Peyğəmbər (s) zamanında şiəliyin yaranmasi

 
Peyğəmbər (s) zamanında şiəliyin yaranmasi

Peyğəmbər (s) zamanında şiəliyin yaranmasi


Cavab: Peyğəmbər (s) zamanında səhabələrdən bir qrupu imamətlə bağlı ayə və rəvayətleri eşitdikləri üçün, Peyğəmbərdən (s) sonra həzrət Elinin (ə) canişin olması məsələsinə iman getirmiş və onun imamət və rəhbərliyini qəbul etmişdilər. Onların həzrət Əliyə (ə) böyük ehtiram və məhəbbəti vardı. Səhabələrdən olan həmin qrup hələ Peyğembər (s) zamanında "imam Əlinin (ə) şiələri” adı ilə tanınırdı. Bu barədə əhli - sünnədən də çoxlu rəvayətlər nəql edilmişdir və hazırda onların bir qismini sizin nəzərinizə çatdırırıq:
1. Əbu Hatəm Razi belə nəql edir:
"Peyğember (s) zamanında meydana çıxan ilk ləqəb və söz "şiə” sözü idi. Bu ləqəb səhabələrdən dörd nəfərə verilmişdi. Həmin səhabələr bunlardır: Əbuzər, Salman, Miqdad və Əmmar.” (Əbi Hatəm Razi, "Hazirul-alimil-islamiyy”, c.10, səh. 188)
2. İban Xaldun belə yazır: "Səhabələrin bir qismi həzrət Əlinin (ə) şiələri idi və onlar həzrət Əlini (ə) xilafətə digər xəlifələrdən daha ləyaqətli hesab edirdilər.” ("Tarixə İbn Xaldun”, c.3, səh. 364)
3. Muhəmməd Kərd Əli nəql edir:
"Həzrət Əlinin (ə) mevalilƏri adlı bir sıra böyük səhabələr İslam Peyğəmbərinin (s) zamanında da var idilər. O cümlədən, Salman Farsi belə deyir: "Biz Peyğəmbərlə (s) müsəlmanların məsləhətinə olan işlər və həzrət Əliyə (ə) iqtida etmək barədə beyət etdik.” Əbu Seid Xudri deyir: "Camaat beş şeyə əmr olunmuşdu.Onlardan dördü yerinə yetirilmiş,biri ise tərk olunmuşdu.” Həmin dörd mesenin nə olması barədə soruşulduqda, cavab verdi ki,namaz, zəkat, Ramazan ayında oruc tutmaq və hecdən ibaretdir. Tərk olunmuş məsələnin nə olduğu haqda sual verildiyi zaman, belə demişdi: "Tərk edilən məselə həzrət Əli ibn Əbu Talibin (ə) vilayətidir.” Ona deyiləndə ki, "həzrət Əlinin (ə) vilayəti digər dörd əməllə birlikdə vacibdirmi?” "Bəli!” söyləyərək cavab vermişdi. Aşağıda adları çəkilən səhabələr həzrət Əlinin (ə) şiələrindəndir: Əbuzər Qəffari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Ziş- Şəhadətəyn Hüzeymət ibn Sabit, Əbu Əyyub Ənsari, Xalid ibn Seid ibn As və Qeys ibn Seid ibn Übadə.” ("Xututul-Şam”, c.5, səh.251) O, sözlərinə davam edərək belədeyir: "Bəzi yazıçıların şiəlik və şiə məzhəbini Abdullah ibn Səba (İbn Səvda kimi de tanınır) kimi bir şəxsin bidətləri əsasında yarandığını deməsi, həqiqətdə,onların şiəlik və şiə məzhəbinin həqiqətləri barədə az məlumata malik olması və düşüncələrinin təxəyyüldən ibarət olduğunu göstərir. Əgər kimsə şiə alimlərinin Abdullah ibn Səbaya nisbətdə məzəmmət və tənqidləri barədə məlumat əldə etmiş olsa,onda, şiəliyin ona nisbət verilməsinin nə dərəcədə yanlış olmasını asanlıqla başa düşəcək.Şübhəzis, Hicazda şiəliyin yaranması həzrət Əlinin (ə) adı ilə bağlıdır və ona nisbət verilməlidir.” ("Xututuş-Şam”, c.5,səh. 251)
4. Doktor Sübhi Saleh yazır:
"Peyğəmbər (s) zamanında da həzrət Əlinin (ə) ardıcıl və şiələri olan səhabələr var idi. Onlara misal olaraq Əbuzər Qəffarini, Miqdad ibn Əsvədi, Cabir ibn Abdullahı, Übeyy ibn Kəbi, Əbültüfeyl Amir ibn Vasiləni,Abbas ibn Əbdülmüttəlibi və onun bütün övladlarını, Əmmar Yasir ve Əbu Əyyub Ənsarini göstərmək olar.” ("Ən-Nəzmul-islamiyyə”, səh. 96)
5. Məhəmməd Abdullah Ənnan deyir:
"Şiənin ilk dəfə xəvariclərin ayrılması zamanı yaranmasını söyləmək səhv və yanlışdır,əksinə şiəlik "Şuəra” surəsinin 214-cü ayəsinə uyğun olaraq Peyğəmbər (s) zamanında və o həzrətə qohum-əqrabasını ilahi əzabla qorxutmaqla bağlı göstəriş verildiyi vaxtda meydana çıxmışdır. Ayəyə uyğun olaraq o həzrət evində qonaqlıq verərək yaxınlarını ora dəvət etmiş və sonra həzrət Əliyə (ə) işarə və xitab edərək buyurmuşdur ki, o, mənim qardaşım, vəsim, sizin aranızda canişin və xəlifəmdir. Onun söylədiklərinə qulaq asın və ona itaət edin.” ("Ruhut-təşəyyo”,səh. 20; Əli Əsğər Rizvani, "Difa əz Təşəyyo ve pasox be şobehat”, səh. 74)



Peyğəmbər (s) zamanında şiəliyin yaranmasi


Geri dön

eliwqa

  • 5 iyun 2015 21:28
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
ALLAH razi olsun

--------------------

ツ Pc Cøpatka ツ

  • 22 may 2015 23:53
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Krasavcikaya_v_onlin

  • 22 may 2015 23:05
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
Allah razi oslun

--------------------

ヅ Bad Girl ヅ

  • 22 may 2015 20:56
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

sessiz deniz

  • 22 may 2015 20:19
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 22 may 2015 20:05
  • Məqalə: 671
  • Şərh: 18485
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
คşк łคfтคɴ คɴłคмคz

::KuMsAl::

  • 22 may 2015 18:54
  • Məqalə: 1
  • Şərh: 706
  • Bal:
{awards}
Tewekurler

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

Nazlim_97_

  • 22 may 2015 18:00
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Allah razi olsun

NIGAR

  • 22 may 2015 18:00
  • Məqalə: 582
  • Şərh: 9763
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}