Dünyanın həqiqət və mahiyyəti

 
Dünyanın həqiqət və mahiyyəti


Bu mətləbin izahında öncə islam nəzərindən dünyanın həqiqət və mahiyyətini bəyan edib sonra nəticə alacağıq.
İslamın dünyaya iki cür e’tiqadı vardır. Biri yaşadığımız maddi dünya, digəri isə ölüb köçdüyümüz axirət dünyası. Ona axirət aləmi deyilir. Belə ki, insanın həyatı bu dünyada yaşadıqdan sonra ölməklə sona çatmır. Ölümdən sonra axirət aləmində davam edir. İslam dini bu dünyanı ötəri, fani və yol arasında olan ev, keçid, axirət aləmini isə əbədi bir dünya hesab edir.
İnsan bu dünyaya bir qədər yaşayıb sonra ölüb məhv olmaq üçün gəlməmişdir ki, öz nəfsini elm və əməl vastəsilə pərvəriş edib təkmilləşdirməklə, axirət aləmində xoşhallıq və sevinclə əbədi yaşasın. Deməli, dünya axirət üçün əkin sahəsi, ticarət yeri, yol ehtiyatı hazırlamaq məntəqəsidir. Baxmayaraq ki, insan bu dünyada yaşamaq, Allahın onun üçün yaratdığı ne’mətlərdən istifadə etmək məcburiyyətindədir. Lakin, ne’mətlərdən bəhrələnmək hədəf deyil, sadəcə bir müqəddimədir. İnsan və dünyanın yaradılışında hədəf bu deyildir ki, bu dünyadakı həyatı yaxşı nizama salsın, firavanlıqda yaşasın, müxtəlif növ ne’mətlərdən və ləzzətlərdən mümkün qədər faydalansın. Əksinə o, daha ali və yüksək bir hədəf, yə’ni insaniyyətin şərəfli gövhərini pərvəriş etmək və Allah dərgahına yaxınlaşmaq üçün nəzərdə tutulubdur. Misal üçün aşağıdakı hədislərə diqqət yetirin:
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Dünya sizin daimi eviniz olmaq üçün yaradılmamışdır. Əksinə, bir keçiddir ki, saleh əməl vasitəsilə özünüzün əbədi mənziliniz üçün yol ehtiyatı tədarük görürsünüz. Belə isə dünyadan köç etmək üçün tələsin və ayrılıq üçün miniklərinizi hazırlayın.”
Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) başqa yerdə buyurur: "Ey insanlar! Dünya ötəri bir saray, axirət isə əbədilik evidir. Axirət qərargahı üçün keçid məhəllindən ehtiyat götürün. Sirr pərdələrinizi sizin sirlərinizdən agah olan kəsin yanında cırmayın. Bədənlərinizi xaric etməmişdən qabaq qəlblərinizi dünyadan xaric edin. Dünyada imtahana, sınağa çəkiləcəksiniz və siz dünyadan başqa bir şey üçün yaradılmısınız. İnsan ölən zaman camaat "nə qoydu?”, mələklər isə "özü üçün əvvəlcədən nə göndərdi?” - deyərlər. Allah atanıza rəhmət eləsin, mal-dövlətinizin bir miqdarını öncədən göndərin (ehsan edin) ki, Allah yanında borc surətində qalsın. Qoymayın ki, onun vacibləri (xums, zəkat və sair) sizin boynunuzda qalmış olsun.”
Yenə buyurur: "Agah olun! Arzu etdiyiniz və məhəbbət göstərdiyiniz, bə’zən sizi qəzəbləndirən, bə’zən isə sevindirən bu dünya nə sizin eviniz, nə onun üçün yaradıldığınız bir mənzil, nə də ona doğru çağırıldığınız yerdir. Bilin ki, nə dünya sizin üçün əbədi qalacaq, nə də siz dünyada əbədi qalacaqsınız. Baxmayaraq ki, dünya sizi aldadıcı gözəllikləri ilə aldadır, lakin şər və pisliklər ilə də sizi qorxudur. Onda mövcud olan həzər olunmalı şeylər vasitəsilə onun qürurlarından və onda mövcud olan qorxmalı şeylər vasitəsilə onun tamahlandırmasından çəkinin. Çağırıldığınız evə doğru yarışın və qəlblərinizi dünyadan ayırın.”
Gördüyünüz kimi, bu hədislərdə dünyanın həqiqəti və mahiyyəti fani olan ötəri yer deyə, bəyan olunur. O, yol arasında olan bir ev, keçid yeri, qürur, aldadılmaq və hiyləgərlik evidir. İnsan bura üçün deyil, axirət aləmi üçün yaradılmışdır. İnsan bu dünyaya gəlmişdir ki, elm və əməl ilə öz insaniyyətinə pərvəriş verib, axirət aləmi üçün yol ehtiyatı və tədarük görsün.

Dünyanın həqiqət və mahiyyəti


Geri dön

eliwqa

  • 3 iyun 2015 20:00
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
tewekkurler meqalee gore

--------------------

ღ ĸαвυѕυм ღ

  • 3 iyun 2015 13:20
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur meqaleye qore,Allah razi olsun

--------------------

Elya Alieva

  • 3 iyun 2015 10:23
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

ツ Pc Cøpatka ツ

  • 28 may 2015 15:34
  • Məqalə: 81
  • Şərh: 848
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Roya_____

  • 28 may 2015 13:21
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

NIGAR

  • 28 may 2015 12:06
  • Məqalə: 636
  • Şərh: 10071
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 55

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}