Azərbaycan Respublika Gününü qeyd edir

 
Azərbaycan Respublika Gününü qeyd edir





Azərbaycan Respublika Gününü qeyd edirBu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.


Legend.azin məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq AXC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

Azərbaycan Respublika Gününü qeyd edir1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur[3].

Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.


Azərbaycan Respublika Gününü qeyd edirMüstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.

Azərbaycan Respublika Gününü qeyd edir1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.


Azərbaycan Respublika Gününü qeyd edir1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 iyun 2015 01:15
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
melumata gore tsk

eliwqa

  • 3 iyun 2015 18:20
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

Favorit Girl )

  • 29 may 2015 10:57
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Tesekkurler xeber ucun

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Elya Alieva

  • 28 may 2015 22:56
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Musteqilik gunumuz mubarek nece bele iler qeyid edilsin insAllah

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 28 may 2015 19:35
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
BAYRAMINIZ MUBAREK

Krasavcikaya_v_onlin

  • 28 may 2015 18:57
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
bayramimiz mubarek

--------------------

deniz sultanli

  • 28 may 2015 16:53
  • Məqalə: 15
  • Şərh: 51
  • Bal:
{awards}
BAYRAMINIZ MUBAREK

ツ Pc Cøpatka ツ

  • 28 may 2015 16:19
  • Məqalə: 81
  • Şərh: 849
  • Bal:
{awards}
HEYDER ELIYEV OLMASA BIZ BU GUNLERE CATA BILMEZDIK
BUTUN AZERBAYCANLILARI UREKDEN TEBRIK EDIREM

--------------------

Mələyimin mələyi

  • 28 may 2015 16:07
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Bayramınız mübarek

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 may 2015 15:42
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Musteqillik gununuz mubus tongue

Pıtırcık

  • 28 may 2015 14:11
  • Məqalə: 410
  • Şərh: 9551
  • Bal:
{awards}
BAYRAMIMIZ MÜBARƏK what

--------------------
http://legend.az/user/imza/

::KuMsAl::

  • 28 may 2015 13:47
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
RESBUBILKA GUNUNUZ MUBAREK)))

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

Nazlim_97_

  • 28 may 2015 13:44
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Respublika gununz mubarek

PessimistKa BanditKa

  • 28 may 2015 13:41
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

TVde ancaq Heyder Eliyevin adi cekilir..!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}