Üzərliyin müalicəvi Qüvvəsi

 
Üzərliyin müalicəvi Qüvvəsi


Üzərlik çoxillik bitkidir, quru iqlim şəraitində özünü yaxşı hiss edir.

Azərbaycanda üzərlik quru iqlim şəraiti olan bütün bölgələrdə, Abşeronun isə demək olar, hər qarışında bitir.

Ən maraqlı xüsusiyyəti əsasən qəbiristanlıqda yetişməsidi. Hətta üzərliyin rus dilində adlarından biri də "moqilnik"dir ki, bu da tərcümədə "köhnə qəbiristanlıq" deməkdir. Azərbaycanda üzərliyə olan mistik münasibət və inanclar, ola bilsin, elə bu bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardı. Elmi mənbələr üzərliyin niyə məhz qəbiristanlıqda bitdiyini izah etmir.

Üzərlik son dərəcə qiymətli bir müalicəvi bitkidi. İbn Sina (Avisenna) və digər qədim zamanların dahi alimləri öz elmi işlərində üzərliyin çoxsaylı müalicəvi xüsusiyyətləri haqqında yazırdılar.

Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə edirdilər.

Orta əsr mənbələrində üzərliyin xassəcə isti və quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, aybaşını açdığı, sinəni yumşaltdığı, qatı bəlğəmi, bağırsaqlardan qazı çıxardığı, qanı durulaşdırdığı haqda da bilgilər var.

Üzərlik zəhərli bitkidir. Onun tərkibində çoxlu miqdarda "alkaloid"lər var. Bu səbəbdən üzərliyin həddən artıq miqdarlarda qəbulu orqanizmə (xüsusilə insanın qan-damar və sinir sisteminə) mənfi təsir edir - qıcolmalara və hallyusinasiyalara, nəfəsalmanın, ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən üzərliyi istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Üzərliyin dəmləmələri soyuqdəymə xəstəlikləri, qarqara şəklində damaqların möhkəmləndirilməsi üçün istifadə olunur.

Revmatizm zamanı üzərliklə olan vannalar çox yaxşı müalicəvi effekt verir. Həmçinin üzərlik dəmləmələri müxtəlif dəri xəstəlikləri zamanı da çox effektlidir.

Üzərlik mikrobəleyhinə təsir edir, orqanizmi qurdlardan təmizləyir.

Üzərlik sidikqovucu, ödqovucu və bəlğəmgətirici təsirə malikdir, yüksək arterial təzyiqi aşağı salır, qan dövranı yaxşılaşdırır.

Sidik kisəsi və sidik yolları iltihabları zamanı üzərliyin dəmləməsi təsili müalicəvi vasitə kimi istifadə oluna bilər.

Üzərlik həmçinin bağırsaqlara işlədici təsir edir.

Xalq təbabətində üzərliyin dəmləməsi mərkəzi sinir sistemi xəstəlikləri zamanı istifadə olunur. Üzərlik beyinin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır.

Üzərliyin toxumu oynaq ağrılarının birinci dərmanıdı. Təpitməsi isti-isti bədənin ağrıyan yerinə qoyulanda ağrıları kəsir.

Yanan üzərliyin tüstüsü də çox xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir.

Əslində Azərbaycanda üzərlikdən istifadə daha çox onun başqa xüsusiyyəti ilə bağlıdı. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik yalnız bir xüsusiyyətinə görə seçilir. Bu da onun insanı bədnəzərdən qorumasına inamla bağlıdı. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündü.


Geri dön

eliwqa

  • 4 iyun 2015 22:28
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 may 2015 18:05
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
uzerliy gozu qaytarir winked

Prosta DeNiZ :)

  • 25 may 2015 17:19
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
{awards}
xebere gore cox sag olun

--------------------
╚ -` ყuxusuzLuğძαи gözLəяίм şίşsəძə,
`ხəLκə меsαj ყαzαяsαи` ძeყə ყατмαძιм ╝
❝GecəLəя❝ 0

sessiz deniz

  • 24 may 2015 21:22
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore sagolun

ヅ Bad Girl ヅ

  • 24 may 2015 20:52
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Əslində Azərbaycanda üzərlikdən istifadə daha çox onun başqa xüsusiyyəti ilə bağlıdı. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik yalnız bir xüsusiyyətinə görə seçilir. Bu da onun insanı bədnəzərdən qorumasına inamla bağlıdı. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündü.

--------------------

Pıtırcık

  • 24 may 2015 20:51
  • Məqalə: 443
  • Şərh: 9615
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞ OL CAN

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}