Dəridəki sızanaqların yaranma səbəbi nədir?

 
Dəridəki sızanaqların yaranma səbəbi nədir?


Sızanaqlar və qara nöqtələr ən baqxımlı qadının belə gözəlliyinə kölgə salır. Onlarla mübarizədə qalib gəlmək üçün əlimizdən gələni edirik. Bəs onların yaranma səbəbi nədir?

Civzələr və sızanaqlar dəridə ən çox rast gəlinən xəstəliklərdəndir. Daha çox kosmetik şikayətlərə səbəb olduğu düşünülsə də, ciddi psixoloji problemlər də yaradır. Böyük sızanaqlar qalıcı çapıqlara səbəb olduğu üçün intihara qədər gəlib çıxır. Bundan başqa, özünə güvən duyğusu az, sosial əlaqələri darlaşmış, depresiyaya meylli insanlar olurlar. Buna görə də müalicə olunması gərəkən bir xəstəlikdir.

Sızanaqlar və civzələrə əsasən yeniyetməlik dövründə daha çox rast rast gəlinir. 25 yaşından sonra onlar öz-özünə sonlanırlar. Çox az hallarda bu yaşdan sonra da görülür. Cəmisi 5% halda. Cinsi yetişkənlikdəki gənclərin 85% ində görülən bu sızanaqlar, yeniyetməlik dövrünün bir işarəsi olaraq da dəyərləndirilir. Qızlarda əsasən 17-19, oğlanlarda isə 19-21 yaşlarda daha çox olur. Hər iki cinsdə bərabər miqdarda görülsə də, oğlanlarda daha ağır müşahidə olunur. Bu da genlərlə bağlı məsələdir.

Bəs bu sızanaqların yaranma səbəbi nədir? Əsas səbəb kimi dərinin piy vəzilərinin həddindən artıq işləməsi göstərilir. Dəridə keratinizasya artımı (həddən artıq qabıqlanma) və əlbəttə ki, mikrobların çoxalması. Amma mikrobların çoxalması birincilərl əlaqədar əmələ gəlir.
Əgər yağ əmələ gəlməsi artmasa, sızanaqlarda olmaz! Artmış yağ, eyniylə yağın boruları tıxadığı kimi, tük kanallarını tıxayır. Bundan sonra qara nöqtələr kimi görülən tıxaclarda Propionibacterium Acnes deyə adlandırılan bakteriyalar çoxalmağa başlayır və iltihaba (irinləməyə) səbəb olur.

Bəs necə olur ki, yağ əmələ gəlməsi artır? Bu sualı verəndə ağlımıza ilk olaraq hormonlar gəlir. Kişilik hormonunun buna səbəb ola biləcəyi söylənsə də bu, tam olaraq sübuta yetirilməyib. Amma kişilik hormonu bir qrup xəstədə həqiqətən də əsil səbəbdir. Bu kistaları olan xanımlardır! Amma onlardan başqasında bunu kişilik hormonları ilə izah etmək olmur!

Bəziləri bunu yediyimiz yeməklərlə əlaqələndirir (şokolad, qəhvə, qazlı içkilər və s.). Hətta xəstələr özləri deyirlər ki, şokaladdan və ya fıstıqdan sonra artdı. Amma əldə edilən məlumatlara görə, yeməklərin də bunda heç bir rolu yoxdur!
Stres, məntiqli görülsə də, stres sızanaq deyil, sızanaqlar özü stres yaradır! Amma bir çox xəstə stresli günlərdə civzələrin artdığını söyləyirlər.
Sizanaqlar yağ vəzilərinin çox olduğu bölgələrdə daha çox görülür. Bunlar-üz, çiyinlər, kürək və sinədir. Sızanaqların ilkin əlaməti qara nöqtələrdir. Böyük olanları çox çirkin görsənsə də əsasən balaca olurlar və zəif nəzərə çarpırlar. Daha sonra iltihab, qızarıqlıq və ən sonda da içi irinlə dolu son görünüm.
Müayinədə belə xəstələrin üzlərinin yağlı görülməsi tipik hal kimi qeydə alınır. Yeri gəlmişkən, bəzi qızlarımız elə bilirlər ki, sızanaqların səbəbi yağlı saçın üzə təmasıdır. Bu, tamamilə yalnış məlumatdır. Saçın buraya heç bir əlaqəsi yoxdur.

Etik qaydalara əsasən burada sızanaqların müalicəsini yaza bilmərik. Amma sizlərə bir-iki tövsiyəmiz var:
Üzü sabunla yumaq civzələri azadır. Bunun nə dərəcədə doğru olduğu məlum deyil. Məntiqlə düşünün, sabun dəri səthindəki yağı yuyur. Amma tük kökündəkilər elə ordaca qalır. Siz yuyun və dəri təmizliyinə mütləq diqqət yetirin. Bu yalnız sızanaqlar baxımından deyil, digər dəri xəstəlikləri baxımından da çox önəmlidir.

İkincisi, sızanaqların müalicəsi uzun müddətlidir. Nəticə almaq üçün 6 ay gözləmək lazımdır. Bundan sonra isə tam müalicə olmaq şansınız 80% dir. Müalicə olanda kökündən həll olunur. Bəxtiniz getirsə o 80% in içində olacaqsız.
Əksər xəstələr 15 gündən sonra nəticə alınmadıqda dərmanı atırlar və bu həkim pisdi deyib başqa həkimə gedirlər. Belə xəstələr psixoloji stress altındadırlar. Yəni, ömürləri həkimlərdə keçir. Bu xəstəliyin 6 ay sürdüyünü unutmayın və səbrli olun!

3-sü əgər həkim sizə 1 həftəlik və ya 2 həftəlik müalicə yazıbsa, bunu şübhə ilə qarşılayın! Çünki yaxşı nəticəni 6 aya almaq olur!
Yazılan dərmanlar arasında Vitamin A törəməsi yoxdursa, o həkimin yanına bir daha getməyin! Çünki xəstəliyin tək tam müalicəsi yalnız Vitamin A nın törəmələri ilə eləmək mümkündür.


Geri dön

eliwqa

  • 5 iyun 2015 20:57
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

_leka_the_one_

  • 24 may 2015 15:51
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Məndədə olr angry Ona görədə dərmanlar yada maska istifade elirm. Zinerit yaxşı tesr eliyr bilmiyenler uchn deim))

ツ Pc Cøpatka ツ

  • 24 may 2015 11:57
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
Maraqli idi.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 may 2015 21:58
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
mende yayla elaqedar olaraq arada olur fellow

sessiz deniz

  • 23 may 2015 19:05
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
xeber egore sagolun

ヅ Bad Girl ヅ

  • 23 may 2015 18:05
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Meqaleye göre sagolun

--------------------

Nazlim_97_

  • 23 may 2015 15:31
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Cox saqol..meqaleye gore

Pıtırcık

  • 23 may 2015 15:18
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://legend.az/user/imza/

Banned1

  • 23 may 2015 15:13
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}

Təşəkkür edirəm ..




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 19
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}