Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

 
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?


Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

Sual:
Salam aleykum. Namaz gündə üç defe qilinmalidir, yoxsa beş dəfə...?
Cavab:
Aleykum salam. Ayə və hədislərə görə namaz gün ərzində beş dəfə qılınmaldır.
İbn Abbas adlı səhabədən "namazın gündə 5 dəfə qılınmasına aid Quranda ayə varmı?" soruşduqda, "Bəli" demiş və aşağıdakı ayələri demişdir:
"Odur ki, siz axşama çatanda (məğrib və işa namazları) və səhərə çıxanda (sübh namazı) Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da (əsr namazı), günortaya yetişəndə (zöhr namazı) də Onun şərəfinə təriflər deyin!" (ər-Rum, 17-18)
Bəzən "axşama çatanda" ifadəsinin niyə bir yox, iki namazı bildirdiyi soruşulur. Bunun cavabı aşağıdakı ayədədir: "Gündüzün iki başında (əvvəlində və axırında - zöhr və əsr), və gecənin bəzi saatlarında namaz qıl!" (Hud, 114).
Buradakı "gecənin bəzi saatlarında" ən azı iki namaz, məğrib və işa nəzərdə tutulur.
Namaz vaxtları qeyd edilən digər ayələr də var: "Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan" (Ta ha, 130)
Bu ayəyə əsasən də, namazların sayı 5-dir
"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur". (əl İsra, 78).
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) səhabələrinə (Allah onlardan razı olsun) demişdir: “Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?” Ona qulaq asanlar: “Xeyr, Ya Rəsulallah! Heç bir şey qalmaz” dedilər. Peyğəmbərimiz: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” - deyə buyurdu. (Buxari)
Peyğəmbərimiz Muhəmməd (Allahın ona salavatı və salamı olsun!) Muaz ibni Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərəndə ona belə demişdi: “Onlara bildir ki, Allah onlara hər gecə və gündüz beş dəfə namaz qılmağı vacib etmişdir”. (Buxari və Muslim).

Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?


Geri dön

eliwqa

  • 5 iyun 2015 20:51
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

sessiz deniz

  • 25 may 2015 14:27
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
wehrlere gore sagolun

ヅ Bad Girl ヅ

  • 25 may 2015 13:15
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Salam aleykum. Namaz gündə üç defe qilinmalidir, yoxsa beş dəfə...?
Cavab:
Aleykum salam. Ayə və hədislərə görə namaz gün ərzində beş dəfə qılınmaldır.
İbn Abbas adlı səhabədən "namazın gündə 5 dəfə qılınmasına aid Quranda ayə varmı?" soruşduqda, "Bəli" demiş və aşağıdakı ayələri demişdir:
"Odur ki, siz axşama çatanda (məğrib və işa namazları) və səhərə çıxanda (sübh namazı) Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da (əsr namazı), günortaya yetişəndə (zöhr namazı) də Onun şərəfinə təriflər deyin!" (ər-Rum, 17-18)

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 may 2015 11:47
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
ALLAH razi olsun...çooox sağolun...ALLAH hər birimizə qismət etsin.

Pıtırcık

  • 25 may 2015 10:59
  • Məqalə: 507
  • Şərh: 9708
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Banned549678

  • 25 may 2015 08:52
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun...çooox sağolun...ALLAH hər birimizə qismət etsin...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 58
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}