
ALLAH razi olsun smile

--------------------

Krasavcikaya_v_onlin

  • 22 may 2015 23:29
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ツ Pc Cøpatka ツ

  • 22 may 2015 23:13
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 22 may 2015 21:33
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
ALLAH RAZI OLSun

--------------------

sessiz deniz

  • 22 may 2015 20:35
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
wehrler egore sagolun

♔ Rapuиzel ♔

  • 22 may 2015 17:09
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

jasmin022

  • 22 may 2015 14:49
  • Məqalə: 1
  • Şərh: 3154
  • Bal:
{awards}
7-«Zaman»ın mənası

Bir nəfər «bir zaman» oruc tutacağına dair nəzir etmişdi. Əli (ə.s) buyurdu: «Zaman beş ay, hiyn isə altı aydır.»

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Nazlim_97_

  • 22 may 2015 14:44
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Meqaleye gore saqol

NIGAR

  • 22 may 2015 12:44
  • Məqalə: 576
  • Şərh: 9740
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/IMZA/legend.az/user/IMZA/

PoZitiV Kaa=)

  • 22 may 2015 10:19
  • Məqalə: 309
  • Şərh: 8782
  • Bal:
{awards}
Allah razı olsun Gözəl məqalədi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}