Mercedes-AMG GT superkarı Bakıda

 
Mercedes-AMG GT superkarı Bakıda


Mercedes-AMG GT təkcə superkar deyil, həm də Mercedes-Benz-in və AMG bölməsinin tarixində növbəti dövrdür.

Mayın 6-da JW Marriott Absheron Baku otelində yeni Mercedes-AMG GT modelinin nümayişi keçirildi. Yeni modeli Azərbaycan avtomobil həvəskarlarına nümayişi zamanı, Mercedes-Benz kompaniyasının Azərbaycandakı yeganə rəsmi dileri "Autostar Caucasus"un satış üzrə direktoru Ziya Mahmudov qeyd etdi ki, Mercedes-AMG GT-nin təqdimatı ölkəmizin avtomobil bazarının inkişafının sübutudur və kompaniya bu bazarda avtomobil həvəskarlarının tələbat və zövqlərinə cavab verən və yalnız yüksək keyfiyyəti olan məhsullar təqdim edir.

Ştutkard avtomobil nəhənginin yeni sportkarı ön və yan tərəfdən görünüşünə görə AMG GT yüz faiz Mercedes avtomobilidir. Relyefli uzun kapot, bir qədər geriyə doğru yönələn kabinə, xarakterik optika və AMG modelləri üçün tipik olan bir köndələn xətli radiator barmaqlığı bu avtomobili həm istehsalatdan çıxarılmış SLS AMG modelinə, həm də 50-ci illərin klassik Mercedes-Benz modellərinə oxşadır.

Amma burada qapılar yuxarıya deyil, adi avtomobillərdə olduğu kimi yana açılır. "Qağayı qanadlarının" olmaması sizi məyus etdi? Əslində AMG bölməsində onların düzəldilməsi haqqında heç düşünmürdülər də – SLS AMG modeli məşhur "Gullwing"-in reinkarnasiyası idi, AMG GT-nin tarixçəsi isə tamamilə başqa əhvalatdır.

AMG GT-nin xarici görünüşü çoxlarında birmənalı olmayan reaksiya doğursa da, interyeri, sözsüz ki, çox yaxşıdır. Avtomobilin içərisi çox rahatdır, materialların keyfiyyətinə isə kiçicik irad belə tutmaq olmur, hər tərəf dəri və metaldandır. Amma baza komplektasiyasına daxil olan kreslolardan tərəddüd etmədən imtina edin və yan söykənəcəkləri tənzimlənən kreslolara üstünlük verin, bu cür kreslolar A 45 AMG / CLA 45 AMG-yə də quraşdırılır və bədəni söykəmək üçün çox rahatdır! Seçim üçün salonun ikirəngli tərtibatı 7 variantda, mərkəzi konsol isə üç variantda təklif olunur: alüminiumla, karboplastika və ya metalla (parlaq qara təbəqə ilə) işlənmiş halda. Yeri gəlmişkən, dairəvi formalı səkkiz idarəetmə dəstəyi kapotun altında yerləşir və motorun "V8" mühərriki olduğuna işarədir. Doğrudur, burada erqonomik nüans var – mən qəza siqnalizasiyasını bir saat axtarsam da tapa bilmədim və mənə dedilər ki, o, oturacaqları isidən, parkinq sensorlarını söndürən və arxa spoyleri qaldıran kvadrat formalı düymələrlə birlikdə tavanda yerləşir. Görəsən nəyə görə? Ona görə ki, xətlərin və detalların üslubu, səliqəsi pozulmasın.
Yəqin ki, diqqətli oxucuları bu sual maraqlandırır ki, niyə avtomobili Mercedes-Benz AMG GT deyil, Mercedes-AMG GT adlandırıblar. Artıq Affalterbaxdakı bölmə Mercedes-AMG adlanır. Bundan əlavə, almanlar yeni kupenin Affalterbaxdakı bölmənin mütəxəssisləri tərəfindən hazırlandığını vurğulamaq istəyiblər


Mercedes-AMG GT superkarı Bakıda

Mercedes-AMG GT superkarı Bakıda

Mercedes-AMG GT superkarı Bakıda


Geri dön

eliwqa

  • 5 iyun 2015 20:26
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
tewekurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 may 2015 18:04
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ays ne qewey masindi:)

ヅ Bad Girl ヅ

  • 26 may 2015 00:51
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Mayın 6-da JW Marriott Absheron Baku otelində yeni Mercedes-AMG GT modelinin nümayişi keçirildi. Yeni modeli Azərbaycan avtomobil həvəskarlarına nümayişi zamanı, Mercedes-Benz kompaniyasının Azərbaycandakı yeganə rəsmi dileri "Autostar Caucasus"un satış üzrə direktoru Ziya Mahmudov qeyd etdi ki, Mercedes-AMG GT-nin təqdimatı ölkəmizin avtomobil bazarının inkişafının sübutudur və kompaniya bu bazarda avtomobil həvəskarlarının tələbat və zövqlərinə cavab verən və yalnız yüksək keyfiyyəti olan məhsullar təqdim edir.

--------------------

♔ sinყσriτα ♔

  • 25 may 2015 19:18
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Xebere gore tewekkur canimin ici smile

PessimistKa BanditKa

  • 25 may 2015 18:16
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
super mawinlardii feel wink

Pıtırcık

  • 25 may 2015 17:48
  • Məqalə: 410
  • Şərh: 9552
  • Bal:
{awards}
xəbərə görə sağolun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}