Statuslarım(36)

 
Statuslarım(36)


Statuslarım(36)

Bütün bədənim keyimişdi. Elə bu vəziyyətdə, gətirilən yaralıların hansı mərtəbədə olduğunu soruşdum. Adlar məlum deyildi. Mən isə qarşıma çıxan bütün həkimlərdən, tibb bacılarından, hətta xəstə yaxınlarından belə sənin adını soruşurdum. Əslində bilirdim ki, heç bir cavab verə bilməyəcəklər. Çünki adını bilmirdilər. Mən isə sadəcə, "nəfəs alır” sözünə ehtiyac duyurdum. Ruhum ağrıyırdı.

Çılğınlığın bu dəfə, bizə hər şey bahasına başa gəldi.

Reanimasiyanın qarşısına gəldim. Xeyli yaralı var idi.

Dəqiqələr keçmirdi. Sanki, əqrəblərdən daş asılmışdı. O, belə vaxtı çəkmə iqtidarında deyildi. Özümü şüuraltı olaraq inandırmışdım ki, bu dəqiqə hardansa çıxacaqsan. "Mən yaxşıyam, sevgilim”, - deyəcəksən. Dəli kimi yuxarı-aşağı qaçırdım. Reanimasiyadan çıxan həkimlərin üzünə baxırdım. Özümü heç vaxt bu qədər yazıq hiss etməmişdim. Çünki mövzu sənin həyatın, mənim sevgim idi. Çarəsizliyin adı ilə elə bu acı zamanı tanış oldum.

Statuslarım(36)

Bir qədər keçdi. Yaralıların adları və son vəziyyətləri deyilməyə başladı. Həkimin dodağının formasını izləyirdim. İlk hərifindən sənin adın çıxacaq deyə. Hərf sayları davam edib, azalmağa doğru gedincə dünya başıma yıxılırdı. Ad sıralaması bitdi. Bu an qeyri-ixtiyari olaraq həkimin yaxasına yapışdım. Səni soruşdum. Ölə bilərdim, öldürə bilərdim. Çünki özümdə deyildim. Çünki "o” yox idi. Adı yox idi!

Nə palatada, nə reanimasiyada, nə əməliyyat otağında, nə də həkimin dodağından çıxan o kəlmələrdə.

Yenə də özümü toplamağa çalışdım. Bəlkə də, "sağdır” düşüncəsinə qapıldım. Harda olsa, gələcək deyə, sakitləşdim.
Amma yenə də aldadırdım, aldanırdım.


Statuslarım(36)
Cəsədləri müəyyən etmək üçün bizi morqa tərəf apardılar. Soyuqdan nifrət edən sən, indi dəmir parçasının içində, bumbuz morqda məni gözləyirdin. Heç kimi yox, məni! Üzünə mən baxacaqdım, sənə mən toxunacaqdım.

İlk dəfə bu cür dəhşətli yerdə idim. Ancaq bütün qorxularıma meydan oxuyurdum. Çünki o qorxuların sonunda sənə toxunmaq var idi. Yaxınlaşdım. Ağ örtüyü üzündən çəkdim. Ölümün necə vicdansız olduğunu bir daha başa düşdüm. Artıq yox idin. Sadəcə, cansız bədənin önümdə idi. Əlimi atıb üzünü cırmaq istəyirdim: "Niyə kəməri bağlamadın, niyə o lənətə gəlmiş avtomobili aldın. Niyə sürət həddini keçdin, niyə məni sənsiz qoydun! Niyə məni yarımçıq, darmadağın buraxdın” deyə...

Hönkürüb ağlamağa başladım. Üzümü həkimə tutub yalvarırcasına, "bəlkə yaşayır” deyə soruşdum. Ölüdən həmişə qorxmuşam. Amma həmin an, sən ölü deyildin. Mənim həyat yoldaşım, uyuyan sevgilim idin. Əlindən tutdum. Bəlkə bir barmağın hərəkət edər deyə.


Statuslarım(36)
Bütün "bəlkə”lərim, "kaş”larım hamısı iflasa uğradı. Qolumdan tutub, "çıxmalıyıq” dedilər. Səni o qaranlıq, buz otaqda qoyub necə çıxa bilərdim axı?

Əlindən yapışdım. Səndən ayıra bilməsinlər deyə, bərk-bərk əlindən tutub sıxdım.

Həmin vaxt anan övladını, atan oğlunu, yaxınların səni, mən isə özümü itirdim. Özüm məni tərk etmişdi.

Sonuna qədər şans verdim. Ayıl, oyan, özünə gəl, qalx buradan gedək dedim. Amma sən məni çoxdan tərk etmişdin. Yüksək sürəti keçəndə, kəməri bağlamayanda tərk etmişdin.

Hər yerim ağrıyır. Düşünə bilmirəm. Sızıldayıram.

Statuslarım(36)

Səndən sonra sən oldum. Sən olduqca özümə qapıldım. Nəhəng boşluğumun içində sənsizliklə diz-dizə, göz-gözə qaldım.
Cəzasının nə zaman bitəcəyini bilmədiyim məcburiyyət içində sızladım.

İçimdən özünü çıxararkən, gərək yoxluğunun eyni ölçüsünü özünlə daşımayaydın.

Yıxılıb qaldığım hər yerdə yoxluğun çökür gözlərimə...

Xəyalınla qalmaq, səni yaşamaq bundandır. İndi təkliyi heç kim mənim qədər sevə bilməz. Təkliyimdə sən varsan.
Qəribə bir təslimiyyətlə yoxluğunu yaşayıram! Yoxluğunda səni tapdıqca, yer üzündə heç kimin anlamadığı bir mərasim olursan içimdə...


Statuslarım(36)
Əridikcə sənə qarışıram. Səni sevmək, həyata və bəlkə də, ən çox sənə, sənsizliyə dirəndikcə məna qazanır...
Gözlərimi qaranlığa qapadıram. Sən olmaq üçün başqalaşıram.

Sevgi, həyatın təyin etdiyi, təsadüflərlə dolu olan yönüdür. Bu gedişinlə mənə seçim etmək şansı vermədin. Təsadüfümü təəssüfə çevirdin.

Həyatımın ən gözəl "vergülündə” birdən birə nöqtə qoyub getdin.

Nə etməliyəm? Qədəhləri yan-yana düzüb, biri boşalmamış, digərini doldurub içərək beynimi uyuşdursam, unuda bilərəm bu ağrını?


Statuslarım(36)

Siqareti-siqaretə calayıb, tüstünü dumana qatsam, necə?

Keçər görəsən?..

Yoruldum! Mütəmadi təxirə saldığım bir finala doğru, eyni "start”larla başlamaqdan, bitirməkdən yoruldum ..

Yenə gecə...Yenə yoxsan... Geriyə uğultu və boşluq qoydun....

7 ay keçib. Sənə, dərinə, dodağına, gözünə, əllərinə, qollarına, ruhuna, sevginə möhtac qalmışam. İçimdəki qoyub getdiyin xatirə belə sənsizliyi ovutmur. Bu gün yenə səni qucaqladığım, o morqu olan xəstəxanaya gedirəm. Yarımçıq qoyduğun həyatımı, tamamlamağa gələnin 2 ay vaxtı qalıb. Amma yenə də mənim fəryadım dinmir. Razı deyiləm. Yoxluğunu qəbul etmirəm.
Ya özün gəl, ya ruhun gəlsin, yoxluğuna məni razı salsın. Yalan desin, uydursun, nəsə bir söz söyləsin, amma hər kəs məni buna inandırsın.

Statuslarım(36)


Geri dön

eliwqa

  • 5 iyun 2015 20:49
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

ヅ Bad Girl ヅ

  • 3 iyun 2015 22:17
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Werhlere gore tesekur

--------------------

jasmin022

  • 25 may 2015 16:22
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Səndən sonra sən oldum. Sən olduqca özümə qapıldım. Nəhəng boşluğumun içində sənsizliklə diz-dizə, göz-gözə qaldım.

bir sozle superrrrrr

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

sessiz deniz

  • 25 may 2015 14:27
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Bütün bədənim keyimişdi. Elə bu vəziyyətdə, gətirilən yaralıların hansı mərtəbədə olduğunu soruşdum. Adlar məlum deyildi. Mən isə qarşıma çıxan bütün həkimlərdən, tibb bacılarından, hətta xəstə yaxınlarından belə sənin adını soruşurdum. Əslində bilirdim ki, heç bir cavab verə bilməyəcəklər. Çünki adını bilmirdilər. Mən isə sadəcə, "nəfəs alır” sözünə ehtiyac duyurdum. Ruhum ağrıyırdı.

Çılğınlığın bu dəfə, bizə hər şey bahasına başa gəldi.

Reanimasiyanın qarşısına gəldim. Xeyli yaralı var idi.

ZeHRa AsİQi

  • 25 may 2015 14:00
  • Məqalə: 5
  • Şərh: 478
  • Bal:
{awards}
Siqareti-siqaretə calayıb, tüstünü dumana qatsam, necə?

Keçər görəsən?..

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

ヅ Bad Girl ヅ

  • 25 may 2015 13:14
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
buuuyurunnnn

--------------------

Nazlim_97_

  • 25 may 2015 12:48
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Maraqlidir,minetdam

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 may 2015 11:46
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
MARAĞLIDIR SAĞ OLUN

Pıtırcık

  • 25 may 2015 10:56
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
MARAĞLIDIR SAĞ OLUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

GünəŞ BabayeVa

  • 25 may 2015 10:25
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
Axira qeder oxudum . Coox təsirləndim.superdi

--------------------
Bir təsəlli məktubu istəyirəm, özümü ağlatmaqçün,
Bir zəng istəyirəm göz yaşlarımı qurutmaqçün,
Bir dost istəyirəm 'hər şey yaxşı olacaq' desin.
Bir sevgili istəyirəm son nəfəsə qədər yanımda olsun.

Banned549678

  • 25 may 2015 08:51
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
İlk şərh məndən =)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}